Pedaqogikanın ümumi əsasları Plan



Yüklə 176,29 Kb.
səhifə94/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   90   91   92   93   94   95   96   97   ...   141
Əxlaqi mövzuda söhbətlər - əxlaqi məzmunlu konkret fakt və hadisələrin emosional çərhinə əsaslanır. Uşaqların hisslərinə təsir etdiyindən bu üsul nəinki əxlaqi anlayışların mahiyyətini aşkar edir, həmçinin onların davranışına təsir göstərir.

Fərdi söhbətlər -Fərdi söhbətlər daha çox ayrı-ayrı uşaqlar tərəfindən müəyyən davranış norması pozulduqda və ya çatışmayan müsbət əxlaqi keyfiyyəti formalaşdırmaq məqsədilə aparılan inandırma üsuludur.

Əxlaqi mövzuda müsahibələr- Əxlaqi mövzuda müsahibələr əxlaqi baxışların, mühakimələrin və əqidənin yaradılması, ümumiləşdirilməsi və möhkəmləndirilməsi məqsədilə tərbiyəçi ilə tərbiyə olunanlar arasında qarşılıqlı müzakirə aparılmasıdır.

P. 3. Fəaliyyətin təşkilinə və davranış təcrübəsinin formalaşmasına yönələn üsullar

  • Bu üsulların əsas mahiyyəti dərk edilmiş əxlaqi anlayışların, əqidənin, konkret işdə, davranış zamanı tərbiyə olunanların hərəkətlərində özünü göstərməsi, onlarda əxlaqi vərdiş və adətlər yaradılmasıdır. Bu üsulları “alışdırma üsulları” da adlandırmaq olar. Alışdırmanın vasitələri bunlardır:

  • çalışma, vərdiş və adətlər yaratmaq, tapşırıqlar, tərbiyəvi situasiyalar

-Çalışmalar---Çalışmanın mahiyyətini əxlaqi hərəkətin dəfələrlə təkrarı nəticəsində avtomatik şəkildə davranış keyfiyyəti yaradılması təşkil edir.

  • Vərdiş və adətlər – intensiv aparılan çalışmaların nəticəsi kimi formalaşan sabit şəxsi keyfiyyətlərdir.

  • Tapşırıqlar vasitəsilə uşaqları müsbət hərəkətlərə alışdırırlar. Məsələn, xəstə yoldaşını yoluxmaq, ona geridə qaldığı dərslərdən kömək etmək, sinif otağını təmizləmək, hər hansı tədbir üçün nəyisə hazırlamaq və s. tapşırıla bilər.


  • Yüklə 176,29 Kb.

    Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin