Pedaqogikanın ümumi əsasları Plan


P.5.Nümunə və tərbiyədə onun rolu



Yüklə 176,29 Kb.
səhifə96/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   92   93   94   95   96   97   98   99   ...   141
P.5.Nümunə və tərbiyədə onun rolu. Pedaqoq alimlərdən bəziləri (Q.İ.Şukina, V.A.Slastenin və b.) nümunəni şüur və əqidənin formalaşmasına yönələn müstəqil üsul kimi təqdim edirlər. Bəziləri (Y.R.Talıbov, R.Ş.Mustafayeva və b.) onu - tərbiyənin vasitəsi, bəziləri də (M.Ə.Muradxanov və b.) üsul və vasitələrin təsirini şərtləndirən tərz kimi qələmə verirlər.

Nümunə müstəsna gücə malik olan tərbiyə üsullarından biridir. Nümunənin təsiri məlum fizioloji qanunauyğunluğa əsaslanır: ”Görmə orqanı vasitəsilə qavranılan hadisə şüurda tez və asan iz buraxır”. Nümunə təqlid üçün konkret obrazlar verərək davranış normasının qavranılmasına, bəzən isə süurun, əqidənin formalaşmasına da şərait yaradır. Roma filosofu Seneka deyirdi: “öyüd-nəsihətin yolu uzundur, nümunənin yolu qısa”. Nümunə deyəndə hər şeydən əvvəl konkret adamların: valideyn, müəllim, dost, yoldaşların nümunəsi başa düşülür. Lakin əsərlərin, filmlərin, tarixi şəxsiyyətlərin, görkəmli alimlərin nümunəsi də böyük tərbiyəvi qüvvəyə malikdir.

Nümunəvi hərəkət, davranış təqlid yolu ilə özününküləşdirilir. Tədqiqatlar göstərir ki, təqlid yaşla, həyat təcrübəsinin toplanması ilə əlaqədar olaraq dəyişir. Kiçik yaşlarda uşaqlar bir çox davranış keyfiyyətini böyükləri təqlid etməklə əldə edirlər. Bu yaşda olan uşaqlar onlarda güclü təəssürat yaradan adamları təqlid edirlər. Ona görə bu dövrdə uşaqları müsbət nümunəvi hərəkətlərlə əhatə etmək lazımdır. Yeniyetməlik dövründə təqlid seçici xarakter daşıyır. Yeniyetmə getdikcə öz şəxsi təcrübəsinə, fikirlərinə istinad edir.



Tərbiyə işində nümunənin rolu əzedilməzdir. Nümunə əsasında aparılan tərbiyə bu və ya digər keyfiyyət, hərəkət və davranış qaydası haqqındakı anlayışları konkretləşdirir və nəticədə uşaqda daha canlı təsəvvür yaradır. Uşaq həmin nümunədən ibarət dərsi götürür, ideal hisslərlə yaşayır, müsbət hərəkətlərə, xeyirxah əməllərə meyl edir.

Tərbiyəni nümunələr əsasında aparmağın faydalı olması faktı xalq pedaqogikası materiallarından elmi pedaqogikadan da əvvəl təkrar-təkrar qeyd edilmişdir. Nümunə növləri arasında isə valideyn, dost-tanış və usta - tərbiyəçi nümunəsinə daha geniş yer verilmişdir. Məsələn, Azərbaycan atalar sözlərində deyilir: "Ot kök üstə bitər", "Qız anadan görməyincə öyüd almaz", "Ana çıxan ağacı qızı budaq-budaq gəzər", "Qız anadan görməyincə süfrə açmaz", "Oğul atadan görməyincə səfərə çıxmaz", "Mərd oğul ataya çəkər, xas qız - anasına" və s. Bu kəlamlardan görünür ki, xalq müdrikliyi övlad tərbiyəsində hər iki valideynin rolunu (xüsusən qızın tərbiyəsində ananın, oğlanın tərbiyəsində isə atanın rolunu) yüksək qiymətləndirir. Tərbiyədə konkret nümunədən istifadənin gözəl nəticə verdiyinin canlı şahidi olan nənə və babalarımız adamı - adamın müsbət və mənfı cəhətlərini əks etdirən aynaya bənzətmişdir: "Adam adamın aynasıdır" .
6. Tərbiyənin 3 növü məlumdur: ilkin, yenidən, özünü tərbiyə.

İlkin tərbiyə. Tərbiyə işinin nisbətən asan növü ilkin tərbiyədir. İlkin tərbiyə erkən yaşlardan başlayır. Körpənin qidalanma rejimi, havada gəzdirmək rejimi, necə yedrildiyi və yatrıldığı kimi həyat əhəmiyyəti kəsb edən amillər uşağın gümrah böyüməsinə güclü təsir göstərən tərbiyəvi vasitələrə çevrilə bilir.

Uşağın yeniyetmə və ya gəncin şəxsiyyətində baş qaldiran mənəvi keyfiyyətlər valideyinlər,müəllimlər və digər tərbiyəçilər tərəfindən ailə və cəmiyyət üçün faydalı hesab olunduqca ilkin tərbiyə davam edir.

Tərbiyənin növlərinə yaş həddi qoymaq mümkün deyil. Çünki ailə mühitindən, valideyinlərin ümumi mədəni səviyyəsindən, məktəb mühitindən, müeəllimlərin münasibətindən aslı olaraq adamların ilkin tərbiyəsi bütün yaş dövürlərində davam edə, və ya başa çataraq yenidəntərbiyə ilə əvəz oluna bilər.Bu iki prosesin eyni zamanda cərəyan etdiyi hallarda müşahidə olunur.

Bu deyilənlərə əsaslanaraq ilkin tərbiyəyə belə tərif vermək olar: davranışla əlaqədar olan, ailə və cəmiyyət üçün faydalı hesab edilən ayrı-ayrı milli və ümumbəşəri keyfiyyətlərin gənc nəsildə məqsədyönlü, planlı və mütəşəkkil formalaşdırılması ilkin tərbiyədir.


2.Yenidən tərbiyə. Yenidəntərbiyə ilkin tərbiyəyə nisbətən çətindir. Çünki yenidəntərbiyə zamanı tərbiyəçi iki əsas istiqamətdə iş aparmalı olur. O, bir tərəfdən şəxsin şüurunda həkk olunmuş yanlış əxlaqi və ya digər mənəvi kefiyyətin yanlışlığını isbat etməli, onu inandırmalı və aradan qaldırmağa çalışmalı olur. Digər tərəfdən də o, dəf edilən qüsurlu xüsusiyyətin əvəzində ailə və cəmiyyət üçün faydalı olan keyfiyyətləri həmin şəxsə aşılamağa çalışır.

Dünya şöhrətli alim Nəsrəddih Tusi hələ XIII yazırdı ki, insanın tərbiyəsi yaşa dolduqdan, özünü anladığı vaxtdan deyil, hələ rüşeyim halında olandan başlamalıdır. Rüşeyim halında verilən tərbiyə hiss edilmir. Bəzən ata-ana bu işə laqeyid olur. Lakin hər necə olsa da buna diqqət verilməli və yeri gəldikcə insanın qəbul etdiyi təam da götur-qoy edilməlidir.

İndi tibb elmində dönə-dönə isbat edilmişdir ki, Övlad dünyaya gətirəcək qadın nə yediyi, nə içdiyi, spirtli içkiyə, narkotik maddəyə aludə olub,olmadığı əhatə olunduğu mənəvi-psixoloji mühitin necəliyi gələcək körpənin səhətinə güclü təsir göstərir. Deyilənləri nəzərə alaraq yenidəntərbiyəni belə dəyərləndirmək olar: adamın davranışında kök salmış zərərli əlamətlərin məqsədyönlü, planlı və mütəşəkkil surətdə ləğvi və onların nəzərində ictimai əhəmiyyət kəsb edən milli və ümumbəşəri keyfiyyətlərin ona aşılanması yenidəntərbiyədir.

3.Özünütərbiyə. İlkin tərbiyəyə və yenidən tərbiyəyə nisbətən özünütərbiyə daha çətin, dana kamil, daha mürəkkəb prosesdir. Çünki bundan əvvəl sadaladığımız hər iki tərbiyə növündə də tərbiyəçi və tərbiyə olunanin iştirakı vacibdir. Özünütərbiyə zamanı isə adamın öz təşəbbüsü ilə zəruri saydığı mənəvi keyfiyyətləri mənimsəyir.

Tərbiyəçinin bilavasitə nəzarəti olmadan, lakin onun məsləhətlərinə uyğun şəkildə uşaqların fəaliyyətləri nə qədər tez təşkil edilirsə, özünütərbiyə işi bir o qədər erkən başlayır və ailə üçün, cəmiyyət üçün daha sərfəli olur.

Özünütərbiyəyə aşağıdakı tərifi vermək olar: tərbiyəçilərin bilavasitə nəzarəti olmadan, lakin onların məsləhətlərinə əsasən şəxsin cəmiyyət üçün faydalı keyfiyyət­ləri məqsədyönlü və planlı surətdə mənimsəməsi özünütərbiyədir.

Özünütərbiyənin özünümüşahidə, özünüdərketmə, özünütəqlid, özünüqiy­mət­lən­­dirmə, və s üsulları var.


Mövzu 10




Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin