Əxlaq haqqında ümumi məlumat. Əxlaq – hər hansı cəmiyyət tərəfindən qəbul edilmiş davranış qaydalarının məcmususdur.
Əxlaq – ictimai şüurun formalarından biri kimi həm də fəlsəfi kateqoriyadır. Fəlsəfi baxımdan əxlaq məsələlərinin, əxlaqi ketfiyyətlərin və qaydaların mənşəyini, formalaşması mexanizmini, cəmiyyətdə rolunu və s. tədqiq edən elm – “etika” adlanır.
Cəmiyyət həyatında mühüm rol oynayan ictimai münasibətləri tənzimləyən qaydada və normaları iki qrupa ayırmaq olar: əxlaqi normalar və hüquqi normalar.
Cəmiyətdə könüllülük əsasında formalaşan, insanların əksəriyyəti tərəfindən qəbul edilən və əməl olunan davranış normaları və qaydaları - əxlaqi normalar və qaydalardır; Dövlət tərəfindən qanun halına salınan, icrası hamı üçün məcburi olan, əməl edilmədikdə müəyyən cəza tədbirləri ilə müşayət olunan normalar hüquqi normalardır.