Pedaqogikanın ümumi əsasları Plan


Əxlaqi və hüquqi normaların münasibəti



Yüklə 176,29 Kb.
səhifə99/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   95   96   97   98   99   100   101   102   ...   141
Əxlaqi və hüquqi normaların münasibəti

  • əxlaqi normalar, hüquqi normalara nisbətən daha qədim tarixə malikdir;

  • əxlaqi normalar uzun müddətli inkişaf dövrü keçərək formalaşır, hüquqi normalar isə qısa zamanda təsbit oluna bilir;

  • əxlaqi normalar könüllülük prinsipi üzərində qurulur, hüquqi normalar isə məcburidir;

  • əxlaqi normalara nəzarət təmənnasızdır və xalq tərəindən aparılır, hüquqi normalara nəzarət isə xüsusi fəaliyyət növü olub, bu iş üçün məsuliyyət daşıyan müəyyən qurumlar və ayrı-ayrı şəxslər tərəfindən aparılır.

  • əxlaqi və hüquqi norma və qaydalar bir-biri ilə qarşılıqlı əlaqədə olurlar: əslində hüquqi normalar əxlaqi normalar əsasında yaranır və onlara əməl edilməsini rəsmiləşdirir; hüquqi normalara əməl edilməsi - əxlaqi qayda olduğu kimi, əxlaqi qaydaların yerinə yetirilməsinin təmin edilməsi də hüquqi normadır; milli və ümumbəşəri əxlaqi keyfiyyətlər olduğu kimi, milli və beynəlxalq hüquq normaları da mövcuddur və s.

  • Əxlaq” və “mənəviyyat” anlayışlarını bir-birindən fərqləndirmək lazımdır.

  • əxlaq həm insanın təbiətində olan fitri xasiyyətlərin, həm də insanın həyatı boyu qazandığı keyfiyyətlərin məcmusundan ibarətdir.

  • Mənəviyyat – insanın əxlaqını formalaşdıran ruhi keyfiyyətlərdir (ağıl, şüur, vicdan və iradə).

  • İnsan mənəviyyatı fitri imkan halına mövcuddur. Insanın həyatı boyu qazandığı keyfiyyətlər onun mənəviyyatını (yəni ağlını, şüurunu, vicdanını və iradəsini) müsbət istiqamətdə təkmilləşdirə, zənginləşdirə bilər və ya mənfi istiqamətdə daha da korlaya bilər. Beləliklə, əxlaqın formalaşması, keyfiyyətləri mənəviyyatın inkişaf səviyyəsindən, zənginliyindən asılıdır.


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin