Məktəb Pedaqoji Şurası.Pedaqoji Şura üç nəfərdən artıq müəllimi olan bütün məktəblərdə təşkil olunur. O, təlim-tərbiyə prosesinin əsas məsələlərinə baxan, daimi fəaliyyət göstərən orqandır. Pedaqoji Şuranın tərkibinə məktəbin direktoru (sədr), onun müavinləri, müəllimlər, tərbiyəçilər, kitabxanaçı, həkim, valideynlər komitəsi şurasının sədrləri daxil edilir. Pedaqoji Şuranın hazırlanması və keçirilməsini dörd mərhələyə ayırmaq olar:
İl ərzində Pedaqoji Şuranın çağırılmasının planlaşdırlması;
konkret olaraq çağırılacaq Pedaqoji Şuranın qabaqcadan hazırlanması;
Pedaqoji Şuranın bilavasitə keçirilməsi;
Pedaqoji Şuranın qərarlarının yerinə yetirilməsi üzrə iş.