Əxlaq necə formalaşır? Onun inkişafı üçün nə etmək lazımdır? Əxlaqın əsasını təşkil edən mənəviyyatın fitri səviyyəsi insan həyatı üçün kafidirmi və ya onu zənginləşdirmək lazımdır?
Əxlaq tərbiyəsi –cəmiyyətin tələblərinə müvafiq əxlaqi keyfiyyətlər formalaşdırılması üçün tərbiyə olunanların mənəviyyatına və davranışına məqsədyönlü və sistematik təsir göstərməkdir.
əxlaqi davranış bacarıq və vərdişləri yaradılması və inkişafı.
Əxlaqi şüur – insanın əxlaqi normalar və əxlaq qaydaları barədə təsəvvürlər anlayışlara malik olması və bu zəmin üzərində əxlaqi əqidə formalaşmasıdır.
Əxlaqi hisslər - əxlaqi hərəkət və normalara münasibətdə ifadə olunan daxili yaşantıdır.
Iradə - inanın öz davranışını və psixi xüsusiyyətlərini ağılın hökmü ilə tənzimləyərək xarici və daxili maneələri aradan qaldırmaqdır.