Qaçqınlıq, məcburi köçkünlük. urbanizasiya. Bu amil nə qədər ürəkağrı- dıcı olsa da həqiqətdir və çox böyük bəladır. Qaçqın və məcburi köçkün ailələrinin sosial durumu, psixoloji mühiti xüsusi öyrənilməli, hər cür fövqəladə hadisə kimi, cəmiyyət, xüsusilə də pedaqoji ictimaiyyət buna hazır olmalıdır.
Keçid dövrünün diktə etdiyi labüd sosial hadisələrdən biri də ölkə əhalisinin əksər hissəsinin şəhərlərdə, xüsusilə də paytaxtda cəmlənməsidir. Rayon yerində, kəndlərdə davranış normalarını pozanın kimin uşağı olduğu, hansı ailədən çıxdığı tez bəlli olur. Ona görə də bir tərəfdən valideynlər tanındıqlarından uşaqlar üzərində mütəmadi nəzarət edir, digər tərəfdən isə uşaqlar valideynlərinə elin tənəsini gətirmək istəmədiklərindən hərəkətlərini mümkün qədər əxlaqi çərçivədə saxlamağa çalışırlar. Bundan başqa, kəndin, rayonun əhalisi bir-birini, qismən də olsa, tanıyır. Yəni uşaqlara ictimaiyyətin nəzarəti də mövcuddur. Şəhərdə isə vəziyyət tamam başqa cürdür. Yaşlı əhali ilə böyüyən nəsli bu baxımdan heç nə bağlamır. Uşaqlar da, böyüklər də münasibətlərində bir-birinə biganədirlər. Digər tərəfdən də, şəhərə gəlmiş kəndli ailəsi düşdüyü mühitə hələ tam uyğunlaşmayıb və o, artıq kəndli ailəsi də deyil. Nəticədə ailə tərbiyəsində nizamsızlıq, çatışmazlıq labüddür.