Pedaqoji şuranın vəzifələri: - məktəbin illik və perspektiv fəaliyyət planlarının
təsdiqi, -İllik və yarımillik hesabatların müzakirəsi, fənlərin tədrisi vəziyyətinə dair monitorinqlərin təhlili, pedaqoji innovasiyalar və qabaqcıl təcrübənin tətbiqi, istedadlı şagirdlərlə için təşkili, dərs bölgüsünün təsdiqi, metodik şura və fənn komissiyalarının fəaliyyəti, buraxılış imtahanlarının nəticələri və məzunlara təhsil sənədinin verilməsi.
P.4. Məktəb sənədləri. Ümumtəhsil məktəblərinə rəhbərlik və nəzarət sistemində məktəb sənədləri böyük rol oynayır. Sənədlər hər bir məktəbdə təlim-tərbiyə işlərinin necə qurulduğunu göstərən ən əsas məlumat mənbəyidir. Ümumtəhsil məktəbinin üzərinə düşən vəzifələri necə yerinə yetirdiyi, məktəb işinin nəticələri məktəb işlərinin planlaşdırılması, tədris-pedaqoji hesabatın aparılması, ilkin mühasibat uçotunun təşkili, təsərrüfat tədbirlərinin həyata keçirilməsi, statistik hesabatın tutulması və s-yə aid xüsusi sənədlərdə öz əksini tapır. Ümumtəhsil məktəblərinə rəhbərliyin keyfiyyətinin yüksəldilməsi ən çox işin yaxşı planlaşdırılmasından, ilkin informasiyanın, uçot məlumatlarının vaxtında əldə edilməsindən, onların dürüstlüyü və tutuşdurulmasından sənədlərin yüksək səviyyədə hazırlanmasından asılıdır. Məktəb sənədlərinin siyahısı, onların yerinə yetirmə qaydaları tərəfindən təsdiq olunmuş təlimata əsasən müəyyən edilir.
Dostları ilə paylaş: |