Tədris-pedaqoji sənədlər
Təyinatına görə tədris-pedaqoji sənədləri üç qrupa bölmək olar: məktəb işlərinin planlaşdırılmasına aid sənədlər, şagirdlərin şəxsi heyyəti və tədris-pedaqoji uçota dair sənədlər və pedaqoji kollektivin fəaliyyətinə rəhbərliyə aid sənədlər. planlaşdırmaya dair sənədlərdən əvvəllərdə bəhs edilmişdir.
Məktəb işinin planlaşdırılmasına aid sənədlərə daxildir:
Məktəbin perspektiv (5-illik) iş planı
Məktəbin birillik iş planı
Müəllimlərin təlim-tərbiyə işləri planları (təqvim-tematik planları, sinifə rəhbərliyin iş planları və s.)
Metod birləşmələrinin iş planı
Şagirdlərin əmək birləşmələrinin iş planları
Şagird təşkilatlarının iş planları.
Məktəb kitabxanasının iş planı
Məktəb valideyn komitəsinin iş planı
5. Məktəbin tədris –maddi bazası – şagirdlərin dövlət təhsil standartlarına tədris planları və proqramlarına uyğun olaraq hazırlanması və həmçinin elmi tədqiqatlar aparılması üçün zəruri olan maddi və texniki vasitələr kompleksidir. Tədris maddi bazaya aiddir:
tədris laboratoriya bazası- tədris binası
siniflər, kabinetlər, laboratoriyalar, emalatxanalar, kitabxana,
İKT və digər əyani vasitələr
idman kompleksi, ibtidai hərbi hazırlıq bazası, informasiya təminat bazası,
dərsliklər və dərs vəsaitləri, metodik ədəbiyyat, lügətlər.
Nizamnamə və normativ sənədlər
İstilik, su-elektrik təsərrüfatı, həyətyanı sahə, anbarlar və s.
Dostları ilə paylaş: |