Pedaqogikanın ümumi əsasları Plan


İrsiyyət – genlər vasitəsilə valideynlərdən uşaqlarına keçən keyfiyyətlərdir. Irsiyyət – ümumi və xüsusi səciyyə daşıyır. irsiyyətin ümumi səciyyəsi



Yüklə 176,29 Kb.
səhifə18/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   141
İrsiyyət – genlər vasitəsilə valideynlərdən uşaqlarına keçən keyfiyyətlərdir. Irsiyyət – ümumi və xüsusi səciyyə daşıyır. irsiyyətin ümumi səciyyəsi insanın insan növünün nümayəndəsi kimi doğulmasını təmin etməsidir; - irsiyyətin xüsusi səciyyəsi – uşağın xarici (bədən quruluşu, dərinin, gözün, tüklərin rəngi və s.) və daxili (qan qrupu, xəstəliklərə meyllilik, sinir sistemi xüsusiyyətləri və s.) əlamətlərinə görə vali-deynlərinə oxşamasını təmin etməsidir.  Şəxsiyyətin inkişafı haqda çoxsaylı tədqiqatlar sübut edir ki, hazır qabiliyyətlər yox, təbii imkanlar irsən keçir. Bütün normal insanlar potensial imkanlarla doğulurlar. Bu irsi potensialın konkret qabiliyyətlərə çevrilməsi üçün isə müvafiq şərtlərin: həyat şəraiti, tərbiyə, insanın özünün və cəmiyyətin tələblərinin təmin edilməsi zəruridir.

Şəxsiyyətin inkişafına təsir göstərən mühüm amillərdən biri də mühitdir. Mühit – insanın bioloji varlıq və şəxsiyyət kimi qarşılıqlı əlaqədə olduğu ətraf təsirlərin birliyidir. “Mühit” analyışını dargeniş mənada başa düşmək olar. - dar mənada mühit dedikdə - uşağı bilavasitə əhatə edən, gündəlik həyatda onun hərtərəfli inkişafı üçün istifadə olunan vasitələr başa düşülür; - geniş mənada mühit dedikdə - uşağın böyüdüyü təbii şərait, həmçinin ölkənin ictimai quruluşu, dövlətin inkişafa yaratdığı şərait, xalqın milli adət-ənənələri, məişət və mədəniyyəti başa düşülür; Təcrübə göstərir ki, mühit inkişafa müsbət təsir göstərməklə yanaşı, onu ləngidə, neqativ təsir də göstərə bilər. Buna görə də müasir pedaqogikada “inkişafetdirici mühit” anlayışı da formalaşmışdır.

Şəxsiyyətin inkişafında üçüncü amil tərbiyədir. Şəxsiyyətin inkişafı və formalaşmasında tərbiyənin səmərəli rolu, hər şeydən əvvəl, onun məqsədəyönəldilmiş, sistematik xarakter daşımasıdır. Bundan başqa;


  • irsiyyət və mühitin şəxsiyyətin inkişafına təsirini nizamlayır;

  • tərbiyənin gücü - inkişafa məqsədyönlü, sistematik və düzgün rəhbərlikdədir;

  • tərbiyənin zəif cəhəti - insanın fərdi şüurunun iştirakına əsaslanmasıdır;

  • tərbiyə şəxsiyyətin inkişafında yeganə həlledici amil deyil;

  • yalnız mövcud təbii imkanların inkişafını təmin edə bilir;

  • şəxsiyyətin inkişafına təsir edərkən, özü də inkişafdan asılı olur;

  • tərbiyənin səmərəliliyi uşağın tərbiyəvi təsiri necə qəbul etməsindən asılıdır.


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin