Pedaqogikanın ümumi əsasları Plan



Yüklə 176,29 Kb.
səhifə21/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   141
Təhsilin formaları. Azərbaycan Respublikasında formal, qeyri-formal, informal təhsil formaları tətbiq olunur.

formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır;

qeyri-formal təhsil - müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır.

informal təhsil - özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır.

Formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafə-dən), sərbəst təhsilalma formaları müəyyən olunmuşdur və təhsil-alma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər. Fərdi təhsil - müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil formasıdır. Evdə təhsil müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili formasıdır. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.

Yeni təhsil qanununda təhsilalma pillələri və səviyyələri aşağıdakı kimi təqdim edilmişdir:

-məktəbəqədər təhsil

- ümumi təhsil—ibtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil.

- ilk peşə ixtisas təhsili

- orta ixtisas təhsili- kolleclər, subbakalavr, tam orta təhsil

- ali təhsil- bakalavriat, magistratura, doktorantura.

Hər bir təhsil pilləsi (məktəbəqədər təhsil istisna olunmaqla) yekun qiymətləndir­mə­­nin və ya attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara dövlət nümunəli sənədun verilməsi ilə başa catır. Təhsilalanın əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər növbəti pillədə və səviyyədə təhsilin davam etdirilməsində nəzərə alınır


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin