Öyrənmə- dərketmə, çalışma və təcrübəyə yiyələnmə sayəsində şagirddə yeni davranış və fəaliyyət formalarının yaranması prosesidir.
Təlim- qarşıya qoyulmuş məqsədə catmaq ücün müəllim və şagirdlərin qarşılıqlı fəaliyyətidir.
Təlim prosesinin əlamətləri:
iki tərəfli xarakter daşıması
müəllim və şagirdlərin birgə fəaliyyəti
müəllimin rəhbərliyi
planauyğun təşkil və idarəetmə
tamlıq və vahidlik
uşaqların inkişaf dövrlərinin qanunauyğunluqlarına müvafiqlik
uşaqların inkişafı vətərbiyəsinin idarə olunması
Təlim zamanı 3 başlıca vəzifə həyata keçirilir : təhsilləndirici, tərbiyələndirici və inkişafetdirici vəzifələr.
Təlimin təhsilləndirici vəzifəsi. Təlim zamanı şagirdlər elmi bilikləri mənimsəyir, ümumi və xüsusi səciyyəli bacarıq və vərdişlər əldə edirlər. Elmi bilik deyəndə təbiət və cəmiyyətə aidşübhə doğurmayan, isbat olunmuş faktlar,qanunlar, qaydalar və s. nəzərdə tutulur. Deməli təlim zamanı biliklərin, bacarıq və vərdişlərin şagirdlərdə formalaşması onun, yəni təlimin təhsilləndirici vəzifəsinin həyata keçrilməsidir
Dostları ilə paylaş: |