Pedaqogikanın ümumi əsasları Plan


Təlimin tərbiyələndirici vəzifəsi



Yüklə 176,29 Kb.
səhifə27/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   141
Təlimin tərbiyələndirici vəzifəsi. Təlimin hər cəhəti-məzmunu da, tətbiq olunan üsullar da, təlimdə müəllim-şagird, şagird-şagird münasibətləri də tərbiyə edir. Təlim şagirdlərdə dünyagörüşünün formalaşmasına, onların təbiət və cəmiyyət hadisə­lə­rinə elmi cəhətdən yanaşmağa, onlara əxlaqi və estetik qiymət verməyə alışdırılma­sında böyük rol oynayır. Fənnin məzmununun, tədris üsullarının, təşkili for­ma­larının, müəllim-şagird münasibətlərinin təsiri ilə şagirdlərdə mənəvi keyfiy­yət­­lərin formalaşması təlimin tərbiyələndirici vəzifəsinin həyata keçrilməsi deməkdir.

Təlimin inkişafetdirici vəzifəsi. Təlim prosesi şagird şəxsiyyətini inkişaf etdirir. Bir sıra tədqiqatlarla sübut edilmişdir ki, təlimin məzmununu və metodikasını dəyişməklə uşaqların inkişaf səviyyəsini yeniləşdirmək mümkündür. Təlimdə şagird­lə­rin psixologi inkişafı onlarda nitq və təfəkkürün, hiss və həyəcanların, qabiliyyət­lə­rin və psixi proses və xüsusiyyətlərin birlikdə inkişafı deməkdir. Bütün fənlərin tədrisi şagirdlərdə nitqin inkişafına müəyyən təsir göstərir və lüğət ehtiyyatını zənginləşdirir. Nitqin inkişafi təfəkkürün də formalaşmasına təsir göstərir. Deməli, fən­nin tədrisi zamanı şagirdlərdə nitq və təfəkkür fəaliyyətlərinin, duyğu vğ qavrayı­şın, təsəvvür və təxəyyülün, diqqət və iradi keyfiyyətlərin, habelə digər psixologi qüvvə­lərin hərəkətə gətrilməsi təlimin inkişaf etdirici vəzifəsinin həyata keçrilməsi deməkdir.

Təlimin məqsədi belə ifadə olunur: məzmunu milli və ümumbəşəri dəyərlərlə zənginləşmiş bilikləri, bacarıq və vərdişləri mənimsəmək yolu ilə Azərbaycan dövlət müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını qorumağa qadir olan vətəndaşlar yetişdirməyə köməklik göstərmək təlimin əsas məqsədidir.



Təlimin hənin məqsədi onun yuxarıda sadaladığımız vəzifələrin istiqamətində həyata keçrilir.


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin