Biliklərin möhkəmləndirilməsi prinsipinin səmərəli tətbiqi üçün qaydalar:
düzgün qavranılmayan və ya şagirdin başa düşmədiyi materialın hafizədə möhkəmlənməsinə yol vermək omaz
Şagirdlər şüurlu mənimsənilmiş, yaxşı düşünülmüş bilikləri yadda saxlamalıdırlar;
öyrənilən materialın unudulması təlimdən dərhal sonra daha intensiv baş verir, buna görə də təkrarın vaxtı və sıxlığı unutmanın psixoloji qanunauyğunluqlarına uyğun olmalıdır;
şagirdlərdə, yeni materiala maraq və müsbət münasibət yaratmaq lazımdır