Pedaqogikanın ümumi əsasları Plan


Biliklərin möhkəmləndirilməsi və təkmilləşdirilməsi dərsinin quruluşu



Yüklə 176,29 Kb.
səhifə57/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   141
Biliklərin möhkəmləndirilməsi və təkmilləşdirilməsi dərsinin quruluşu -Sinfin təşkili.Məqsəd və vəzifələrin izahı. Verilmiş tapşırığın yerinə yetirlməsi üçün gərəkli olacaq biliklərin təkrarı. Şagirdlərin müstəqil işi. Nəticə. Ev tapşırığı və qiymətləndirmə.

Təkrar və ümumiləşdirmə dərslərinin quruluşu: -Sinfin təşkili.Müəllimin giriş sözü, dərsin məqsəd və vəzifələrinin izahı. Şagirdlərin müstəqil işi. Nəticələrin yoxlanması və təshihi. Ev tapşırığı və qiymətləndirmə.

Yoxlama dərslərinin quruluşu: -Sinifin təşkili. Məqsəd və vəzifələrin izahı. Şagirdlərin müstəqil işi. Ev tapşırığı. -Yoxlama dərsləri şifahi aparıldıqda müstəqil işlərdən sonra yekunlaşdırma mərhələsi də ola bilər.

İnteqrativ dərslər İnteqrativ dərs dedikdə - bir mövzunun öyrədilməsi zamanı bir neçə fənnin materiallarından istifadə edilməsi başa düşülür. Dərsi bu tipdə keçmək üçün, hər şeydən əvvəl, əsas məqsəd müəyyən olunur, ondan sonra müvafiq təlim fənlərindən həmin məqsədin reallaşdırılması üçün zəruri olan məlumatlar seçilib müəyyən ardıcıllıqla istifadə olunur.

 İnteqrativ dərslərin təşkili və keçirilməsinə verilən tələblər:



  • hər bir sinif üzrə il ərzində bu tipdə tədris olunacaq dərslərin sistemini müəyyən etmək;

  • hər bir dərsin planlaşdırılması, əsas və yardımçı məqsədlərin müəyyən edilməsi;

  • dərsin məzmununa yalnız əsas məqsədin tam reallaşdırılmasına yönəldilmiş materialları daxiletmək;

  • təlimin üsul və vasitələrini düzgün seçmək;

  • bu tip dərslərin tədrisinə, mümkün olduqca, digər müəllimləri, mütəxəssisləri cəlbetmək.

Müasir didaktikada, qeyri-ənənəvi adlandırılan dərs tipləri də mövcuddur. Bunlara aiddir:- fantaziya – dərslər;

    • yarış – dərslər;

    • sərbəst fikir dərsləri;

    • turnir – dərslər;

    • disput – dərslər;

    • evrika – dərslər;

    • zaçot – dərslər;

    • yaradıcılıq dərsləri;

    • tamaşa – dərslər;

    • müsabiqə - dərslər;

    • konfrans – dərslər;

    • oyun – dərslər;

    • nağıl – dərslər;

    • qarşılıqlı təlim dərsləri;

    • səyahət – dərslər;

    • bilik auksionu dərsləri; .


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin