birinci mərhələdə aşılanması nəzərdə tutulan hər hansı milli və ya ümumbəşəri dəyərin tərbiyə olunanlarda səviyyəsi, təqribi də olsa, üzə çıxarılır.
ikinci mərhələdə tərbiyəçinin başlıca qayğısı (əgər buna ehtiyac varsa) nəzərdə tutduğu mənəvi dəyər üzrə öz uşaqların da, yeniyetmə və gənclərində ilkin təəssürat yaratmaqdan, onların diqqətini belə bir dəyərin varlığına yönəltməkdən ibarət olur.
üçüncü mərhələdə tərbiyəçi çalışır ki, həmin dəyərə dair tərbiyə olunanda müəyyən anlayış formalaşsın, onun mahiyyəti və əhəmiyyəti başa düşülsün.
dördüncü mərhələdə tərbiyəçi tərbiyə olunan şəxslərdə formalaşdırdığı, anlayışa, şüura uyğun olaraq onların əməli fəaliyyətlərini təşkil edir.