Pedaqogikanın ümumi əsasları Plan


Hörmət və tələbkarlıq prinsipi



Yüklə 176,29 Kb.
səhifə75/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   ...   141
3. Hörmət və tələbkarlıq prinsipi. Bu prinsip tələb edir ki, tərbiyə olunanın şəxsiyyətinə maksimum dərəcədə hörmət etməklə, ona mümkün qədər ciddi tələbkarlıqla yanaşılsın. Uşaq şəxsiyyətinə hörmət dedikdə ümumi şəkildə bunlar başa düşülür;

  • uşaqlarla səmimi, tərəfdaşlıq münasibətlərinin, mehriban ünsiyyətin yaradılması;

  • uşağın həvəs və arzuları ilə hesablaşmaq, xüsusilə kiçik yaşlarında onların arzularının maksimum dərəcədə yerinə yetirilməsi;

  • uşaqların qabiliyyəti və bacarıqlarını nümayiş və tətbiq edə bilmələrinə şərait yaratmaq;

  • tərbiyə işində ayrı-seçkilik qoymadan hər kəsə əməlinə, davranışına görə qiymət vermək;

  • uşaqları sevmək, xüsusilə ibtidai siniflərdə onları mümkün qədər çox tərifləmək və rəğbətləndirmək lazımdır.

  • Tələbkarlıq – ictimai həyatın müxtəlif sahələrində davranış normalarına əməl etməyin, fəaliyyət prosesində öz vəzifələrini yerinə yetirməyin zəruriliyini təmin etmək xüsusiyyətidir.

  • Tələbkarlığın müvəffəqiyyəti onun tətbiqi qaydalarından asılıdır.

  • tələb elə verilməlidir ki, uşaq onu yerinə yetirməyə borclu olduğu bir şey kimi başa düşsün;

  • tələbin nə məqsədlə verildiyi şagird üçün aydın olmalıdır;

  • tələbin məzmunu aydın olmalıdır;

  • ibtidai sinif şagirdlərinə verilən tələblər konkret, lakonik olmalıdır;

  • tələb uşağın yaşına və gücünə müvafiq olmalıdır;

  • tələb verilərkən pedoqoji etika gözlənilməlidir;

  • verilmiş tələbin icrasına nəzarət edilməli, nəticələri, mütləq, yoxlanmalı və dəyərləndirilməlidir.


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin