1. Tərbiyə məqsədlərinin real əsaslar üzərində qurulması
tərbiyənin məqsədi bütün dövrlərdə insanın mümkün qədər hərtərəfli inkişaf etdirilməsi olmuşdur. Müasir dövrdə bu məqsədə nail olmağın əsas vasitəsi mədəniyyətin baza əsaslarının mənimsənilməsidir. Tərbiyənin məzmununun əsas anlayışı olan “şəxsiyyətin baza mədəniyyəti” anlayışı da məhz bu cür yaranmışdır. Bu, insanın öz həyatını müəyyən etmə mədəniyyətidir. Buraya insanın bilikləri və ətraf aləmə münasibəti, əxlaqi davranışı, insani münasibətlər və əmək mədəniyyəti; demoratik və hüquqi iqtisadi, ekoloji, bədii və fiziki mədəniyyəti, ailə mədəniyyəti və s daxildir.