Pedaqogikanın ümumi əsasları Plan


Tərbiyədə nikbinlik prinsipi



Yüklə 176,29 Kb.
səhifə90/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   86   87   88   89   90   91   92   93   ...   141
5.Tərbiyədə nikbinlik prinsipi.Bu prinsip pedaqoji ədəbiyyatda “Müsbətə istinad etmə prinsipi”də adlanır. Nikbinlik prinsipinin tələbinə görə, müəllim-tərbiyəçi tərbiyə prosesində öz işini uşaqda müəyyən etdiyi müsbət keyfiyyətlərə əsaslanaraq qurmalıdır.Nikbinlik prinsipinin qaydaları

  • tərbiyə prosesində müəllimlə şagirdlər arasında münaqişə, qarşıdurma, öcəşmə və kəskin mövqe ziddiyyəti olmamalıdır. Müsbət nəticələr yalnız səbr və dözümlü əməkdaşlıq nəticəsində əldə edilə bilər;

  • uşaqların davranışında mənfi cəhətləri axtarmaq yox, əksinə, kiçik də olsa, müsbət keyfiyyətləri görə bilmək, müsbəti inkişaf etdirməklə mənfi keyfiyyətləri yox edə bilmək pedaqoji ustalıq sayılır;

  • uşağın tərbiyəsindəki, davranışındakı çatışmazlıqları hər an onun üzünə vurmaq, həm də bunu başqalarının yanında etmək heç bir səmərə vermir. Bu iş daha çox fərdi aparılmalıdır;

  • “nadinc” hesab edilən uşağın kiçicik müsbət hərəkətini belə gözdən qaçırmayaraq, bu hərəkətə görə onu tərifləmək, rəğbətlənddirmək, alqışlamaq lazımdır;

  • uşaqları öz müvəffəqiyyətləri ilə fəxr etməyə, müsbət hərəkətlərindən ləzzət almağa alışdırmaq lazımdır.


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin