Tərbiyə üsulları – tərbiyə məqsədlərinə çatmağın yolları, qaydalarıdır. Tərbiyə üsulları konkret şəraitdən, tərbiyə prosesinin təşkili və xarakterindən asılı olduğundan çoxsaylıdır. Buna görə də nəzəri pedaqogikada, adətən, tərbiyənin ümumi üsullarından bəhs olunur.
Tərbiyə tərzi – üsulun müvəffəqiyyətli olması üçün yerinə yetirilən ayrıca hissəsidir.
Tərbiyə vasitəsi dedikdə - üsulun tətbiqi zamanı istifadə olunan hər bir əşya, fakt və hadisə başa düşülür.
Tərbiyə üsullarının təsnifatı – onların müəyyən əlamət əsasında düzülmüş sistemi deməkdir.
Tərbiyə üsulları
əsasən şüurun və əqidənin formalaşdırılmasına xidmət edən üsullar;
əsasən fəaliyyətin təşkilinə və davranış təcrübəsinin formalaşdırılmasına yönələn üsullar;