Pedaqogikanın ümumi əsasları Plan



Yüklə 176,29 Kb.
səhifə95/141
tarix01.01.2022
ölçüsü176,29 Kb.
#102867
növüMühazirə
1   ...   91   92   93   94   95   96   97   98   ...   141
Tərbiyəvi stiuasiyalar dedikdə - prosesinin xüsusi olaraq təşkil edilmiş şəraitdə aparılması başa düşülür.

P.4. Fəaliyyət və davranışın stimullaşdırılması üsulları.Tərbiyə prosesində stimul dedikdə - müəyyən hərəkətə rəvac verilməsi, sürətləndirilməsi və ya hərəkətin qarşısının alınması, ləngidilməsinə yönəldilən təsir başa düşülür. Stimullaşdırma üsulunun növləri

1/ rəğbətləndirmə 2/ cəzalandırma 3. yarış



Rəğbətləndirmə-Əxlaqi hərəkətin, davranışın müsbət qiymətləndirilməsi rəğbətləndirmə adlanır. Rəğbətləndirmə tədbirləri: tərifləmə, təşəkkür , mükafat təltif

  • Tərifləmə - ən sadə rəğbətləndirmə tədbiridir, xüsusilə kiçik yaşlı uşaqlara daha çox tətbiq edilir.

  • Təşəkkür etmə - şifahi və yazılı olmaqla əxlaqi hərəkətin daha ciddi və rəsmi rəğbətləndirilməsidir.

  • Mükafatlandırma – təşəkkürün maddi bir şeylə ifadəsi olub, tətbiqinə xüsusi olaraq müəyyən edilmiş qaydalarla yanaşılmalı olan rəğbətləndirmə tədbiridir.

  • Təltif – hərəkət və davranışlarında müsbət mənada sabitlik göstərən şagirdlərə verilən, təhsil haqqında sənədlərdə təsbit olunmuş qaydalara əsasən tətbiq olunan rəğbətləndirmə tədbiridir.

Cəzalandırma -Əxlaqi hərəkətin, davranışın mənfi qiymətləndirilməsi cəzalandırma adlanır. Cəzalandırma tədbirlərinə bunlar aiddir:

  • -danlamaq; ayaq üstə saxlamaq; xəbərdarlıq etmək; irad tutmaq; töhmət vermək, dərsdən sonra saxlayıb tapşırığı icra etdirmək; paralel sinfə köçürmək; başqa məktəbə köçürmək. məktəbdən xaric etmək.

Rəğbətləndirmə və cəzalandırma üsullarının səmərəliliyini artırmağın şərtləri a-lardır:

  • rəğbətləndirmə və cəzalandırma obyektiv olmalıdır;

  • rəğbətləndirmə və cəzalandırma zamanı müəyyən hədd gözlənilməlidir;

  • rəğbətləndirmə və cəzalandırma mütləq xarakter daşımamalıdır;

  • rəğbətləndirmə və cəzalandırma tətbiq edərkən uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır;

  • rəğbətləndirmə və cəzalandırma tədbirlərinin mahiyyəti və səbəbi uşağa aydın olmalıdır;

  • rəğbətləndirmə və cəza nüfuzlu şəxs tərəfindən tətbiq olunduqda daha səmərəli olur;

  • ibtidai siniflərdə hədd gözlənilməklə mümkün qədər çox rəğbətləndirib, daha az cəzalandırma tətbiq etmək lazımdır.

  • Tərbiyədə yarış üsulu – uşaqlarda özünütəsdiq, rəqabət, üstün olmaq təlabatının cəmiyyətə yararlı istiqamətə yönəldilməsini təmin etmək üsuludur.


Yüklə 176,29 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin