1202) Aşağıdakılardan hansı inhibitordan müdafiə olunmuş penisillinlərə aid deyil?
A) Ampisillin/sulbaktam
B) Ampisillin
C) Amoksisillin/klavulanat
D) Tikarsillin/klavulanat
E) Piperasillin/tazobaktam
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1203) Ampisillin haqqında aşağıdakı ifadələrdən hansı doğru deyil?
A) H.Pylori-yə qarşı aktivdir
B) Aminopenisllinlərin nümayəndəsidir
C) Qida qəbulundan asılı olmayaraq qəbul etmək lazımdır
D) Haemophilus spp.-yə qarşı aktivdir
E) Bütün β-laktamazaların tısirindən hidrolizə uğrayır
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1204) Yüngül və orta ağırlıqda olan streptokokk infeksiyalarının (tonzillofaringit, qızılyel) müalicəsində hansı preparata üstünlük verilməlidir?
A) Oksasillin
B) Amoksisillin
C) Fenoksimetilpenisillin
D) Tikarsillin/klavulanat
E) Benzatin benzilpenisillin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1205) I nəsil sefalosporinlərin nümayəndəsi hansıdır?
A) Sefotaksim
B) Sefoperazon
C) Seftriakson
D) Sefazolin
E) Seftazidim
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1206) II nəsil sefalosporinlərə hansı aiddir?
A) Seftriakson
B) Sefuroksim
C) Seftazidim
D) Sefoperazon
E) Sefotaksim
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1207) Aşağıdakılardan hansı III nəsil sefalosporinlərə aid deyil?
A) Sefotaksim
B) Seftriakson
C) Sefoperazon/sulbaktam
D) Sefepim
E) Seftazidim
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1208) Aşağıdakılardan hansı I nəsil aminoqlikozidlərə aiddir?
A) Streptomisin
B) Netilmisin
C) Amikasin
D) Tobramisin
E) Gentamisin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1209) Taunun spesifik terapiyası hansı preparatla aparılır?
A) Sefotaksimlə
B) Streptomisinlə
C) Sefotaksimlə
D) Amikasinlə
E) Tobramisinlə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1210) Aşağıdakılardan hansı II nəsil flüörxinolonlara aid deyil?
A) Ofloksasin
B) Nalidiks turşusu
C) Lomefloksasin
D) Siprofloksasin
E) Nefloksasin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1211) Aşağıdakılardan hansı təbii makrolidlərə aiddir?
A) Siprofloksasin, Nefloksasin, Norfloksasin
B) Klaritromisin, Roksitromisin, Azitromisin
C) Nalidiks turşusu, Oksalin turşusu, Piperin turşusu
D) Spiramisin, Cozamisin, Midekamisin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1212) Makrolidlərin istifadəsi nə zaman əks göstərişdir?
A) Göyöskürək, difteriya
B) Dərinin və yumşaq toxumaların infeksiyaları
C) Toksoplazmoz, Kriptosporidioz
D) Yuxarı tənəffüs yollarının infeksiyalarında:streptokokk tonzillofaringiti, kəskin sinusit
E) Hamiləlik və laktasiya dövründə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1213) Hansı antibiotik monobaktamlara aiddir?
A) Piperasillin
B) İmipenem
C) Azlosillin
D) Meropenem
E) Aztreonam
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1214) Aşağıdakı qrup preparatlardan hansı qaraciyərdə sitoxrom fermentinə ləngidici təsir göstərir?
A) Sefalosporinlər
B) Makrolidlər
C) Penisillinlər
D) Xinolonlar/Flüorxinolonlar
E) Linkozamidlər
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1215) Hansı makrolid preparatlar qida qəbulundan asılı olmayararaq qəbul edilə bilər?
A) Lomefloksasin, Norfloksasin, Siprofloksasin
B) Amikasin, Vankomisin, Teykoplanin
C) Klaritromisin, Spiramisin, Cozamisin
D) Sefotaksim, Seftriakson, Sefoperazin
E) Linkomisin, Klindamisin, Azitromisin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1216) Aminoqlikozidlərdən istifadə zamanı əsasən hansı əlavə təsirlər meydana çıxır?
A) Bakterial konyunktivit, keratit törədir
B) Onlar nefrotoksik, ototoksik təsir göstərir
C) Ağız boşluğunun kandidozuna səbəb olur
D) Psevdomembranoz kolitin yaranmasına səbəb olur
E) Ginekomastiyaya, dismenoreyaya səbəb olur
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1217) Aşağıdakı preparatlardan hansılar qlikopeptidlərə aiddir?
A) Vankomisin, Teykoplanin
B) Sefotaksim, Seftriakson
C) Lomefloksasin, Norfloksasin
D) Linkomisin, Klindamisin
E) Benzatin benzilpenisillin, Oksasillin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1218) Aşağıdakı preparatlardan hansı nitrofuran qrupuna aid deyil?
A) Nifuroksazid
B) Furazolidon
C) Nifuratel
D) Ornidazol
E) Nitrofurantoin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1219) Aşağıdakılardan hansı vərəməleyhinə I sıra dərman vasitələrinə aid deyil?
A) İzoniazid
B) Kanamisin
C) Etambutol
D) Streptomisin
E) Pirazinamid
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1220) Aşağıdakı preparatlardan hansı vərəməleyhinə II sıra dərman vasitələrinə aiddir?
A) Etionamid
B) İzoniazid
C) Klaritromisin
D) Rifampisin
E) Amoksisillin/klavulan turşusu
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1221) Aşağıdakılardan hansı vərəməleyhinə III sıra dərman vasitələrinə aiddir?
A) Kanamisin
B) Etionamid
C) PAST
D) Sikloserin
E) Amoksisillin/klavulan turşusu
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1222) Aşağıdakı reseptorların hansının qıcıqlanması nəticəsində böyrək damarlarında genişlənmə baş verir?
A) D2-dopamin reseptorlarının
B) α2-adrenoreseptorların
C) β1-adrenoreseptorların
D) α1-adrenoreseptorların
E) D1-dopamin reseptorlarının
Ədəbiyyat: TUS Deneme sınavı-2011 yaz dönemi
1223) 61 yaşı dializə gedən kişidə Pseudomonas aeruginosa septisemiyası inkişaf edir. Bu xəstəyə yalnız aerob qrammənfi bakteriyalara qarşı təsirli olan, qrammüsbət bakteriyalara təsir etməyən bir antibiotik təyin edilmişdir. Bu xəstəyə hansı antibiotik təyin edilmişdir?
A) Aztreonam
B) Seftriakson
C) Sefaleksin
D) İmipenem
E) Gentamisin
Ədəbiyyat: TUS Deneme sınavı-2011 yaz dönemi
1224) Hansı sırada klaritromisinin eritromisindən fərqi duzgün göstərilməyib?
A) Hamiləlik və laktasiya dövründə istifadə edilir
B) Toxumalarda daha yüksək konsentrasiyası yaranır
C) 6 aylığa qədər uşaqlara təyin olunmur
D) Daxilə qəbul zamanı biomənimsənilməsi yaxşıdır
E) H.pylori-yə və atipik mikobakteriyalara münasibətdə daha aktivdir
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1225) Azitromisin daxilə necə qəbul edilməlidir?
A) Yemək vaxtı
B) Yeməkdən 1 saat əvvəl
C) Yeməkdən 20 dəqiqə sonra
D) Yeməkdən 1 saat sonra
E) Qida qəbulundan asılı olmayaraq
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1226) 1 aylıqdan 12 yaşa qədər uşaqlara amoksisillin daxilə hansı dozada təyin olunmalıdır?
A) 3 qəbula bölünməklə, 30-60 mq/kq gündəlik dozada
B) 3 qəbula bölünməklə, 60-70 mq/kq gündəlik dozada
C) 2 qəbula bölünməklə, 5-10 mq/kq gündəlik dozada
D) 4 qəbula bölünməklə, 25-35 mq/kq gündəlik dozada
E) 2 qəbula bölünməklə, 15-20 mq/kq gündəlik dozada
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1227) Ampisillin 1 aylıqdan 12 yaşa qədər uşaqlara daxilə hansı dozada təyin olunmalıdır?
A) 2 qəbula bölünməklə, 5-10 mq/kq gündəlik dozada
B) 4 qəbula bölünməklə, 30-50 mq/kq gündəlik dozada
C) 2 qəbula bölünməklə, 15-20 mq/kq gündəlik dozada
D) 3 qəbula bölünməklə, 55-65 mq/kq gündəlik dozada
E) 8 qəbula bölünməklə, 10-15 mq/kq gündəlik dozada
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1228) Benzilpenisillin 1 aylıqdan 12 yaşa qədər uşaqlara parenteral yolla necə təyin olunur?
A) gündə 4 dəfə 100-200 TV/kq
B) gündə 1 dəfə 250-300 TV/kq
C) gündə 4 dəfə 50-150 TV/kq
D) gündə 2 dəfə 50-100 TV/kq
E) gündə 3 dəfə 50-100 TV/kq
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1229) Nə üçün yaşlı şəxslərə aminoqlizkozidlərin təyini arzuolunmazdır?
A) Yaşlı şəxslərdə nefrotoksik və ototoksik təsirinin daha güclü olmasına görə
B) Yüksək neyrtropeniya yartmasına görə
C) Ağız boşluğunun kandidozuna səbəb olmasına görə
D) Hemolitik anemiya yaratmasına görə
E) Bakteriostatik təsirə malik olmasına görə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1230) Ko-trimoksazol sulfametoksazol və trimetoprimin hansı nisbətdə kombinasiyasından ibarətdir?
A) 2/3
B) 3/2
C) 10/4
D) 2/1
E) 5/1
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1231) Ko-trimoksazol necə qəbul edilməlidir?
A) acqarına 1 stəkan süd ilə
B) yeməkdən 10 dəqiqə sonra 25ml su ilə
C) yemək vaxtı 0,5 stəkan su ilə
D) acqarına 1 stəkan su ilə
E) yeməkdən 25 dəqiqə sonra 1 stəkan turş meyvə şirəsi ilə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1232) Streptokokk tonzillofaringiti zamanı sefaleksin neçə gün təyin edilir?
A) 1
B) 5
C) 10
D) 3
E) 7
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1233) Furazolidon böyüklərə necə təyin olunmalıdır?
A) 4 saatdan bir 1 mq
B) 6 saatdan bir 5 q
C) 5 saatdan bir 3 q
D) 6 saatdan bir 100 mq
E) 2 saatdan bir 1q
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1234) Aşağıdakılardan hansı əzələdaxili yeridilən peyvəndlərə aid deyil?
A) AGDT-yə qarşı peyvənd
B) Hepatit B-yə qarşı peyvənd
C) Antirabik peyvənd
D) Poliomielitə qarşı peyvənd
E) Pnevmokokka qarşı peyvənd
Ədəbiyyat: TUS Deneme sınavı-2011 yaz dönemi
1235) Aşağıda hansı antibiotikin əlavə təsiri düzgün göstərilməyib?
A) Klindamisin - psevdomembranoz enterokolit törədir
B) Amikasin - aplastik anemiya törədir
C) Eritromisin - xolestatik hepatit törədir
D) Xloramfenikol-“boz bəbək” sindromu törədir
E) Doksisiklin- baş beynin psevdotumorunu (Pseudotumor Cerebri) törədir
Ədəbiyyat: TUS Deneme sınavı-2011 yaz dönemi
1236) Tetrasiklin neçə yaşdan etibarən uşaqlara təyin edilə bilər?
A) 4
B) 8
C) 1
D) 3
E) 10
Ədəbiyyat: TUS Deneme sınavı-2011 yaz dönemi
1237) Aşağıdakılardan hansı oral yolla (per os) qəbul edilən dərmanın biomənimsənilməsinə təsir etmir?
A) Dərman maddəsinin portal yolla və ya qaraciyərdə metabolizmə uğraması
B) Dərman maddəsinin bağırsaqlardan sorulan miqdarı
C) Preparatın dərman forması
D) Dərman maddəsinin bağırsaqda və bağırsaq divarında metobolizmə uğraması
E) Dərman maddəsinin böyrəklər vasitəsilə orqanizmdən xaric olan miqdarı
Ədəbiyyat: TUS Deneme sınavı-2011 yaz dönemi
1238) Bakterial meningitlərin müalicəsində penisillinin natrium duzu hansı dozada və neçə gün müddətinə təyin edilir?
A) 10 gün müddətinə gündə 4 dəfə 5 mln. TV
B) 3 gün müddətinə gündə 6 dəfə 20 mln. TV
C) 5 gün müddətinə gündə 3 dəfə 3mln. TV
D) 14 gün müddətinə gündə 6 dəfə 4 mln. TV
E) 7 gün müddətinə gündə 3 dəfə10 mln. TV
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1239) Streptococcus agalactiae mənşəli bakterial meningit antibakterial preparatlarla neçə gün müalicə edilməlidir?
A) 10-14
B) 14-21
C) 7
D) 21
E) 3-5
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
1240) Helicobacter Pylori-yə qarşı effektivliyə malik makrolid hansıdır?
A) Klaritromisin
B) Azirtomisin
C) Spiramisin
D) Eritromisin
E) Roksitromisin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
Dostları ilə paylaş: |