Pediatriya 1 krx keçirmiş uşağa profilaktik peyvəndləri sağaldıqdan nə qədər sonra vurmaq olar?


) Epiqlottitin müalicəsi zamanı hansı tədbir aparılmır?



Yüklə 1,75 Mb.
səhifə13/18
tarix21.10.2017
ölçüsü1,75 Mb.
#8858
1   ...   10   11   12   13   14   15   16   17   18

862) Epiqlottitin müalicəsi zamanı hansı tədbir aparılmır?
A) İntubasiyadan sonra qırtlaqüstünün müayinəsi

B) Antibiotikoterapiya

C) İntubasiya mümkün olmadıqda traxeostomiya

D) Ümumi anesteziya ilə traxeyanın intubasiyası

E) Əsnəyi hipertonik məhlulla silmək
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
863) Epiqlottitin müalicəsində seftriakson hansı dozada təyin olunur?
A) 300 mq/kq/gündə

B) 200 mq/kq/gündə

C) 500 mq/kq/gündə

D) 50 mq/kq/gündə

E) 100 mq/kq/gündə
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
864) Hansı biri inağın xarakterik əlaməti deyil?
A) Stridor

B) Bəlğəmli öskürək

C) Xarakterik hürücü öskürək

D) Səsin batması

E) Tənəffüs yollarının obstruksiyası
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
865) İnağın tez-tez rast gəlinən səbəbi hansıdır?
A) Streptokokk infeksiyası

B) Pnevmokokk infeksiyası

C) Stafilokokk infeksiyası

D) Kəskin virus larinqotraxeiti

E) Meninqokokk infeksiyası
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
866) İnağın nadir hallarda rast gəlinən səbəbi hansıdır?
A) Respirator sinsitial virus

B) Paraqripp

C) Kəskin bakterial larinqotraxeit

D) Adenovirus

E) Qripp virusu
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
867) İnağın anamnezində xarakterik olmayan əlamət hansıdır?
A) İnağ adətən gündüz baş verir

B) Prodormal dövr zökəmlə keçir

C) Döş qəfəsinin içəri dartılması

D) Adətən üç yaşadək uşaqlar xəstələnir

E) Öskürək güclənir və səs batır
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
868) İnağ zamanı hansı əlamətlər ağır obstruksiyanı göstərmir?
A) Döş qəfəsinin içəri dartılması

B) Tənəffüsün zəifləməsi

C) Stridor

D) Taxipnoye

E) Disfoniya
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
869) İnağ zamanı hansı əlamət hipoksiyanı göstərmir?
A) Taxikardiya

B) Disfagiya

C) Narahatlıq

D) Sianoz

E) Huşun pozğunluğu
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.


870) Diabetik ketoasidozun II dərəcəsinə aşağıdakılardan hansı aiddir?
A) Huşun itməsi

B) Diabetik rubeoz

C) Psevdoperitonit əlamətlərinin artması

D) Oliquriya

E) Baş ağrıları, baş gicəllənməsi
Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.339
871) Diabetik ketoasidozun III dərəcəsinə aşağıdakılardan hansı aiddir?
A) Diabetik rubeoz

B) Soporoz vəziyyət

C) Poliuriya

D) Davamlı qusma

E) Huşun itməsi
Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.339
872) Ölkədə səhiyyənin vəziyyətini hansı göstərici daha dəqiq əks etdirir?
A) Körpə ölümü

B) Adambaşına düşən həkimlərin sayı

C) Ölüm səviyyəsi

D) Doğum səviyyəsi

E) Təcili yardımın əhaliyə qulluq səviyyəsi
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
873) Əks göstəriş olmadıqda sağlam yenidoğulmuş nə vaxt döşə qoyulmalıdır?
A) 30 dəq - 2 saat ərzində

B) 24 saatdan sonra

C) 4 - 6 saatdan sonra

D) 3 - 4 saatdan sonra

E) 8 -12 saatdan sonra
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
874) Anadangəlmə hipotireoza xas olmayan hansıdır ?
A) Bradikardiya

B) Kobud səs

C) Uzun müddət davam edən sarılıq

D) Taxikardiya

E) Doğularkən iri çəki
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
875) Hamiləlik dövründə tetrasiklinin qəbulu nə ilə nəticələnə bilər?
A) Skeletin zədələnməsi

B) Ürək qüsuru

C) Qida borusunun atreziyası

D) Böyrək qüsuru

E) Alport xəstəliyi
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
876) Hialin membran xəstəliyi üçün xas olmayan hansıdır?
A) Tənəffüs çatışmazlığı

B) Metabolik asidoz

C) Hipokapniya və hiperoksemiya

D) Sianoz

E) Taxipnoe və tənəffüsdə yardımçı əzələlərin iştirakı
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
877) Sepsisin əsas differensial-diaqnostik əlamətləri hansılardır?
A) Immunitet pozulmaları və hemostazın dərin dəyişiklikləri

B) MSS ( mərkəzi sinir sisteminin ) ağır zədələnməsi

C) Çoxlu miqdarda ardıcıllıqla əmələ gələn iltihab ocaqları

D) Pnevmoniya

E) Aşkar bağırsaq sindromu
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
878) Yenidogulmuşlarda sərbəst bilirubinemiyanın müalicəsində ən effektli üsul hansıdır?
A) Fenobarbitalla müalicə

B) Infuzion müalicə

C) Enterosorbentlər

D) Sadalanan üsulların kombinasiyası

E) Fototerapiya
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
879) Daha yüksək dərəcə intranatal asfiksiya riski nə vaxt rast gəlinir?
A) Vaxtından əvvəl doğusda

B) Vaxtında olan doğuşda

C) Gecikmiş doğuşda

D) Sağrı gəlişində

E) Ayaq gəlişində
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
880) Apqar cədvəli ilə aşağı göstərici hansı halda asfiksiya ilə əlaqədar olmaya bilər?
A) Dərman depressiyasında

B) Vaxtında olan doğuşda

C) Mamalıq şipsilərinin istifadəsi zamanı

D) Vaxtından əvvəl doguşda

E) Gecikmiş doğuşda
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
881) Oksitosinin doğuşu oyatmanın mənfi effektinə aid olan hansıdır?
A) Sadalananların hamısı

B) Qanaxma

C) Yenidoğulmuşun uzun sürən sarılığı

D) Uşaqlığın cırılması

E) Sürətli doğuş
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
882) Pnevmosist pnevmoniyasını hansı ilə differensasiya etmək lazımdır?
A) Stafilokokk pnevmoniyası ilə

B) Aktinomikoz pnevmoniyası

C) Psevdomonas etiologiyalı pnevmoniya ilə

D) Sitomeqalovirus pnevmoniyası ilə

E) Pnevmokokk pnevmoniyası ilə
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
883) Göstərilən virus xəstəliklərindən hansı ekzantema ilə müşayət olunur?
A) Qrip

B) Respirator-sinsitial infeksiya

C) Adenovirus infeksiyası

D) Enterovirus infeksiyası

E) Sitomeqalovirus infeksiyası
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
884) Anadangəlmə həqiqi stridorun əsas səbəbi hansıdır?
A) Qırtlağın qığırdaq karkasının anadangəlmə zəifliyi

B) Timomeqaliya

C) Qırtlağın stenozu

D) Səs yarığı nahiyəsində bitişmə və bağların olması

E) Səs tellərinin parezi
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
885) Yenidoğulmuşlarda polisitemiyanın inkişafına nə səbəb ola bilər?
A) Göstərilən bütün hallar

B) Bətndaxili inkişafın ləngiməsi

C) Feto-fetal hemotransfuziya

D) Doğuş zamanı asfiksiya

E) Anada şəkərli diabetin olması
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
886) Yenidoğulmuşda Ht-nin 65%-dən artıq olması zamanı körpədə nə müşahidə oluna bilər?
A) Yeməkdən imtina

B) Sadalanan əlamətlərin hamısı

C) Ağır hiperbilirubinemiya

D) MSS-nin süstlüyü

E) Sianoz
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
887) Yenidoğulmuşun hemorragik xəstəliyinin xarakter əlaməti hansıdır?
A) Trombositopeniya

B) Qanda qlobulinlərin azalması

C) Qanda VIII, IX, X amillərin azalması

D) Protrombin kompleksinin aşağı olması

E) Fibrinolizin güclənməsi
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
888) Doğulan kimi anemiyanın əsas səbəbi hansıdır?
A) Qanitirmə

B) Anada anemiyanın olması

C) İrsi mikrosferositoz

D) Eritrositar fermentlərin defisiti

E) İrsi hipoplastik anemiya
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
889) İlk aylarda uşaqlarda hiperxrom anemiyanın inkişafına hansı defisit səbəb olur?
A) Vitamin E-nin

B) Dəmirin

C) Fol turşusunun

D) Vitamin B12 -nin

E) Vitamin B6 -nın
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
890) Yenidoğulmuş körpədə bilirubin intoksikasiyasının ilk əlamətinə hansı aiddir?
A) Əzələ tonusunun artması

B) Ənsə əzələlərinin gərginliyi

C) Qıcolma

D) Süstlük əlamətinin əmələ gəlməsi

E) Kəskin oyanıqlıq
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
891) Yenidoğulmuşda bağırsaq biosenozunun formalaşmasının pozulmasının əsas səbəbi hansıdır?
A) Doğum zalında reanimasion tədbirlərin aparılması

B) Bətndaxili infeksiya

C) Həyatın ilk saatlarında döşlə qidalanmanın olmaması

D) Doğuş vaxtı hipoksiya

E) Doğuşdan sonra mədə möhtəviyyatının sorulması
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
892) I dərəcə susuzlaşmada diurez necə olur?
A) Normal olaraq qalır

B) Bu qan zərdabında natriumun qatılığından asılıdır

C) Kəskin azalır

D) Azalır

E) Artır
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
893) Erkən hipokalsemiyanın kliniki şəkli nə ilə xarakterizə olunur?
A) Sadalanan bütün əlamətlərlə

B) Əzələ hipotoniyası ilə

C) Bradikardiya

D) Apnoe tutmaları ilə

E) Yayılmış klonik qıcolmalarla
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
894) Xroniki qanitirmə nə ilə xarakterizə olunur?
A) Eritrositlərin hipoxromiyası və mikrositozla

B) Eritrositlərin normoxromiyası və normositozla

C) Trombositozla

D) Eritrositlərin hiperxromiyası və makrositozla

E) Leykositozla
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
895) Şereşevski-Terner sindromu olan yenidoğulmuşda daha xarakter olan əlamət hansıdır?
A) Makroqlossiya

B) Əldə və pəncədə lokal ödemlər

C) Sianoz

D) Əzələ hipertonusu

E) Əzələ hipotoniyası
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
896) Dörd kiloqramdan artıq doğulan uşaqlarda (makrosomiya) qan zərdabında nəyin səviyyəsi dinamik nəzarətdə olmalıdır?
A) Kalsiumun

B) Natriumun

C) Zülalların

D) Qlükozanın

E) Kaliumun
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
897) Vaxtından əvvəl doğulan uşaqlara verilən qida qarışığında (100 ml-də) zülalın miqdarı nə qədər olmalıdır?

A) 3,0 – 3,2 q.

B) 1,5 – 2,0 q.

C) 3,5 – 4,0 q.

D) 2,5 – 3,0 q.

E) 1,9 – 2,3 q.


Ədəbiyyat: N.Ə.Tağıyev. Neonatologiya. Bakı, 2007.
898) Yenidoğulan körpədə meteorizm və onunla əlaqədar sancıları aradan götürmək üçün aşağıdakılardan hansı məsləhət görülmür?

A) Qarın nahiyyəsinə quru isti

B) Çobanyastığı dəmləməsi

C) Espumizan

D) Maqnezium sulfat

E) Qazçıxarıcı boru qoyulması


Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
899) Yenidoğulanların fizioloji sarılığına xarakter olmayan əlamət hansıdır?

A) Sarılığın dalğavari gedişi

B) Qeyri-düz hiperbilirubinemiya

C) Bilirubinin səviyyəsinin sutkada 85 mkmol/l –dən çox artmaması

D) Bilirubinin səviyyəsinin 205 mkmol/l həddində olması

E) Sarılığın həyatın 2-3-cü günü əmələ gəlməsi


Ədəbiyyat: N.Ə.Tağıyev. Neonatologiya. Bakı, 2007.
900) Yenidoğulanların fizioloji sarılığına xarakter olmayan əlamət hansıdır?

A) Nəcis kütləsinin normal rəngi

B) Sidikdə öd piqmentləri olmur

C) Fizioloji sarılıgı olan körpənin fototerapiyaya ehtiyacı olmur

D) Sarılığın həyatın 5-7 ci günü keçib-getməsi

E) Sarılığın həyatın ilk 2 günündə əmələ gəlməsi


Ədəbiyyat: N.Ə.Tağıyev. Neonatologiya. Bakı, 2007.
901) Yenidoğulanlarda düz hiperbilirubinemiyanın səbəbi hansı ola bilməz?

A) Ümumi öd axacağının kistası

B) Öd çıxarıcı yolların atreziyası

C) Ana südündən olan sarılıq

D) Alfa-1- antitripsinin defisiti

E) Qalaktozemiya


Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
902) Konyuqasiya olmuş (düz) hiperbilirubinemiyanın səbəbi hansı ola bilməz?

A) Təbii qidalanma

B) Neonatal hepatit

C) Parenteral qidalanma

D) Öd yollarının atreziyası

E) Sepsis


Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
903) Orqanizmdə bilirubinin əsas mənbəyi hansıdır?

A) Transferrin

B) Katalaza

C) Sitoxrom

D) Mioqlobin

E) Hemoqlobin


Ədəbiyyat: Кузмина Л.А. Геmатология детского возраста. M.2001
904) Bilirubinin albuminlərlə birləşməsində aşağıdakılardan hansı rəqabət aparmır?

A) Lipidlərin perekis oksidləşmə məhsulları

B) Sulfanilamidlər

C) B qrupu vitaminləri

D) Yağda həll olunan emulsiyalar

E) Uroseptiklər


Ədəbiyyat: Кузмина Л.А. Геmатология детского возраста. M.2001
905) “Ana südü mənşəlli olan sarılığın” əmələ gəlməsinə ana südünün tərkibindəki hansı komponent təsir edir?

A) Laktoza

B) Vitaminlər

C) Laktoqlobulin

D) Amin turşular

E) Doymamış yağ turşuları


Ədəbiyyat: N.Ə.Tağıyev. Neonatologiya. Bakı, 2007.
906) ABO sistemi üzrə YHX-nin əsasında nə durur?

A) ABO- antigenlərinə izoimmunizasiya

B) Uşaq qanında heteroimmun antigenlərin olması

C) Rh –amilə görə izoimmunizasiya

D) Fetoplasentar çatışmazlıq

E) Təbii aqlyutininlər


Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
907) Bilirubin ensefalopatiyasının inkişafı üçün risk amillərinə aid olmayan hansıdır?

A) Vaxtından əvvəl doğulma

B) Təbii qidalandırma

C) Bətndaxili infeksiya, sepsis

D) MSS-nin hipoksik zədələnməsi

E) Hipoqlikemiya


Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
908) Vaxtında doğulan uşaqda YHX (yenidoğulmuşların hemolitik xəstəliyi) zamanı həyatının ilk günlərində mübadilə qan köçürülməsinə (MQK) mütləq göstəriş hansıdır?

A) Sarılıq

B) Ana və uşağın qanının qrupa və rezus amilə görə uyğunsuzluğu

C) Hepatosplenomeqaliya

D) Hemoqlobinin səviyyəsinin 160 q/l-dən aşağı olması

E) İlk günlərdə bilirubinin saatlıq artımı 6,8 mkmol/l/saatdan artıq olması


Ədəbiyyat: N.Ə.Tağıyev. Neonatologiya. Bakı, 2007.
909) Fototerapiyanın əsas müalicəvi effekti nə ilə əlaqədardır?

A) P-qlükuronidazanın aktivliyinin artırılması ilə

B) Biliverdin əmələ gəlməsinin zəıfləməsilə

C) Qamma-qlütamintranspeptidazanın aktivliyini artırmaqla

D) Zərdab albuminlərinin səviyyəsini artırmaqla

E) Qeyri-düz bilirubinin suda həll olan törəmələrinin əmələ gəlməsi və onların sidik və nəcislə xaric olunması ilə


Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
910) TORCH-sindromu məfhumu nəyi göstərir?

A) Müəyyən qeyri-infeksion embriopatiyanı

B) Bətndaxili infeksiyanı

C) Erkən neonatal dövrdə qazanılmış infeksiyanı

D) Müəyyən qeyri-infeksion fetopatiyanı

E) Müəyyən genetik patologiyanı


Ədəbiyyat: Володин Н.Н. Неонатология. Mосква. 2005.
911) Yenidoğulanlarda anadangəlmə infeksiyanın etiologiyasının dəqiqləşdirilməsində mütləq diaqnostik xüsusiyyət hansıdır?

A) Sekretor İgA-nın yüksək konsentrasiyası

B) Ümumi İgM-in yüksək səviyyəsinin aşkarlanması

C) Kliniki əlamətlər

D) Törədicinin tapılması (onun antigeni və ya genomunun) və / və ya İgM sinfindən olan spesifik antitelin olması

E) İgG sinfindən olan spesifik antitellərin yüksək titri


Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
912) Qreqq triadası hansı xəstəlik üçün xarakterikdir?

A) Anadangəlmə məxmərək

B) Anadangəlmə herpes

C) Anadangəlmə toksoplazmoz

D) Anadangəlmə sitomeqalovirus

E) Anadangəlmə xlamidioz


Ədəbiyyat: Прахов А.В. Болезни сердца плода и новорожденного ребенка. Н.Новгород.2001
913) Yenidoğulanlarda dakriosistitin daha tez-tez rast gəlinən səbəblərinə aid olmayan hansıdır?

A) Göz yaşı axarında tıxacın olması

B) Göz yaşı kisəciyinin quruluş anomaliyası

C) Sümük kanalının olmaması

D) Burunun selikli qişasının travması

E) Konyuktivit


Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
914) Yenidoğulanlarda yayılmış herpetik infeksiya zamanı patogenezə uyğun müalicəyə nə aiddir?

A) Asiklovir 45 mq/kq/sut. dozada, 10-14 gün

B) Viferon şamı 3 mln TV/m² gündə 2 dəfə

C) İnterferon və yerli olaraq herpes əleyhinə müalicə

D) Vena daxilinə spesifik immuniqlobulinin təyini

E) Asiklovir 60 mq/kq/sut. dozada, azı 21 gün


Ədəbiyyat: Mурзин А.В. Герпеtическая инфекция. 2001.
915) Hansı kliniki əlamət yenidoğulan uşaqda baş beynin hipoksik zədələnməsinin ağırlığını göstərir?

A) Əzələ distoniyası sindromu

B) Sinir-reflektor oyanıqlıq sindromu

C) Huşun pozulması

D) Moro simptomu

E) Vegeto-visseral pozuntular


Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» M. 2001г.
916) Yenidoğulanların hemorragik xəstəliyinin klassik formasında klinik əlamətlər nə vaxt özünü göstərir?

A) Həyatın 2-5-ci günü

B) Bətndaxilində

C) İlk 5-6 saatda

D) Həyatın ikinci ayında

E) Həyatın ikinci həftəsində


Ədəbiyyat: Воробьев А.И. Руководство по геmаtологии. M 1985
917) Yenidoğulanların hemorragik xəstəliyi üçün aşağıdakılardan hansı düzgün deyil?

A) Ola bilsin anada aparılan dərman müalicəsi ilə əlaqədardır

B) Hemokoaqulyasion kaskadın pozulması ilə müşayət olunur

C) Qanaxma müddətinin uzanması

D) Xəstəlik vitamin K defisiti ilə əlaqədardır

E) Bu xəstəlik təbii qidalanma zamanı daha çox inkişaf edir


Ədəbiyyat: Воробьев А.И. Руководство по гематологии. M 1985
918) Yenidoğulanların hemorragik xəstəliyinin tipik əlamətinə aid olmayan hansıdır?

A) Dəri örtüyünün saralması

B) Həyatın 2-4-cü günü melenanın olması

C) Dəri və selikli qişalarda petexial səpgilərin əmələ gəlməsi

D) Göbək yarasından qanaxma

E) Kefalohematoma


Ədəbiyyat: Воробьев А.И. Руководство по гематологии. M 1985
919) Ekstrasellülyar mayenin itirilməsi və onunla bağlı doğumdan sonra kütlə itkisi nə ilə əlaqədardır?

A) Oliqouriya ilə

B) Getdikcə artan diurezlə

C) Yenidoğulanın tranzitor hipertermiyası ilə

D) Erkən enteral qidalandırma ilə

E) Mekonium ilə zülalın xaric olması ilə


Ədəbiyyat: Tağıyev N.Ə. Yarımçıq doğulmuş uşaq. Bakı. 2005.
920) Kiçik bədən kütləsi ilə doğulan yenidoğulmuş üçün hansı hematoloji pozğunluq xarakter deyil?

A) Leykopeniya

B) Leykositoz

C) Polisitemiya

D) Trombositopeniya

E) Qanın qatılığının artması


Ədəbiyyat: Tağıyev N.Ə. Yarımçıq doğulmuş uşaq. Bakı. 2005.
921) Aşağıdakı variantlardan hansı istisna olmaqla yenidoğulanlarda ürək döyünmə sağ tərəfdə daha yaxşı eşıdılir?

A) Sol tərəfli atelektaz

B) Sağ tərəfli atelektaz

C) Diafraqmal dəbəlik

D) Həqiqi dekstrakardiya

E) Sol tərəfli pnevmotoraks


Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г.
922) Aşağıdakılardan hansı yenidoğulmuşun nəcisində qan olmasının səbəbi deyil?

A) Doğuş zamanı ana qanının udulması

B) Hemofiliya

C) Yenidoğulmuşun hemorragik xəstəliyi

D) Mezenterial tromboz

E) Düz bağırsağın perforasiyası


Ədəbiyyat: Воробьев А.И. Руководство по гематологии. M 1985
923) Hamilə qadında dölyanı maye çox olduqda nə barədə düşünmək lazımdır?

A) Dölün bətndaxili hipoksiyası

B) Bətndaxili infeksiya

C) Çox döllü hamiləlik

D) Dölün antenatal ölümü

E) Vaxtı keçmiş hamiləlik


Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
924) Doğum evinin fizioloji şöbəsində bir yenidoğulmuş çarpayısı üçün sanitar norma nə qədərdir?

A) 2 kv.m

B) 3 kv.m

C) 5 kv.m

D) 6 kv.m

E) 4 kv.m


Ədəbiyyat: Володин Н.Н. Неонатология. Mосква. 2005.
925) Aşağıdakılardan hansı yenidoğulmuşda mekoniumun ləngiməsinə səbəb deyil?

A) Hişbrunq xəstəliyi

B) Mədəaltı vəzin kistoz fibrozu

C) Bağırsaq keçməməzliyi

D) Bağırsaq atreziyası

E) Eksudativ enteropatiya


Ədəbiyyat: Володин Н.Н. Неонатология. Mосква. 2005.
926) Hansı qrup yenidoğulmuşlarda subdural qansızmalara daha çox təsadüf olunur?

A) Ekstremal az çəkili yenidoğulmuşlarda

B) Hestasiya yaşından yüngül yarımçıq doğulmuşlarda

C) Yüngül çəkili gecikmiş doğulmuşlarda

D) Hestasiya yaşına uyğun yarımçıq doğulmuşlarda

E) Hestasiya yaşına görə ağır çəkili körpələrdə


Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» M. 2001г.
927) Yenidoğulmuş uşağın hərəkətləri necə olur?
A) xaotik

B) ləng


C) soxulcanabənzər

D) məqsədyönlü

E) qeyri-adekvat
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
928) Hansı hallarda BGJ peyvəndi əks göstəriş deyil?
A) Anadangəlmə fermentopatiyalar zamanı

B) Bruton aqammoqlobulinemiyası zamanı

C) Hipotireoz

D) Ailənin digər uşaqlarında aktiv vərəmin olması zamanı

E) İmundefisit vəziyyətlər zamanı
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
929) Yenidoğulmuşlarda trombositopeniya nə vaxt müşahidə olunmur?
A) Anadangəlmə sifilisdə

B) Daun sindromunda

C) Anadangəlmə məxmərəkdə

D) Anadangəlmə sitomeqaliyada

E) Anadangəlmə herpetik infeksiyada
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997
930) Bilirubin ensefalopatiyasının inkişafına şərait yaratmır:
A) yarımçıq doğulma

B) taxikardiya

C) hipoksiya

D) asidoz

E) hipoqlikemiya
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997
931) Embriopatiyanın klinik əlamətinə nə aiddir?
A) üç kameralı ürək

B) anadangəlmə hepatit

C) hipertrofiya

D) anadangəlmə hipotrofiya

E) hepotosplenomeqaliya
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина», Москва, 1983.
932) Diabetik fetopatiyalı yenidoğulmuşlar üçün səciyyəvi olan klinik simptomlara aşağıdakılardan hansı aiddir?
A) bədən çəkisi > 4000 q

B) əzələ hipertoniyası

C) gec doğulma əlamətləri

D) eksikoz əlamətləri

E) bədən çəkisi < 3000 q
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина», Москва, 1983.
933) Şəkərli diabeti olan analardan doğulan yenidoğulmuşlarda qıcolma sindromunun əsas səbəbi nədir?
A) hiperqlikemiya

B) hipoqlikemiya və hipokalsemiya

C) hiperbilurubinemiya

D) MSS – nin inkişaf qüsurları

E) asfiksiya və doğuş travması
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
934) Yenidoğulmuşların reaktiv vəziyyətinə aid deyil:
A) fizioloji eritema

B) vaginal qanaxma

C) melena

D) döş vəzilərinin şişkinliyi

E) milia
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург,1997.


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin