Pediatriya 1 krx keçirmiş uşağa profilaktik peyvəndləri sağaldıqdan nə qədər sonra vurmaq olar?


) Gecikmiş fetal dövr zamanı dölə kimyəvi faktorların təsiri aşağıdakı patologiyalardan hansı ilə müşayiət olunur?



Yüklə 1,75 Mb.
səhifə15/18
tarix21.10.2017
ölçüsü1,75 Mb.
#8858
1   ...   10   11   12   13   14   15   16   17   18

1002) Gecikmiş fetal dövr zamanı dölə kimyəvi faktorların təsiri aşağıdakı patologiyalardan hansı ilə müşayiət olunur?
A) anadangəlmə hipotrofiya

B) stiqma

C) inkişaf qüsurları

D) anadangəlmə hepatit

E) hipertrofiya
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина», Москва, 1983.
1003) Gecikmiş fetopatiyanın klinik əlamətinə hansı aiddir?
A) anadangəlmə ürək qüsuru

B) Şereşevski -Terner sindromu

C) anadangəlmə pankreatit

D) altıbarmaqlılıq

E) anadangəlmə ensefalit
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина», Москва, 1983.
1004) İmmun patoloji səbəbdən asılı olmayan hiperbilirubinemiya ən çox hansı uşaqlarda rast gəlinir?
A) asfiksiya keçirmiş yenidoğulmuşda

B) yetkin yenidoğulmuşda

C) vaxtından gec doğulmuşda

D) yarımçıqdoğulmuş uşaqda

E) anadangəlmə ürək qüsuru ilə olan yenidoğulmuşda
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург,1997.
1005) Dölün və yenidoğulmuşların xroniki qanitirməsi üçün nə səciyyəvidir?
A) hipovolemik şok

B) hepatomeqaliya

C) bilirubinemiya

D) eritrositlərin və hemoqlobinin azalması

E) splenomeqaliya
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
1006) Aşağıdakılardan hansı dölün və yenidoğulmuşların xroniki qanitirməsi üçün xasdır?
A) hipovolemik şok

B) hepatomeqaliya

C) splenomeqaliya

D) bilirubinemiya

E) retikulositlərin çoxalması
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
1007) Dölün və yenidoğulmuşların qanitirmə səbəbi daha çox aşağıdakılardan hansı ilə əlaqədar ola bilər?
A) İrsi sferositoz

B) Ananın yoluxucu xəstəliyi

C) Dölyanı mayenin az olması

D) Keysəriyyə kəsiyi

E) Blekfen-Dayemond sindromu
Ədəbiyyat: А.И.Воробжов. Руководство по гематологии. «Медицина», Москва, 1985.
1008) İrinli-iltihabı xəstəliklərin yaranmasına görə risk qrupuna daxil olan yenidoğulmuşlara nəzarət edən pediatr hansı aparıcı əlamətə fikir verməlidir?
A) sidik ifrazının tezliyinə

B) çox tərlənməyə

C) qışqırığın xarakterinə

D) patoloji nevroloji simptomların olmasına

E) bədən temperaturuna
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
1009) I sağlamlıq qrupundan olan yenidoğulmuşlar həyatının birinci ayında neçə dəfə yoxlanılmalıdır?
A) 2 dəfə

B) 3 dəfə

C) 4 dəfə

D) 5 dəfə

E) 1 dəfə
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
1010) II sağlamlıq qrupundan olan yenidoğulmuşlar həyatının birinci ayında neçə dəfə yoxlanılmalıdır?
A) 1 dəfə

B) 5 dəfə

C) 2 dəfə

D) 3 dəfə

E) 4 dəfə
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
1011) Sağlam yenidoğulmuş differensiasiyalı nəzarət taktikası üçün aşağıdakılardan hansı nəzərdə tutulur?
A) qanın ümumi analizi

B) nəcisdə disbakteriozun təyini

C) endokrinoloq,otorinolarinqoloq,kardioloq,qastroenteroloqun konsultasiyasının təyin olunması

D) risk faktorlarının analizi

E) qidalanma və qulluq haqqında tövsiyyələr
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
1012) Yarımçıq doğulmuş uşağa həyatının birinci ilində hansı həkim baxmalıdır?
A) nevropatoloq kvartalda 1 dəfə

B) nevropatoloq hər ay

C) otolarinqoloq ildə 1 dəfə

D) ortoped ildə 2 dəfə

E) okulist hər ay
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
1013) Yarımçıq doğulmuş uşağa poliklinikada hansı müayinə aparılmalıdır?
A) qan və sidik kvartalda 1 dəfə 1 yaşına qədər

B) qan və sidik 6 aydan bir 1 yaşına qədər

C) qan və sidiyin müayinəsi hər ay 1 yaşına qədər

D) qanı – 3 yaşdan sonra ildə 4 dəfə

E) qan – 1 yaşından 3 yaşına kimi ildə 1 dəfə
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
1014) Yarımçıq uşaq doğmaq riski aşağıdakı hansı qadınlarda daha çox olur?
A) endometriyanın və artımların iltihabı olduqda

B) revmatizm olduqda

C) ürək-damar sisteminin pozğunluğu olduqda

D) vegetativ damar distoniyası olduqda

E) öd yollarının diskineziyası olduqda
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
1015) Hansı yarımçıqdoğulmuşlar yüksək xəstələnmə riskinə malikdir?
A) bətndaxili infeksiyalaşmış

B) süd vəzilərinin zəif şişməsi olan

C) I dərəcəli sarılığı olan

D) bud-çanaq oynağının displaziyası olan

E) sidik turşusu infarktı olan
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
1016) İlk dəfə timomeqaliya aşkar edilmiş uşağın poliklinikada hansı həkim tətəfindən konsultasiya olunması vacibdir?
A) Endokrinoloq

B) Qastroenteroloq

C) Allerqoloq

D) Otorinolarinqoloq

E) Oftalmoloq ilə
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
1017) Poliklinikada atopik dermatitli uşaqlar həkim müşahidəsindən keçirlər:
A) 4 yaşından sonra ildə 3 dəfə

B) 1 yaşa kimi hər ay

C) 1 yaşından 4 yaşına kimi ildə 1 dəfə

D) həyatının birinci ayında 3 dəfə

E) 1 yaşına kimi 3 ayda 1 dəfə
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
1018) Uşaqlar poliklinikada hansı müayinədən keçirilir?
A) koproqramma ildə 3 dəfə

B) nəcis disbakterioza görə, hər ay

C) qan və sidik hər ay

D) qan və sidiyi 6 ayda 1 dəfədən az olmayaraq

E) nəcisin əkilməsi
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
1019) Eksudativ-kataral diatezin inkişaf riski hansı halda mümkündür?
A) Ananın genetik anamnezində yumurtalıqların polikistozu varsa

B) Hamilə vaxtı fiziki travma keçiribsə

C) Anada disembriogenez stiqmaları varsa

D) Anada endokrin patologiya varsa

E) Ananın genetik anamnezində allergik xəstəlikləri varsa
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
1020) 6 yaşlı uşağın məktəb təhsilinə hazırlığını təyin edən Kern-İerasik testi neçə bal olmalıdır?
A) 15-20 bal

B) 10-15 bal

C) 1-5 bal

D) 5-9 bal

E) 25-30 bal
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
1021) Qanın klinik müayinəsi sağlam uşaqda ilk dəfə nə vaxt aparılır?
A) 1 aylığında

B) 3 aylığında

C) 6 aylığında

D) 1 yaşında

E) 8 aylığında
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
1022) Revmatik qızdırmanın (revmatizmin) ikincili profilaktikası üçün istifadə olunur:
A) penisillin

B) C vitamini

C) analgin

D) bisillin 5

E) D vitamini
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
1023) 3 aya qədər uşaqların hansı anatomik-fizioloji xüsusiyyəti atelektazların yaranmasına gətirib çıxara bilir?
A) geniş tənəffüs yolları

B) surfaktantın zəif aktivliyi

C) süni qidalanma

D) dar tənəffüs yolları

E) sulfaktantrın yüksək aktivliyi
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
1024) Erkən yaşlı uşaqlarda ümumi dövr edən qanın defisitinin kritik həddi hansıdır?
A) 25%

B) 10%


C) 5%

D) 3%


E) 15%
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
1025) III dərəcəli kəskin damar çatmamazlığı zamanı təxirəsalınmaz tədbirlərə daxildir:
A) dopamin

B) istiqaclar

C) naşatır spirti iylətmək

D) bədənin silinməsi

E) elektrik defibrilyasiya
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
1026) Mukovissidoz hansı sistemin zədələnməsi ilə gedən xəstəlikdir?
A) Elektrolit mübadiləsi

B) Ekzokrin vəziləri və elektrolit mübadiləsi

C) Ekzokrin vəzilərinin

D) Ekzokrin vəzilərin elektrolit mübadiləsinin və birləşdirici toxumanı zədələnməsi

E) Endokrin vəzilərinin zədələnməsi
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература» . Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
1027) Mukovissidoz zamanı irslə ötürülmənin tipi necədir?
A) Genin aşağı penetrantlıq dominantlığı

B) Qarışıq

C) Resessiv

D) Genin yüksək penetrantlıq resessivliyi

E) Dominant
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература» . Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
1028) Mukovissidoz zamanı mədə - bağırsaq traktı tərəfindən olan dəyişikliklərə aşağıdakılardan hansı aiddir?
A) Diareya sindromu

B) Allergik qastrit

C) Spastik kolit

D) Mekonial ileus

E) Qaraciyər sirrozu
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература» . Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
1029) Mukovissidoz zamanı aşağıdakılardan hansı müşahidə olunur?
A) Sürətli cinsi inkişaf

B) Daxili orqanların tərsinə yerləşməsi

C) Kəskin sinusit

D) Burun boşluğunda poliplər

E) İnfantilizm
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература» . Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
1030) Kiçik yaşlı uşaqlarda mukovissidoz zamanı nə müşahidə olunur?
A) İştahanın yaxşı olması və çəkinin yaxşı artması

B) İştahanın pis olması və çəkinin yaxşı artması

C) İştah yaxşı olması və çəkinin pis artması ilə

D) İştahanın yaxşı olması və çəkinin itirilməsi

E) İştahanın aşağı olması və çəkinin pis artması ilə
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература» . Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
1031) Mukovissidoz zamanı öskürəyin xarakteri necə olur?
A) Bəlğəmli

B) Göy öskürək tipli

C) Fasiləsiz

D) Quru


E) Səthi
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература» . Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
1032) “Ağciyər ürəyi” -nin mukovissidoz zamanı əmələ gəlməsinin səbəbi nədir?
A) Pnevmoskleroz

B) Arteriolun spazması

C) Alkaloz

D) Xroniki hipoksiya

E) Asidoz
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература» . Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
1033) Mukovissidoz zamanı bəlğəmin qatılığını azaltmaq üçün hansı istifadə edilir?
A) Pankreatin

B) Eufilin

C) Öskürək əleyhinə yığıntı

D) İnhalasiya

E) Tripsin
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература» . Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
1034) Mukovissidozlu xəstənin bəlğəminin əkilməsi nəticəsində qızılı stafilakok aşkar olunarsa aşağıdakılardan hansı təyin edilir?
A) Trixopol

B) Sefadim

C) Furazolidon

D) Sulfadimetoksin

E) Amoksisillin
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература» . Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
1035) Mukovissidozlu xəstənin bəlğəminin əkilməsi nəticəsində göy-yaşıl irinli çöplərinin tapılması zamanı nə təyin olunur?
A) Furazolidon

B) Tetrasiklin

C) Amikasin

D) Trixopol

E) Baktrim
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература» . Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
1036) Mukovissidozun əsas klinik simptomu aşağıdakılardan hansı hesab olunur?
A) qıcolmalar

B) hipotermiya

C) öskürək və hipotermiya

D) hipertermiya

E) steatoreya
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер» Санкт-Петербург.2000
1037) Mukovissidozu mütləq aşağıdakılardan hansı ilə differensiasiya etmək lazımdır?
A) rotavirus infeksiyası ilə

B) disaxaridaza çatışmazlığı ilə

C) pielonefritlə

D) laktaz catışmazlığı ilə

E) dizenteriya ilə
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер» Санкт-Петербург.2000
1038) Mukovissidozlu xəstələrin müalicəsində istifadə olunur:
A) postural drenaj

B) vitaminlər

C) fermentlər

D) hormonlar

E) sitoprotektorlar
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина и физкультура», Москва, 1983.
1039) Fetopatiyalar nəticəsində hansı fəsad baş vermir?
A) Bətndaxili inkişafın ləngiməsi

B) Müxtəlif organ və toxumaların hipoplaziyası və displaziyası

C) Doğuş zamanı asfiksiya

D) Anadangəlmə inkişaf qüsurları

E) Anada sonsuzluq əmələ gəlir
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.31
1040) Yenidoğulma dövrü necə müddət davam edir?
A) 2 ay

B) Anadan olandan 21-ci gününə kimi

C) 1 həftə

D) 3 ay


E) Anadan olandan 28-ci gününə kimi
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.32
1041) Yenidoğulma dövrünə hansı aid deyil?
A) Kicik qan dövranın və ağ ciyərlərin fəaliyyətə başlaması

B) MSS morfofunksional yetişməməsi

C) Tranzitor (sərhəd,keçid) vəziyyətlər

D) Enteral qidalanma

E) Histotrof qidalanma
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.32
1042) Disembriogenetik stiqmalar nəyin göstəricisidir?
A) Yenidoğulmuşun tranzitor vəziyyətinə aiddir

B) Antenatal patologiyanın

C) Postnatal patologiyanın

D) Neonatal patologiyanın

E) İntranatal patologiyanın
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.178
1043) Yenidoğulmuşda dəridə hansı əlamətlər patoloji sayılır?
A) Lanuqo

B) Vernix caseosa

C) Vezikulopustulyoz

D) Fizioloji katar

E) Fizioloji sarılıq (icterus)
Ədəbiyyat:Т.В.Капитан «Пропедевтика детских болезней с уходом за детьми »,« Медпресс-информ »2006, стр.147

1044) Udlaqarxası absesi hansı ilə differensasiya olunmur?
A) Refsum xəstəliyi ilə

B) Tonzilitlə

C) Allergiya mənşəli şişkinlik ilə

D) Tənəffüs yollarındakı yad cismlə

E) Paratonziliar abseslə
Ədəbiyyat: Клинические рекомендации ведение больных, раздел оториноларингология, под ред. А. Г. Чучалина.2008г.
1045) Hansı xəstəlik adətən anginanın fəsadı kimi əmələ gəlmir?
A) Paratonzilliar abses

B) Stomatit

C) Revmatizm

D) Perintonzilit

E) Çənəaltı limfadenit
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г
1046) Otit zamanı nə məsləhət görülmür?
A) Burun boşluğuna damar büzüşdürücü preparatların təyini

B) İnhalasiya müalicəsi

C) Qulağa spirtli damcıların təyini

D) Antibakterial terapiya

E) Qulağı isti saxlamaq
Ədəbiyyat: Scottish Intercollegiate Guidelines Network: Diagnosis and management of childhood otitis media in primary care. 2003.
1047) Kəskin haymorit zamanı əlavə müayinə metodlarına aid olmayan hansıdır?
A) Flora və antibiotikoqrammaya görə burun ifrazatından yaxma

B) Qanın biokimyəvi analizi

C) Burun ciblərinin rentgenoqrafiyası

D) Qan analizi

E) Zimnitski və Neçiporenko üsulu ilə sidiyin analizi
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
1048) Otit və mastoidit xəstəliyi olan uşağın müayinəsində hansı üsuldan istifadə olunmur?
A) Ezofaqoskopiya

B) Qanın analizi

C) Gicgah sümüklərinin rentgenografiyası

D) Əsnəkdən yaxma

E) Sidiyin analizi
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
1049) Kəskin herpetik stomatitin etioloji müalicəsi hansıdır?
A) Qızdırma əleyhinə vasitələr

B) Antiseptik məhlullarla ağız boşluğunu yaxalamaq

C) Virus əleyhinə müalicə

D) Antibakterial dərmanlar

E) Pəhriz
Ədəbiyyat: О.Е. Ткачук «Стоматология детского возраста» 2006.
1050) Pəhrizdə qida komponentlərindən hansı artıq olduqda dişlərin kariesinin inkişafına şərait yaradır?
A) Xörək duzu

B) Şəkər


C) Yağlar

D) Maye


E) Kalsium
Ədəbiyyat: О.Е. Ткачук «Стоматология детского возраста» 2006.
1051) Dişlərin laxlaması, diş ətinin qanaması (parodontal sindrom) nə vaxt baş verə bilər?
A) Nefritdə

B) “Kollagenozlarda “

C) Respirator-virus xəstəlikləri zamanı

D) Neytropeniya zamanı

E) Birləşdirici toxumanın sistem xəstəliklərində
Ədəbiyyat: Н.В.Курякина . «Терапевтическая стоматология детского возраста» 2004
1052) Şəkərli diabet xəstəliyinə xas olmayan əlamət hansıdır?
A) Polifagiya

B) Sidik ifrazının tezləşməsi

C) Uşağın kövrək, ağlağan olması

D) Arıqlama

E) Yanğı hissi
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
1053) Şəkərli diabet xəstəliyinə xas olmayan əlamət hansıdır?
A) Yanğı hissi

B) Ekzoftalm

C) Dəridə qaşınma yerləri

D) Dərinin quruluğu

E) Poliuriya
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
1054) Adrenogenital sindromun duz itirmə forması üçün hansı əlamət səciyyəvi deyil?
A) Hiponatremiya

B) Virilizm

C) EKQ-də T dişciyinin itiləşmiş yüksəkliyi

D) Hiperkalemiya

E) Hipernatremiya
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
1055) “Diabetik ketoasidotik koma” diaqnozunu təsdiqləyən əlamətlərə aid olmayan hansıdır?
A) Hiperkaliyemiya

B) Metabolik asidoz

C) Dərinin quruluğu

D) Kussmaul tipli tənəffüs

E) Huşsuz vəziyyət
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
1056) Xroniki böyrəküstü vəz çatışmazlığında (Addison xəstəliyi) nə müşahidə edilir?
A) Dəridə hiperpiqmentasiya

B) Əllərin tremoru

C) Dərinin sarılığı

D) İştahanın artması

E) Qıcolmalar
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
1057) 3 aylıq uşağın dayaq reaksiyalarının və avtomatik yerişinin sönməsi nəyi bildirir?
A) Davamlı serebral defekti

B) Proqradient xəstəliklərini

C) Onurğa beyninin zədələnməsini

D) Hərəki inkişafın düzgünlüyünü

E) Raxiti
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
1058) Sağlam uşaq nə vaxt qarını üstə çevrilə bilir və əlindən tutduqda oturur?
A) 6 - 7 aylarında

B) 8 - 9 aylarında

C) 9 - 10 aylarında

D) 2 - 3 aylarında

E) 4 - 5 aylarında
Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» М. 2001.г.
1059) Qıcolma statusunun aradan qaldırılması üçün hansı daha effektlidir?
A) Konvuleks

B) Barbituratlar

C) Vena daxili seduksen 0,35 -0,5 mq/kq dozada

D) Droperidol, aminazin

E) Vena daxili seduksen 0,1 mq/kq dozada
Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» М. 2001.г.
1060) Pilorostenoz zamanı qusma nə ilə səciyyələnir?
A) Cüzi qaytarma ilə

B) “Fontan” qusma ilə

C) Bol qusma ilə

D) Hər qidalanmadan sonra yaranan qusma ilə

E) Uşağın bir dəfəyə yediyindən az miqdarda qusma
Ədəbiyyat: Ş.B.Quliyev. “Cərrahi xəstəliklər” 2000-ci il.
1061) Kəskin appendisit üçün xarakterik deyil?
A) Xəstəliyin ilk saatlarında bədən hərarəti yüksək deyil, xəstəliyin şiddətlənməsi ilə yüksəlir

B) Baş ağrısı

C) Qusma

D) Sağ qalça nahiyyəsində əzələlərin gərginliyi və ağrılar yuxu zamanı özünü aydın büruzə verir

E) Nəbzin tezliyinin və bədən hərarətinin “tərs mütənasibliyi” (hərarət – 37,6°C, nəbz - 130' dəqiqədə)
Ədəbiyyat: Ş.B.Quliyev. “Cərrahi xəstəliklər” 2000-ci il
1062) Əyripəncəliyi hansı yaşda müalicə etmək mütləq vacibdir?
A) 6 ayından

B) 1 yaşından

C) 3 yaşından

D) 5 yaşından

E) Həyatın ilk günlərindən
Ədəbiyyat: N.V.Kornilov, E.T.Qryaznuxin, V.İ.Ostaşko. “Ortopediya” 2001.-ci il
1063) Hansı simptom uşağın təcili cərrahi stasionara yerləşdirilməsini tələb edir?
A) Bayılma

B) Bədən hərarəti 38°C

C) Təkrarlanan qusma

D) Tezləşən duru nəcis

E) Qarın əzələlərinin gərginliyi
Ədəbiyyat: K.U.Aşkraft, T.M.Xolder. “Uşaq cərrahiyyəsi” 1997-ci il
1064) Aşağıdakılardan hansılarda adətən konyuktivit müşahidə olunmur?
A) Malyariya

B) Qızılca

C) Yersinioz

D) Qurdeşənəyi

E) Adenovirus infeksiyaları
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология». 2002
1065) Hansı preparatı uzun müddət təyin etdikdə katarakta baş verə bilər?
A) Prestarium

B) İbuprofen

C) Metipred

D) Stuqeron

E) Selanid
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология» 2002.
1066) Sadə ixtiozun klinik əlamətlərinə aid olmayan hansıdır?
A) Saçın tökülməsi

B) Dırnaqların distrofiyası

C) Pustulyoz elementlər

D) Dərinin quruluğu

E) İri və orta lövhəli qabıqlanma
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
1067) Atopik dermatitin müalicəsinə aid olmayan hansıdır?
A) Antihistamin preparatlar

B) Anafilaksiya mediatorlarının blokatorları

C) Fermentlər

D) Hipoallergen pəhriz

E) Antibakterial preparatlar
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
1068) Məhdud sklerodermiyanın əsas klinik əlamətlərinə aid olmayan hansıdır?
A) Zədələnmə nahiyasində bərkimə və indurasiyalar

B) Dəri distrofiyası

C) Tünd qırmızı-bənövşəyi rəngdə olan ödemli ləkə

D) Qaşınma

E) Dərinin atrofiyası
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
1069) Uşaqlarda sifilis zamanı nadir halda zədələnən orqan hansıdır?
A) Ürək

B) Limfa düyünləri

C) Qara ciyər

D) Böyrəklər

E) Ağ ciyərlər
Ədəbiyyat: Суворова К.Н. Детская дерматовенерология. Казань. 1996
1070) Kəskin şüa xəstəliyinin erkən kliniki əlamətlərinə nə aiddir?
A) Leykopeniya

B) Ürəkbulanma və qusma

C) Saçların tökülməsi

D) Duru nəcis

E) Dəridə eritema
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
1071) Yenidoğulma dövründə baş vermiş qıcolma tutmaları zamanı çox hallarda hansı qıcolma əleyhinə dərmanla müalicə məqsədəuyğundur?
A) depakinlə

B) etosuksimidinlə

C) metoksumidinlə

D) karbomazepinlə

E) fenobarbitalla
Ədəbiyyat: В.А.Карлов. Эпилепсия . «Медицина», Москва, 1990.
1072) Baş beynin çoxlu miqdarda kiçik kistlərdən təşkil olunmuş iri böyük kistlə parazitar zədələnməsi aşkar olunmuşdur. Bu hansı halda mümkündür?
A) enli lent şəkilli qurdlarla

B) şistosomo yaponicum

C) şistosomo haematobium

D) donuz soliteri

E) exinokokok
Ədəbiyyat: Б.В.Лебедев. Справочник по неврологии детского возраста. «Медицина», Москва, 1995.
1073) Sadə febril qıcolmalarda ən çox hansı tip tutmalar olur?
A) fokal motor tutmalar

B) absanslar

C) mürəkkəb parsial tutmalar

D) fokal sensor tutmalar.

E) generalizə olunmuş toniko-klonik tutmalar
Ədəbiyyat: В.А.Карлов. Эпилепсия. «Медицина», Москва, 1990.


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin