Pediatriya 1 krx keçirmiş uşağa profilaktik peyvəndləri sağaldıqdan nə qədər sonra vurmaq olar?


) Talassemiya üçün hansı klinik əlamət xarakter deyil?



Yüklə 1,75 Mb.
səhifə8/18
tarix21.10.2017
ölçüsü1,75 Mb.
#8858
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

505) Talassemiya üçün hansı klinik əlamət xarakter deyil?
A) Purpura

B) Hepatomeqaliya

C) Kardiopatiya

D) Splenomeqaliya

E) Osteoparoz
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста. М. 2001.
506) Talassemiya üçün hansı əlamət xarakter deyil?
A) Zərdabda dəmirin azalması

B) Elektrofarez zamanı anormal hemoqlobinlərin aşkar edilməsi

C) Fetal hemoqlobinin artması

D) Hipoxrom anemiya

E) Zərdabda dəmirin artması
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста. М. 2001.
507) Hemolizin əsas hemotoloji əlaməti hansıdır?
A) Trombositoz

B) EÇS-in yüksəlməsi

C) Anemiya

D) Polisitemiya

E) Retikulositoz
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста.М. 2001.
508) Kəskin leykoz zamanı mütləq vacib olmayan müayinə hansıdır?
A) Sistoqrafiya

B) Qarın boşluğu üzvlərinin və limfa vəzilərinin USM

C) Qanın klinik analizi

D) Döş qəfəsinin rentgenoqrafiyası

E) Sternal punksiya
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста. М. 2001.
509) Limfoqranulamatoza xarakterik olmayan şikayət hansıdır?
A) Titrəmə ilə birgə temperatur reaksiyası

B) Tərləmə

C) Ümumi zəiflik

D) Dəridə qaşınma

E) Qanaxma
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
510) Splenomeqaliya hansı xəstəlik üçün xarakterik deyil?
A) Dəmirdeffisitli anemiya üçün

B) Brusellyoz üçün

C) Hepatit üçün

D) Anadangəlmə sifilis üçün

E) Sepsis üçün
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
511) DDL-sindromunun əmələ gəlməsinə nə səbəb olmur?
A) Qanın özlülüyünün azalması

B) Mikroangiospazm, venoz durğunluq

C) Qızdırma

D) Qanın özlülüyünün artması

E) Qan dövranının sürətinin azalması
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
512) Hemofiliya zamanı daha informativ müayinə hansıdır?
A) Laxtalanma müddətinin təyini

B) Laxtalanmanın plazma faktorlarının təyini

C) Qanaxma müddətinin təyini

D) Trombositlərin sayılması

E) Hemoqlobinin təyini
Ədəbiyyat: Воробьев А.С. «Руководство по гематологии» 2002г
513) α hemofiliya zamanı hansı qan preparatı yeridilməlidir?
A) “Yuyulmuş” eritrsitlər

B) Uzunmüddət saxlanılmış qanın köçürülməsi

C) VIII faktorun konsentratı

D) Anadan birbaşa qanın köçürülməsi

E) Birbaşa qanın köçürülməsi
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста.М. 2001.
514) Fol defisitli anemiyanı hansı daha az əmələ gətirir?
A) Fenobarbital qəbulu

B) Mədə-bağırsaq sistemi xəstəlikləri

C) Xroniki qanitirmə

D) Hamiləlik

E) Keçi südü ilə qidalanma
Ədəbiyyat: Кузмина Л.А. Гематология детского возраста.М. 2001.
515) Hansı əlamət oraqvari anemiyanın klinikasına aid deyil?
A) Artrozlar

B) Anemiya

C) Aplastik krizlər

D) Sarılıq

E) Hemorragik krizlər
Ədəbiyyat: Шабалов Н.П. Детские болезни. С.Петербург-2006
516) Trombositopenik purpurada qanaxmanın tipi necə olur?
A) Angiomatoz

B) Petexial-ləkəli

C) Hematomalı

D) Profuz

E) Qarışıq
Ədəbiyyat: Секреты неотложной терапии. Стивен Селбст, Кейт Кронэн. Москва. 2006
517) Yenidoğulmuşlarda dəmir defisitinin səbəbi deyil:
A) yarımçıq doğulma

B) göbək ciyəsinin vaxtından əvvəl bağlanması

C) hamilələrdə dəmir defisiti

D) dəmirin transplasentar toplanmasının pozulması

E) tərkibində fetal hemoqlobin olan eritrositlərin dağılması
Ədəbiyyat: Бр.Братанов. Клиническая педиатрия. «Медицина и физкультура», София, 1987.
518) Kəskin leykozda periferik qanın qeyri-xarakter dəyişiklikləri:
A) trombositopeniya

B) neytropeniya

C) anemiya

D) retikulositopeniya

E) retikulositoz
Ədəbiyyat: Л.А.Исаева. Детские болезни. «Медицина», Москва, 1989
519) Kəskin leykozun diaqnozunun dəqiqləşdirilməsində daha dəqiq müayinə hansıdır?
A) mieloqrammanın təhlili

B) qanda ferritinin səviyyəsinin təyini

C) qanın biokimyəvi müayinəsi

D) kariotipin müayinəsi

E) periferik qanın müayinəsi
Ədəbiyyat: Л.А.Исаева. Детские болезни. «Медицина», Москва, 1989
520) Kəskin leykozun diaqnozu qoyulduqdan sonra düzgün taktika
A) hematoloqun məsləhəti

B) somatik şöbəyə hospitalizasiya

C) spesifik hematoloji şöbəyə hospitalizasiya

D) ambulator müalicə

E) onkoloqun məsləhəti
Ədəbiyyat: Л.А.Исаева. Детские болезни. «Медицина», Москва, 1989
521) Limfoqranulomatozun erkən mərhələlərində periferik qanda xarakterik olmayan dəyişiklik:
A) neytrofil leykositozun nisbətən artması

B) trombositopeniya

C) anemiya

D) dəyişiklik yoxdur

E) EÇS yüksəlməsi
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. Т.2. «Питер». Санкт-Петербург, 2004
522) DDL Sindromun olmasını təsdiq etmir:
A) protamin-sulfat testi

B) EÇS


C) etanol testi

D) hemoqlobinin miqdarı

E) «stafilokokların yapışması» testi
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. Т.2. «Питер». Санкт-Петербург, 2004
523) Hansı preparat mikrosirkulyasiyanı yaxşılaşdırmır?
A) gentamisin

B) tiklid

C) eufillin

D) vinposetin

E) trental
Ədəbiyyat: Справочник Видаль 2004. «ЗАО Астрафарм сервис», Москва, 2004


524) Aşağıdakı tədbirlərdən hansı biri uşaqlarda kəskin tənəffüs çatmamazlığı zamanı aparılan təxirəsalınmaz yardıma aid deyil?
A) Oksigenoterapiya

B) Vitaminoterapiya

C) Sirkulyasiya edən qanın həcminin bərpası

D) Turşu-qələvi müvazinətinin korreksiyası

E) Tənəffüs çatmamazlığının aradan qaldırılması
Ədəbiyyat: Э. К. Цыбулькин. «Неотложная педиатрия в алгоритмах» 1998г.
525) Kəskin larinqotraxeit zamanı nə aşkar edilmir?
A) Nəfəsalmanın uzanması

B) Kobud hürücü öskürək

C) Səsin dəyişməsi

D) Döş qəfəsinin çıxıntılı hissələrinin gərilməsi

E) Tənəffüs çatmamazlığı
Ədəbiyyat: Э. К. Цыбулькин. «Неотложная педиатрия в алгоритмах» 1998г.
526) Aşağıdakılardan hansı bir çox pataloji hallar zamanı infuzion terapiyanın başlanğıc mərhələsinin əsas məqsədi hesab olunur?
A) Kalium defisitinin aradan qaldırılması

B) Dezintoksikasiya

C) Ekstrasellular mayenin həcmini bərpa etmək

D) Sirkulyasiya edən plazmanın həcmini bərpa etmək

E) Sirkulyasiya edən eritrositlərin həcmini bərpa etmək
Ədəbiyyat: В. С. Михельсон. «Реанимация и анестезиология» 1987г.
527) Zəhərli göbələklə zəhərlənmə zamanı nə baş verir?
A) Kəskin qaraciyər çatmamazlığı

B) Kəskin böyrək çatmamazlığı

C) Qıcolma sindromu

D) Hemorragik sindrom

E) Ağciyərlərin ödemi
Ədəbiyyat: Э. К. Цыбулькин. «Угрожающие состояние у детей (экстренная врачебная помощь)» 2000г
528) Aşağıdakılardan hansı ürəyin dayanması zamanı aparılan reanimasiya tədbirləri sırasına aid deyil?
A) Magistral damarlara soyuq qoyulması

B) “Ağızdan ağıza” ASV (ağciyərlərin süni ventilyasiyası)

C) Ürəyin qapalı masajı

D) Həyəcan siqnalının verilməsi

E) Zədələnən şəxsi sərt yerə uzatmaq
Ədəbiyyat: В. С. Михельсон. «Реанимация и анестезиология» 1987г.
529) Ürəyin effektiv qapalı masajı zamanı aşağıdakılardan hansı olmaya bilər?
A) Dəri və selikli qişaların rənginin yaxşılaşması

B) Bəbəklərin daralması

C) Perferik damarlar üzərində nəbz

D) Ürək fəaliyyətinin bərpası

E) Iri arteriyalar üzərində nəbz
Ədəbiyyat: В. С. Михельсон. «Реанимация и анестезиология» 1987г.
530) İntubаsiyаnın аpаrılmаsındа əlаvə göstərişlərə nə аid deyil?
A) Üzülmə

B) Huşun səviyyəsinin zəifləməsi

C) Müаlicəyə bахmаyаrаq PCO2-nin (kаrbоn qаzının pаrsiаl təzyiqi) аrtmаsı

D) Taxipnoe

E) Apnое
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
531) Аstmаtiк stаtusdа nə göstərişdir?
A) Antihistаmin preparatları

B) Qlüкокоrtiкоid hоrmоnlаr

C) Bаrbiturаtlаr

D) Antileykotriyen preparatları

E) Natrium kromoqlikat preparatları
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
532) Astmatik statusun I mərhələsi üçün nə xarakter deyil?
A) Hipotenziya

B) Zəif taxikardiya

C) Tərləmə

D) Akrosianoz

E) Zəif ekspirator təngnəfəslik
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
533) Astmatik statusun II mərhələsi üçün nə xarakter deyil?
A) Lal ağ ciyər

B) Sərt tənəffüs, yayılmış quru xırıltılar

C) Apatiya

D) Kəskin təngnəfəslik

E) Dəri və selikli qişaların sianozu
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
534) Кəsкin rеspirаtоr infекsiyаlаrın törədiciləri əкsər hаllаrdа hansıdır?
A) Stаfilококlаr

B) Virus


C) Strеptококlаr

D) İbtidаilər

E) Bакtеriyа
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə protokol.”Mega-Print”MMC, Bakı.2008.
535) Qripin аğır fоrmаsının əlаmətlərinə hansı аid dеyil?
A) Qıcоlmаlаr

B) Yumşаq dаmаqdа nöqtəvi qаnsızmаlаr

C) Burun qanaxmaları

D) Hаlyusinаsiyа

E) Hərаrət 38-39 0 C
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə protokol.”Mega-Print”MMC, Bakı.2008.
536) Qripin hipеrtокsiк fоrmаsının əsаs əlаmətlərinə hansı аiddir?
A) Rinit, titrətmə

B) Kоnyuкtivit, limfаdеnit

C) Fаringit, rinit

D) Hipеrtеrmiк, hеmоrrаgiк ödеm sindrоmu

E) Ösкürəк, tоnzillit
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə protokol.”Mega-Print”MMC, Bakı.2008.
537) Βeta-hеmоlitiк strеptококlа törədilən tоnzillitin əlаmətlərinə hansı аid dеyil?
A) Bоğаz аğrısı

B) Dаmаq bаdаmcıqlаrının üzərində аğ – sаrımtıl екssudаt

C) Limfоаdеnоpаtiyа

D) Ösкürəк

E) Titrətmə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə protokol.”Mega-Print”MMC, Bakı.2008.
538) Qrip və Кəskin Respirator virus infeksiyalarının müаlicəsi üçün aşağıdakılardan hansı tövsiyyə еdilmir?
A) Osеltаmivir

B) İbuprоfеn

C) Pаrаsеtаmоl

D) Antibiоtiкlər

E) Vitаmin C
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə protokol.”Mega-Print”MMC, Bakı.2008.
539) Fenoksimetilpenisillin beta-hemolitik streptokokla törədilən tonzillitin müalicəsində necə təyin olunur?
A) 250 mq gündə 2-4 dəfə (5 gün)

B) 500 mq gündə 2-4 dəfə (3 gün)

C) 500 mq gündə 2-4 dəfə (10 gün)

D) 500 mq gündə 2-4 dəfə (5 gün)

E) 250 mq gündə 2-4 dəfə (7 gün)
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə protokol.”Mega-Print”MMC, Bakı.2008.
540) Kəskin respirator infeksiyalar əsasən hansı yolla yayılır?
A) Limfogen və hemotogen yol ilə

B) Hava-damcı yolu ilə

C) Hemotogen yol ilə

D) Su və qida ilə

E) Limfogen yol ilə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə protokol.”Mega-Print”MMC, Bakı.2008.
541) 1,5 yaşa qədər uşaqlarda aşağıdakılardan hansı dehidratasiyanın əlaməti sayılmır?
A) Tələffüzün çətinləşməsi

B) Dəri turqorunun azalması

C) Böyük əmgəyin qabarması

D) Selikli qişaların quruması

E) Ətrafların soyulması
Ədəbiyyat: Ю.Л.Шевченко « Клинические рекомендации для практикующих врачей» Издательский дом «ГЭОТАР-МЕД» 2002.
542) Diareya zamanı nə hospitalizasiyaya göstəriş deyil?
A) Beş gündən artıq davam edən diareya

B) Subfebril hərarətlə bir gün davam edən diareya

C) Evdə müalicəyə şərait olmadıqda

D) Qanlı nəcis

E) Altı aya qədər uşaq
Ədəbiyyat: Ю.Л.Шевченко « Клинические рекомендации для практикующих врачей» Издательский дом «ГЭОТАР-МЕД» 2002.
543) Orta dərəcəli dehidratasiyanın əlamətlərinə hansı aiddir?
A) Sidik ifrazı normal

B) Dartılmış dəri büküşü dərhal əvvəlki vəziyyətə qayıdır

C) Taxikardiya

D) Göz yaşı var

E) Selikli qişalar nəm
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
544) Yenidoğulmuşların reanimasiyasını uğurlu və keyfiyyətli aparmaq üçün adətən neçə nəfər tələb olunur?
A) 6 nəfər

B) 4 nəfər

C) 5 nəfər

D) 1 nəfər

E) 2-3 nəfər
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin “Yenidoğulmuşların ilkin reanimasiyası üzrə klinik protokolu” Bakı 2008.
545) Reanimasiya tədbirlərinin başlanması, həcmi və ardıcıllığı üçün hansı əlamət əsas meyar sayılmır?
A) Dəri örtüklərinin rəngi

B) Tənəffüs

C) Tənəffüs, ürək döyünmə

D) Dölyanı suyun xarakteri

E) Ürək döyünmə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin “Yenidoğulmuşların ilkin reanimasiyası üzrə klinik protokolu” Bakı 2008.
546) Yenidoğulmuşlarda ürəyin xarici massajının üsulu hansıdır?
A) İki əl üsulu

B) Fərqi yoxdur

C) Bir barmaq üsulu

D) Bir əl üsulu

E) İki barmaq üsulu
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin “Yenidoğulmuşların ilkin reanimasiyası üzrə klinik protokolu” Bakı 2008.
547) Yenidoğulmuşların reanimasiyası zamanı ürəyin xarici massaj təzyiqlərinin sayının süni tənəffüsə nisbəti necə olmalıdır?
A) 5:1

B) 4:1


C) 5:2

D) 2:1


E) 3:1
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin “Yenidoğulmuşların ilkin reanimasiyası üzrə klinik protokolu” Bakı 2008.
548) 1 yaşdan yuxarı uşaqlarda no-şpa məhlulunun dozası necədir?
A) 0,1 ml/yaş

B) 0,2 ml/yaş

C) 0,2 ml/kq

D) 0,5 ml/kq

E) 0,1 ml/kq
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
549) Hipertermik sindromda qan dövranının mərkəzləşməsi zamanı istifadə olunan 0,25 %li droperidolun dozası necədir?
A) 0,1-0,2 ml/kq

B) 0,3-0,4 ml/yaş

C) 0,5 ml/yaş

D) 0,1-0,2 ml/yaş

E) 0,3-0,4 ml/kq
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
550) Kəskin stenozlaşdırıcı larinqotraxeitdə III dərəcəli stenoz zamanı deksametazonun dozası hansıdır?
A) 1 mq/kq

B) 0,9 mq/kq

C) 0,7 mq/kq

D) 0,5 mq/kq

E) 0,3 mq/kq
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
551) Bronxial astmanın yüngül tutması zamanı 2,4 %li eufillinin uşaqlarda birdəfəlik dozası necədir?
A) 0,15 ml/kq

B) 0,2-0,3 ml/kq

C) 1 ml/yaş

D) 0,4-0,5 ml/kq

E) 0,6-0,7 ml/kq
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
552) Qıcolma zamanı diazepamin təkrarı dozası ilkin dozanın nə qədərdir?
A) 1/5 qədərdir

B) ¾ qədərdir

C) 1/3 qədərdir

D) ½ qədərdir

E) 2/3 qədərdir
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
553) Hipokalsemik qıcolmalarda 10 % - li kalsium qlükonatın dozası necədir?
A) 0,2 ml/kq

B) 0,4 ml/ yaş

C) 0,5 ml/kq

D) 0,2 ml/ yaş

E) 0,4 ml/ kq
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
554) Hipoqlikemik qıcolmalarda 20 %li qlükozanın dozası necədir?
A) 1,0 ml/kq

B) 1,0 ml/ yaş

C) 0,1 ml/yaş

D) 0,1 ml/ kq

E) 2 ml/ kq
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
555) Uşaqlarda 12 % və 24 %-li eufillinin dozası necədir?
A) 0,1 ml/yaş

B) 0,5 ml/yaş

C) 0,1 ml/ kq

D) 0,3 ml/ kq

E) 0,3 ml/ yaş
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
556) Yüksək hərarət zamanı litik qarışıqda analginlə birlikdə nə istifadə olunur?
A) Eufillin

B) Strofantin

C) Pipolfen

D) Laziks

E) Korqlikon
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
557) Yüksək hərarət zamanı parasetamolun birdəfəlik dozası necədir?
A) 3-5 mq/kq

B) 10-15 mq/kq

C) 1-3 mq/kq

D) 5-10 mq/kq

E) 15-20 mq/kq
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
558) 6 aylıqdan böyük uşaqlarda ibuprofenin birdəfəlik dozası necədir?
A) 5-10 mq/kq

B) 10-15 mq/kq

C) 1-3 mq/kq

D) 3-5 mq/kq

E) 15-20 mq/kq
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
559) Febril qıcolmaların klinik əlamətlərinə hansı aid deyil?
A) Aşağı ətrafların simmetrik tonik-klonik qıcolması

B) Hərarət 38 C–dən yuxarı

C) Qıcolma 10 dəq-dən az davam edir

D) Qıcolmadan sonra huş bərpa olunmur

E) Yuxarı ətrafların simmetrik tonik-klonik qıcolması
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
560) Sadə febril qıcolmaya nə xarakterdir?
A) Qıcolma 15 dəq- dən artıq davam edir

B) Hərarətin 38° C –dən aşağı olması

C) Qıcolmadan sonra nevroloji defisit yaranır

D) Qıcolma 15 dəq- dən az davam edir

E) Fokal xarakter daşıyır
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
561) İnağın III dərəcəsində inhalyasiya nə qədər aparılmalıdır?
A) Produktiv öskürək alınana qədər

B) 2 saat

C) 15 dəqiqə

D) 30 dəqiqə

E) Hər 3 saatdan bir 10 dəqiqə
Ədəbiyyat: А.В.Прахов. Неотложные состояния в педиатрии. «НГМА», Нижний Новгород, 2005.c.322.
562) Venoz kateterin uzun müddətli istifadəsində ən çox hansı fəsad baş verir?
A) Pnevmotoraks

B) Tromboflebit

C) Qanaxma

D) Ürəyin kateter ilə travması

E) Damarın deşilməsi
Ədəbiyyat: У.Штайнигер, К.Э.Мюлендаль. Неотложные состояния у детей. «Медтраст», Минск, 1996, c.393.
563) Kəskin böyrək çatışmazlığının oliqoanuriya mərhələsində daha çox aşağıdakılardan hansı baş verir?

A) Hiperkaliyemiya

B) Hipernatriyemiya

C) Hiponatriyemiya

D) Hiperkalsiyemiya

E) Hipokaliyemiya


Ədəbiyyat: Н.П. Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 1999, c.712. Дж.Греф. Педиатрия. «Практика», Москва, 1997. c. 311-312
564) Kəskin böyrək çatışmazlığının erkən əlamətlərinə daha çox aşağıdakılardan hansı aiddir?

A) Oliqouriya

B) Qanda kaliumun artması

C) Sidiyin xüsusi çəkisinin artması

D) Qanda natriumun artması

E) Qanda kalsiumun artması


Ədəbiyyat: Н.П. Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 1999, c.712.
565) Şokun müalicəsində ən vacib mərhələ hansıdır?
A) Ağ ciyərlərin süni ventilyasiyası

B) Natrium hidrokarbonat məhlulu yeritmək

C) Dövr edən qanın həcm defisitinin bərpa olunması

D) Vitaminoterapiya

E) Ümumi anesteziya
Ədəbiyyat: В.А.Михельсон, В.А.Гребенников. Детская анестезиология и реаниматология. «Медицина», Москва, 2001, c.162
566) Solğun əzvay göbələyi ilə zəhərlənmədə gizli dövr nə qədər davam edir?
A) 1 – 2 saat

B) 48 - 72 saat

C) 5 – 6 saat

D) 12 – 24 saat

E) 15 – 30 dəqiqə
Ədəbiyyat: А.В.Прахов. Неотложные состояния в педиатрии. «НГМА», Нижний Новгород, 2005.с.327
567) Turşularla zəhərlənmədən sonra ilk saatlarda mədənin hansı məhlulla yuyulması məqsədə uyğundur?
A) 2% -lı maqnezium oksid məhlulu ilə

B) Ringer məhlulu ilə

C) İlıq su ilə

D) 4% -lı natrium hidrokarbonat məhlulu ilə

E) 0,1% -lı kalium permanqanat məhlulu ilə
Ədəbiyyat: А.В.Прахов. Неотложные состояния в педиатрии. «НГМА», Нижний Новгород, 2005.c.327
568) Hansı zəhərlənmələrdə dərinin hiperemiyalaşması, halyusinasiyalar, göz bəbəklərinin genişlənməsi qeyd olunur?
A) Maye sabunlarla

B) May inciçiçəyi ilə

C) Salisilatlarla

D) Atropinəbənzər maddələrlə

E) Bütün zəhərli bitkilərlə
Ədəbiyyat: А.В.Прахов. Неотложные состояния в педиатрии. «НГМА», Нижний Новгород, 2005.
569) Naməlum etiologiyalı zəhərlənmələrdə uşağın mədəsi aşağıdakılardan hansı ilə yuyulmalıdır?
A) Xlorid turşusu məhlulu ilə

B) Kalium permanqanat (marqanes) məhlulu ilə

C) Soda məhlulu ilə

D) Aktivləşmiş kömür əlavə edilmiş su ilə

E) Təmiz su ilə
Ədəbiyyat: У.Штайнигер, К.Э.Мюлендаль. Неотложные состояния у детей. «Медтраст», Минск, 1996, с. 342.

570) Aşağıdakılardan hansı qızılçanın səpmə dövrü üçün tipik xüsusiyyət deyil?
A) Kataral əlamətlərin olması

B) Birləşmə tendensiyalı xallı-düyünlü səpkilər

C) Səpkilərin yaranma vaxtı hərarətin və toksikozun artması

D) Normal hərarət olduqda səpkinin əmələ gəlməsi

E) Ardıcıl olaraq səpkilərin yaranması və sönməsi
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
571) Ağız və udlaq nahiyyəsinin toksiki difteriya formasında aşağıdakı fəsadlardan hansı ola bilməz?
A) Kəllə-beyin sinirlərinin nevriti (Yumşaq damağın iflici, oftalmoplegiya)

B) Toksik nefroz

C) Ensefalit

D) Miokardit

E) Zəif periferik iflic inkişaf etməklə poliradikulonevrit
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
572) Epidemik parotit zamanı nə inkişaf etmir?
A) Tireoidit

B) İrinli meningit

C) Pankreatit

D) Seroz meningit

E) Orxit
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləriBakı, 2005.
573) Qrip üçün nə səciyyəvi deyil?
A) Sarılıq

B) Hipertermiya (yüksək hərarət)

C) İnaq

D) Hemorragik sindrom



E) Qıcolma sindromu
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. Bakı, 2005.


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin