278) Yenidoğulanlarda dakriosistitin daha tez-tez rast gəlinən səbəblərinə aid olmayan hansıdır?
A) Sümük kanalının olmaması
B) Konyuktivit
C) Burunun selikli qişasının travması
D) Göz yaşı axarında tıxacın olması
E) Göz yaşı kisəciyinin quruluş anomaliyası
Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
279) Yenidoğulanlarda yayılmış herpetik infeksiya zamanı patoqnomonik müalicəyə nə aiddir?
A) Viferon və interferon təyini
B) İnterferon və yerli olaraq herpes əleyhinə müalicə
C) Asiklovir 45 mq/kq/sut. dozada, 10-14 gün
D) Asiklovir 60 mq/kq/sut. dozada, azı 21 gün
E) Vena daxilinə spesifik immuniqlobulinin təyini
Ədəbiyyat: Mурзин А.В. Герпеtическая инфекция. 2001.
280) Aşağıdakılardan hansı birinci dərəcəli serebral işemiya əlamətinə aiddir?
A) Oyanıqlıq sindromu
B) Qreffe simptomu
C) Koma
D) Böyük əmgəyin şişkinliyi
E) Qıcolma
Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» M. 2001г.
281) Hansı kliniki əlamət yenidoğulan uşaqda baş beynin hipoksik zədələnməsinin ağırlığını göstərir?
A) Vegeto-visseral pozuntular
B) Sinir-reflektor oyanıqlıq sindromu
C) Əzələ distoniyası sindromu
D) Hüşün pozulması
E) Moro simptomu
Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» M. 2001г.
282) Yenidoğulanların hemorragik xəstəliyinin klassik formasında klinik əlamətlər nə vaxt özünü göstərir?
A) Bətndaxilində
B) Həyatın ikinci ayında
C) Həyatın ikinci həftəsində
D) Həyatın 2-5-ci günü
E) İlk 5-6 saatda
Ədəbiyyat: Воробьев А.И. Руководство по геmаtологии. M 1985
283) Yenidoğulanların hemorragik xəstəliyi üçün aşağıdakılardan hansı düzgün deyil?
A) Xəstəlik vitamin K defisiti ilə əlaqədardır
B) Hemokoaqulyasion kaskadın pozulması ilə müşayət olunur
C) Bu xəstəlik təbii qidalanma zamanı daha çox inkişaf edir
D) Qanaxma müddətinin uzanması
E) Ola bilsin anada aparılan dərman müalicəsi ilə əlaqədardır
Ədəbiyyat: Воробьев А.И. Руководство по гематологии. M 1985
284) Yenidoğulanların hemorragik xəstəliyinin tipik əlamətinə aid olmayan hansıdır?
A) Dəri örtüyünün saralması
B) Göbək yarasından qanaxma
C) Kefalohematoma
D) Dəri və selikli qişalarda petexial səpgilərin əmələ gəlməsi
E) Həyatın 2-4-cü günü melenanın olması
Ədəbiyyat: Воробьев А.И. Руководство по гематологии. M 1985
285) Ekstrasellülyar mayenin itirilməsi və onunla bağlı doğumdan sonra kütlə itkisi nə ilə əlaqədardır?
A) Getdikcə artan diurezlə
B) Mekonium ilə zulalın xarıc olması ilə
C) Yenidoğulanın tranzitor hipertermiyası ilə
D) Erkən enteral qidalandırma ilə
E) Bütün sadalananlar ilə
Ədəbiyyat: Tağıyev N.Ə. Yarımçıq doğulmuş uşaq. Bakı. 2005.
286) Kiçik bədən kütləsi ilə doğulan yenidoğulmuş üçün hansı hematoloji pozğunluq xarakter deyil?
A) Qanın qatılığının artması
B) Trombositopeniya
C) Polisitemiya
D) Leykopeniya
E) Leykositoz
Ədəbiyyat: Tağıyev N.Ə. Yarımçıq doğulmuş uşaq. Bakı. 2005.
287) Aşağıdakılardan hansı yenidoğulanlarda apnoe tutmalarının səbəbi ola bilməz?
A) Kəllədaxili qansızma
B) Hiperqlikemiya
C) Hipoqlikemiya
D) Meningit
E) Nekrozlaşan enterokolit
Ədəbiyyat: Tağıyev N.Ə. Yarımçıq doğulmuş uşaq. Bakı. 2005.
288) Aşağıdakı variantlardan hansı istisna olmaqla yenidoğulanlarda ürək döyünmə sağ tərəfdə daha yaxşı eşıdılir?
A) Həqiqi dekstrakardiya
B) Sağ tərəfli atelektaz
C) Sol tərəfli atelektaz
D) Diafraqmal dəbəlik
E) Sol tərəfli pnevmotoraks
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г.
289) Aşağıdakılardan hansı yenidoğulmuşun nəcisində qan olmasının səbəbi deyil?
A) Mezenterial tromboz
B) Hemofiliya
C) Yenidoğulmuşun hemorragik xəstəliyi
D) Düz bağirsağın perforasiyası
E) Doğuş zamanı ana qanının udulması
Ədəbiyyat: Воробьев А.И. Руководство по гематологии. M 1985
290) Tənəffüs çatışmamazlığının yaranmasını təsdiqləyən əlamət hansıdır?
A) Perkutor səsin qısalması
B) Quru xırıltılar
C) Müxtəlif kalibrli yaş xırıltılar
D) Tənginəfəslik
E) Amforik tənəffüs
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
291) Hansı törədicinin yaratdığı pnevmoniyada pnevmatoraks daha tez tez inkişaf edir?
A) Stafilokokk
B) Pnevmosit
C) Legionella
D) Xlamidiya
E) Viruslar
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
292) Hamilə qadında dölyanı maye çox olduqda nə barədə düşünmək lazımdır?
A) Bətndaxili infeksiya
B) Dölün antenatal ölümü
C) Vaxtı keçmiş hamiləlik
D) Dölün bətndaxili hipoksiyası
E) Çox döllü hamiləlik
Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
293) Doğum evinin fizioloji şöbəsində bir yenidoğulmuş çarpayısı üçün sanitar norma nə qədərdir?
A) 2 kv.m
B) 6 kv.m
C) 5 kv.m
D) 4 kv.m
E) 3 kv.m
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Mосква. 2005.
294) Aşağıdakılardan hansı yenidoğulmuşda mekoniumun ləngiməsinə səbəb deyil?
A) Eksudativ enteropatiya
B) Mədəaltı vəzin kistoz fibrozu
C) Bağırsaq atreziyası
D) Hişbrunq xəstəliyi
E) Bağırsaq keçməməzliyi
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Mосква. 2005.
295) Hansı qrup yenidoğulmuşlarda subdural qansızmalara daha çox təsadüf olunur?
A) Yüngül çəkili gecikmiş doğulmuşlarda
B) Hestasiya yaşına uyğun yarımçıq doğulmuşlarda
C) Hestasiya yaşına görə ağır çəkili körpələrdə
D) Ekstremal az çəkili yenidoğulmuşlarda
E) Hestasiya yaşından yüngül yarımçıq doğulmuşlarda
Ədəbiyyat: Барашнев Ю. И. «Перинатальная неврология» M. 2001г.
296) Uşaqlarda xəstəxanadan kənar pnevmoniyanın törədicisi hansıdır?
A) Stafilokokk
B) Piogen streptokokk
C) Klebsiella
D) Bağırsaq çöpü
E) Pnevmokokk
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
297) Massiv ekssudativ plevrit üçün nə xarakterikdir?
A) Səs titrəməsinin yüksəlməsi və perkutor səsin qısalması
B) Perkutor səsin qısalması və divararalığı orqanların xəstə tərəfə yerdəyişməsi
C) Perkutor səsin qısalması və divararalığı orqanların sağlam tərəfə yerdəyişməsi
D) Səs titrəməsinin yüksəlməsi və ekssudat üzərində qabarıq bronxofoniya
E) Ekssudat üzərində perkutor qutu səsi
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
298) Bronxoektaziyalı xroniki pnevmoniya üçün xarakter əlamətlər hansılardır?
A) Keçirici xırıltılar
B) Quru yayılmış xırıltılar
C) Daimi lokalizasiyalı yaş xırıltılar
D) Krepitasiya
E) Daimi olmayan yaş xırıltılar
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
299) Bronxoektaziyanın aşkarlanması üçün hansı müayinə üsulundan istifadə olunmalıdır?
A) Döş qəfəsi orqanlarının rentgenoqramması
B) Tomoqrafiya
C) Pnevmotaxometriya
D) Bronxoqrafiya
E) Pikfloumetriya
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
300) Bronxial astma tutması zamanı nə istifadə etmək məqsədəuyğun sayılır?
A) β2 adrenomimetik
B) Kromoqliqat
C) Nedokromil
D) Zaditen
E) İnhalyasion kortikosteroid
Ədəbiyyat: Аллахвердиева Л.И. «Респираторная аллергия у детей» 2008г.
301) Pnevmoniyanın müalicəsi zamanı azitromisinlə müalicə müddəti nə qədər olmalıdır?
A) 3-5 gün
B) 14-21 gün
C) 8- 10 gün
D) 1-2 gün
E) 11-14 gün
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
302) Bronxial astma zamanı hansı preparatların uzunmüddətli qəbulu ciddi ağırlaşmalara səbəb ola bilər?
A) Peroral kortikosteroidlərin
B) Ketotifen
C) β2 adrenomimetik
D) Kromoqlikat
E) İnhalasion kortikosteroidlərin
Ədəbiyyat: Аллахвердиева Л.И. «Респираторная аллергия у детей» 2008г.
303) Erkən yaşlı uşaqlarda mikoplazma pnevmoniyasının müalicəsində hansı qrup antibiotiklərdən istifadə etmək məqsədəuyğundur?
A) Yarımsintetik penisillin
B) Makrolidlər
C) Aminoqlikozid
D) Təbii penisillin
E) 1-ci nəsl sefalosporin
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
304) 8 yaşdan böyük uşaqlarda mikoplazma infeksiyasının müalicəsində hansı preparatlardan istifadə etmək məqsədəuyğundur?
A) Təbii penisillin
B) Aminoqlikozidlər
C) Sefalosporinlər
D) Doksisiklin və makrolidlər
E) Yarımsintetik penisillin
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
305) Metilksantin törəməsi olan bronxodilatator hansıdır?
A) Eufillin
B) Klenbuterol
C) Fenoterol
D) Salbutamol
E) Trebutalin
Ədəbiyyat: Аллахвердиева Л.И. «Респираторная аллергия у детей» 2008г.
306) Pnevmoniya zamanı antibiotik terapiyanın optimal davametmə müddəti nə qədər olmalıdır?
A) Ağciyərlərdə infiltratın tam sorulmasına qədər
B) Hərarətin normallaşmasına qədər
C) EÇS-in normallaşmasına qədər
D) Toksikozun aradan qaldırılması, 2-5 gün normal hərarət və dəqiq müsbət dinamika müşahidə olunduqda
E) Xəstəliyin klinikasından asılı olmayaraq 10 gün
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
307) İnhalyasion steroidlərin ən çox rast gəlinən əlavə təsirləri hansılardır?
A) Hiperqlikemiya
B) Osteoporoz
C) Böyrəküstü vəzi çatışmazlığı
D) Ağız boşluğunun kandidozu
E) İtsenko-Kuşinq sindromu
Ədəbiyyat: Аллахвердиева Л.И. «Респираторная аллергия у детей» 2008г.
308) Ağır bronxoobstruksiyalı uşaqlarda adətən hansı fəsadlar müşahidə olunur?
A) Gərgin pnevmotoraks
B) Piotoraks
C) Atelektaz
D) Bulla
E) Abses
Ədəbiyyat: Аллахвердиева Л.И. «Респираторная аллергия у детей» 2008г.
309) Plevral mayesində neytrofillər üstünlük təşkil edən 3 yaşlı uşaqda ekssudativ plevritin ən çox ehtimal olunan səbəbi hansıdır?
A) Obstruktiv bronxit
B) Qabırğa sınığı
C) Qeyri-spesifik bakterial plevropnevmoniya
D) Ağ ciyər xərçəngi
E) Vərəm
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
310) Döşqəfəsidaxili limfa düyünləri vərəminin diaqnostikasında ən informativ müayinə üsulu hansıdır?
A) Bronxoskopiya
B) Ağ ciyərlərin obzor rentgenoqramması
C) Ön və yan tomoqramma
D) Rentgenoqrafiya
E) Bronxoqrafiya
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
311) Aşağıdakılardan hansı ağ ciyərlərin inkişaf qüsuruna aid edilmir?
A) Traxeoezofageal sviş
B) Bek sarkoidozu
C) Vilyams Kembel sindromu
D) Ağ ciyərin pay hipoplaziyası
E) Kartagener sindromu
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
312) Pay pnevmoniyası üçün xarakter olmayan hal hansıdır?
A) Xəstəlik südəmər yaşlı uşaqlar üçün xarakterikdir
B) Xəstəlik adətən 5-6 yaşlı uşaqlarda müşahidə olunur
C) Adətən plevritlə müşayət olunur
D) Pnevmoniyanın əsas törədicisi pnevmokokkdur
E) Patoloji proses alveollarda iltihabi proseslə başlayır
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
313) Kartagener sindromuna xas olmayan əlamət hansıdır?
A) Bronxoektazlar
B) Rinosinusopatiya
C) Sərt və yumşaq damağın inkişafdan qalması
D) Burun polipozu
E) Daxili orqanların yerdəyişməsi
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
314) Aşağıdakılardan hansı traxeya və bronxların anadangəlmə inkişaf qüsurlarına aiddir?
A) Sadalananların hamısı
B) Vilyams-Kembel sindromu
C) Traxeobronxomalyasiya
D) Bronxioloektatik emfizema
E) Munye-Kun sindromu
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
315) Aspirasion sindromun səbəbləri hansılardır?
A) Traxeoezofageal sviş
B) Qida borusu axalaziyası
C) Disfagiya
D) Sadalananların hamısı
E) Damağın inkişaf qüsurları
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Mосква. 2005
316) Aspirasion pnevmoniyanın müalicəsini hansı antibiotiklərlə başlamaq lazımdır?
A) Metronidazol+3-cü nəsl sefalosporinlər
B) Makrolidlər
C) 1-ci nəsl sefalosporin
D) Təbii penisillin
E) Tetrasiklin
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998
317) Limfositlərin və plazmatik hüceyrələrin aktivliyini nə tormozlayır?
A) Diqoksin
B) Trental
C) Suprastin
D) Prestarium
E) Metilprednizalon
Ədəbiyyat: Л. Йегера «Клиническая иmmунология и аллергология» 1990г
318) 3 aylıq uşaqda mədəciklərarası çəpərin böyük deffekti zamanı aşağıdakı əlamətlərdən hansı olmayacaq?
A) Hipotrofiya
B) Qıcolmalar
C) Taxikardiya
D) Ağ ciyər arteriyasında II tonun aksenti
E) Tənginəfəslik və fiziki yükə qarşı dözümsüzlük
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004
319) Hansı anadangəlmə ürək qüsurunda doğulan kimi sianoz qeyd edilir?
A) Aortanın stenozu
B) Fallo tetradası
C) Böyük damarların transpozisiyası
D) Mədəciklər arası çəpərin defekti
E) Arterial axacağın açıq qalması
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
320) Revmatoid artriti zamanı nələr müşahidə olunur?
A) Sadalananların hamısı
B) Limfa düyünlərin böyüməsi
C) Perikardit
D) EÇS-ın 60 mm/s-a qədər yüksəlməsi
E) Yüksək qızdırma
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
321) 10 yaşlı uşaqda diz və aşıq-daban oynaqlarında ağrılar və şişkinlik müşahidə olunur, hərarəti 38 ºC-dir. Ürəyin sol hüdudu 2 sm genişlənib. Ürək tonları karlaşmışdır. 1 həftə əvvəl anginası olub. Sizin ilkin diaqnozunuz?
A) Septik kardit
B) Revmatizm
C) Postinfeksion miokardit
D) Sistem qirmizi qurdeşənəyi
E) Revmatoid artriti
Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г
322) Kisel-Conson -Nesterevə görə revmatizmin əsas meyarları hansılardır?
A) EKQ-də T dişciyinin qısalması
B) Poliartrit
C) Abdominal sindrom
D) EKQ-də T dişciyinin uzanması
E) Antistreptolizin O-nun yüksək titri
Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г.
323) Uşaqlarda qazanılmış ürək qüsurlarının əsas səbəbi hansıdır?
A) Fibroelastoz
B) Revmatoid artrit
C) Sistem qirmizi qurd eşənəyi
D) Septik endokardit
E) Revmatizm
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
324) İlkin diaqnozu revmatizm olan uşaqlara nə təyin etmək lazımdır?
A) Ambulator şəraitdə qanın klinik müayinəsi
B) Kardiorevmatoloqun konsultasiyası
C) Hospitalizasiya
D) Ambulator şəraitdə qanın biokimyəvi müayinəsi
E) Ambulator şəraitdə EKQ
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
325) İlkin diaqnozu “Revmatizmin aktiv fazası” olan uşaq hospitalizasiya edilməyibsə ona nəyi təyin etmirlər?
A) Aspirin və ya ibuprofen təyini
B) Evdə EKQ
C) Penisillin təyini
D) Evdə qanın klinik müayinəsi
E) Diaqnostik mərkəzdə ExoKQ
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
326) Revmatizm diaqnozu ehtimal olunan uşağa hospitalizasiya olunana qədər ev şəraitində nə təyin etmək məqsədəuyğundur?
A) Prednizalon
B) Suprastin
C) Betametazon
D) İbuprofen+suprastin
E) Deksametazon
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
327) Revmatik həmlənin ilkin mərhələsində xəstəyə nə təyin olunmalıdır?
A) Levomisetin
B) Seporin
C) Penisillin
D) Fortum (seftazidim)
E) Bisilin
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
328) Uşaq stasionarda 2 ay ərzində müalicə alıb. Revmatizmin aktivliyi sakitləşib. Evə yazıldıqdan sonra nə məsləhət görülməlidir?
A) Eritromisin
B) Aspirin və Bissilin-5
C) Penisillin
D) Prednizalon
E) Bissilin-3
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
329) Revmatizm həmlə keçirmiş uşaqların poliklinika şəraitində reabilitasiyasına kim cavabdehdir?
A) Fizioterapevt
B) Şöbə müdiri
C) Sahə pediatrı
D) Müalicə bədən tərbiyə həkimi
E) Ftiziatr
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г, Кардиология и ревmатология детского возраста / под ред. Г.А. Саmсыгиной - Mедпрак.- 2004.
330) Steroid (hormonal) iltihabəleyhinə preparatların qəbulu nəyə səbəb ola bilər?
A) Hiperqlikemiyaya
B) Trombəmələgəlmənin artmasına
C) Sadalananların hamısı
D) Arterial təzyiqin artmasına
E) Mədə bağırsaq traktında xora yaranmasına
Ədəbiyyat: Бекетов А.И. Фарmакотерапия в практике сеmейного врача. 2006.
331) Prednizalona aid olmayan təsir hansıdır?
A) İmmunosupressiv
B) İltihabəleyhinə
C) Antikoaqulyant
D) Qlukoneogenezə təsir
E) Antihistamin
Ədəbiyyat: Бекетов А.И. Фарmакотерапия в практике сеmейного врача. 2006.
332) Xəstələrin sitostatik immunosupressantlarla müalicəsi zamanı onlara mütəmadi nə təyin olunmalıdır?
A) Qanın klinik müayinəsi
B) Arterial təzyiqin ölçülməsi
C) Rentgenoqrafiya
D) Okulist konsultasiyası
E) Qarın boşluğu orqanlarının USM-si
Ədəbiyyat: Бекетов А.И. Фарmакотерапия в практике сеmейного врача. 2006.
333) Qeyri-steroid iltihabəleyhinə preparatlara aid olanı hansıdır?
A) Diklofenak
B) Sadalananların hamısı
C) Lornoksikam
D) Asetilsalisil turşusu
E) İndosid
Ədəbiyyat: Бекетов А.И. Фарmакотерапия в практике сеmейного врача. 2006.
334) Steroid iltihabəleyhinə preparatlara aid olanı hansıdır?
A) İndosid
B) Diklofenak
C) Asetilsalisil turşusu
D) Prednizalon
E) Lornoksikam
Ədəbiyyat: Бекетов А.И. Фарmакотерапия в практике сеmейного врача. 2006
335) Hansı preparat qanda ciddi dəyişikliklərə səbəb ola bilər?
A) Suprastin
B) Tavegil
C) Kapoten
D) Diklofenak
E) Papaverin
Ədəbiyyat: Бекетов А.И. Фарmакотерапия в практике сеmейного врача. 2006.
336) Anemiyalı uşaqlarda istifadə olunmayan preparat hansıdır?
A) Amoksiklav
B) Penisillin
C) Makropen
D) Levomisetin
E) Seklor
Ədəbiyyat: Кузьмина Л.А. Геmатология детского возраста. M.2001
337) Anemiyalı uşaqlarda istifadə oluna bilən preparatlar hansılardır?
A) Sadalananların hamısı
B) Seklor
C) Amoksiklav
D) Penisillin
E) Makropen
Ədəbiyyat: Кузьмина Л.А. Геmатология детского возраста. M.2001
338) Miokard distrofiyasında nə təyin olunmalıdır?
A) Diklofenak
B) Kalsium xlor
C) Asetilsalisil turşusu
D) Kapoten
E) Polivitamin, Kalium oratat,Karnitin
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
339) Diuretik effekt verən preparat hansıdır?
A) Diakarb
B) Veroşpiron
C) Hipotiazid
D) Sadalananların hamısı
E) Triampur
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. 2006.
340) Hansı preparat trombositlərin aqreqasiyasını azaltmır?
A) Eufillin
B) Prodektin
C) Dipiridamol
D) Siklid
E) Strofantin
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
341) 8 yaşlı uşaq 2 dəfə revmatik həmlə keçirib. Uşaqda mitral çatışışmazlıq yaranıb. Belə vəziyyətdə bissilinlə aparılan profilaktika nə qədər davam etməlidir?
A) 5 il
B) 10 il
C) 3 il
D) 1 il
E) 2 il
Ədəbiyyat: Кардиология и ревmатология детского возраста / под ред. Г.А. Самсыгиной и M.Ю.Щербаковой - Mедпрак.- 2004.
342) Revmatizmli uşaqlara sanatoriyada nə təyin olunur?
A) Sadalananların hamısı
B) Müalicə bədən tərbiyəsi
C) İnfeksiya ocaqlarının sanasiyası
D) Əmək müalicəsi
E) Bissilin profilaktikası
Ədəbiyyat: Кардиология и ревmатология детского возраста / под ред. Г.А. Самсыгиной и M.Ю.Щербаковой - Mедпрак.- 2004.
343) Kəskin ürək-damar çatışmazlığı əlamətləri hansılardır?
A) Sapvari nəbz
B) Təngnəfəslik
C) Sadalananların hamısı
D) Arterial təzyiqin enməsi
E) Dəri örtüyünün solğunluğu
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
344) Ağciyər ödemi zamanı təxirəsalınmaz müalicəyə nə aiddir?
A) Sadalananların hamısı
B) Seduksen
C) Prednizalon
D) Laziks
E) Ayaqlara jqut qoyulması
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
345) Aşağıdakılardan hansı ortostatik kollaps yarada bilməz?
A) Nifedipin
B) Atenolol
C) Anaprilin
D) Prednizalon
E) Prestarium
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
346) Arterial hipertenziya adətən hansı xəstəlikdə müşahidə olunur?
A) Sistem qırmızı qurdeşənəyi
B) Hemorragik vaskulit
C) Aortal çatışmazlıqda
D) Düyünlü poliarteriit
E) Açıq arterial axacaqda
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
347) Vazorenal hipertenziyanın aşkarlanmasında ən informativ üsul hansıdır?
A) Ayaqlarda arterial təzyiqin ölçülməsi
B) Renal angioqrafiya
C) Böyrək damarlarının USM-si
D) Sistoqrafiya
E) Daxili uroqrafiya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
348) Aşağıdakı qüsurlardan hansı arterial hipertenziya ilə müşayət olunur?
A) Aortanın koarktasiyası
B) Aortanın stenozu
C) Mədəciklərarası çəpərin deffekti
D) Qulaqcıqlararası çəpərin deffekti
E) Ağciyər arteriyasının stenozu
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
349) EKQ-də sinus taxikardiyası nə zaman müşahidə olunur?
A) Quru perikarditdə
B) Miokarditdə
C) Miokardın distrofiyasında
D) Sadalananların hamısında
E) Ekssudativ perikarditdə
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
350) Uşaqlarda ilk dəfə aşkar olunmuş adəti ekstrasistoliya zamanı nə edilməlidir?
A) Xəstə müayinə məqsədi ilə hospitalizasiya edilməlidir
B) Yataq rejimi və revmatizm əleyhinə müalicə təyin olunmalıdır
C) Evdə sitoxrom C və aktovegin təyin olunmalıdır
D) Nəzarət altında daxilə inderal təyin olunmalıdır
E) Fiziki yük azaldılmalıdır
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
Dostları ilə paylaş: |