351) Vaqotonik vegetodistoniyaya xas olmayan əlamət hansıdır?
A) Hiperhidroz
B) Nəqliyyatın pis keçirilməsi
C) Bayılmalara meyllik
D) Tez - tez nəfəsalmalar
E) Ağ dermoqrafizm
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
352) Vaqotonik vegetodistoniyaya xas olan əlamətlər hansılardır?
A) Tez - tez nəfəsalmalar
B) Sadalananların hamısı
C) Bayılmalara meyllik
D) Nəqliyyatın pis keçirilməsi
E) Hiperhidroz
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
353) Kəskin iltihabi prosesi ən az xarakterizə edən göstərici hansıdır?
A) Kreatinin
B) Sial turşuları
C) Timol sınağı
D) Fibrinogen
E) C reaktiv zülal
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
354) Bakterial infeksion kardit üçün xarakter simptomlar hansılardır?
A) Sadalananların hamısı
B) Hiperkoaqulyasiya
C) EÇS-in artması
D) Qızdırma
E) Aortal qapağın zədələnməsi
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
355) Bakterial infeksion kardit üçün xarakter olmayan simptomlar hansılardır?
A) Hiperkoaqulyasiya
B) Qızdırma
C) Hipokoaqulyasiya
D) Aortal qapağın zədələnməsi
E) EÇS-in artması
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
356) Postvirus miokarditin diaqnostikasında əhəmiyyətli üsul hansıdır?
A) ExoKQ
B) Ürəyin rentgenoqramması
C) FKQ
D) Reoqramma
E) Xolte EKQ
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
357) İnfeksion toksik kardiomiopatiya zamanı hansı preparatın təyini məqsədəuyğundur?
A) Polivitamin, Kalium oratat və ya aktovegin
B) Kordiamin
C) Prednizalon
D) Penisillin
E) B12 Vitamin, ə/d
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
358) Ürək hüdudlarının öyrənilməsində ən dəqiq müayinə üsulu hansıdır?
A) Rentgenoskopiya
B) Rentgenoqrafiya
C) ExoKQ
D) Palpasiya
E) Perkussiya
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
359) Dilatasion kardiomiopatiyaya xarakter hal hansıdır?
A) Mədəciklərarası çəpərin hipertrofiyası
B) Sağ mədəciyin hipertrofiyası
C) Anomal trabekula
D) Sol mədəciyin hipertrofiyası
E) Mədəcik boşluğunun böyüməsi
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
360) Hipertrofiyanın aşkarlanması üçün informativ müayinə üsulu hansıdır?
A) FKQ + rentgenoqramma
B) Rentgenoqramma
C) EKQ
D) Radioizotop müayinə
E) ExoKQ
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
361) Dolayı təsirli antikoaqulyantlara hansı aiddir?
A) Siklid
B) Fenilin
C) Aspirin
D) Heparin
E) Dipiridamol
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. 2006.
362) Hormonal iltihabəleyhinə preparatlar hansılardır?
A) Lornoksikam (ksefokam)
B) Ketotifen
C) Metipred
D) Naproksen
E) Diklofenak
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. 2006.
363) Revmatizm və revmatoid artriti zamanı hormonal terapiya aparıldıqda pəhrizə nəyi daxil etmək məsləhət görülür?
A) Meyvə və tərəvəz salatları
B) Sadalananların hamısı
C) Quru meyvələr
D) Bişmiş kartof
E) Kəsmik və kefir
Ədəbiyyat: Кардиология и ревматология детского возраста / под ред. Г.А. Самсыгиной и M.Ю.Щербаковой - Mедпрак.- 2004.
364) Qida borusu patologiyasının yaranma riski hansı halda baş verir?
A) Ezofaqokardial hissənin çatışmazlığı
B) Spastik qəbizlik
C) Pankreatit
D) Hepatit
E) Biliar sistemdə disfunksiya
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
365) Südəmər uşaqlarda qaytarmanın səbəbi hansılardır?
A) Qida borusunun aşağı sfinkterinin qeyri müntəzəm boşalması
B) Sadalananların hamısı
C) Pilorik hissədə yüksək tonus
D) Qarın boşluğunda yüksək təzyiq
E) Qida borusunun ezofaqokardial hissəsinin inkişaf etməməsı
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
366) Qıcqırmanın olması nəyi təsdiqləyir?
A) Mədə möhtəviyyatının qida borusuna atılmasını
B) Xora xəstəliyini
C) Diafraqmal yırtığı
D) Duodeniti
E) Mədə möhtəviyyatında turşuluğun artmasını
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
367) Hansı helmintozda ara sahib olur?
A) Lyamliozda
B) Askaridozda
C) Tenidozda
D) Enterobiozda
E) Göstərilənlərin hamısında
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Mедицина» . Mосква.
368) Ketoasidoz tutmasının səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Aclıq
B) İnterkurrent xəstəliklər
C) Yağlar və zülalların artıq qəbulu
D) Qəbizlik
E) Karbohidratlarla artıq qidalanma
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
369) Ketoasidoz zamanı yaranan qusmaya xas əlamət hansıdır?
A) Baş ağrıları
B) Meteorizm
C) Qarında ağrılar
D) İshal
E) Asetonuriya
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
370) Xalaziyaya xas simptom hansıdır?
A) Baş ağrıları
B) Acqarına epiqastriumda ağrılar
C) Qəbizlik
D) Sağ qabırğa altında ağrılar
E) Residivləşən qusma
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
371) Xalaziyanın aşkarlanması üçün hansı müayinədən istifadə olunmalıdır?
A) Koproloji müayinə
B) Maye sifon sınağı ilə mədənin rentgenoskopiyası
C) Xolesistoqrafiya
D) Kolonoskopiya
E) İrriqoskopiya
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
372) Axalaziya nə ilə müşayiət olunur?
A) Qusma
B) Ödlü qusma
C) Qıcqırma
D) Həzm olunmamış qidanı qusmaq
E) Yeməkdən 1 saat sonra qaytarma
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
373) Erkən yaşlı uşaqlarda nəzərəçarpan qaytarma və qusması zamanı nə müşahidə oluna bilər?
A) Faringit
B) Stomatit
C) Sadalananların hamısı
D) Traxeobronxit
E) Aspirasion pnevmoniya
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
374) Arasıkəsilməz qusma zamanı hansı ağırlaşma müşahidə olunmur?
A) Eksikoz
B) Ketoasidoz
C) Poliuriya
D) Elektrolit mübadilə pozğunluğu
E) Alkaloz
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Mедицина» . Mосква. 2004
375) III ağırlıq dərəcəli reflüks ezofagit zamanı seçim preparatı hansıdır?
A) Metoklopramid
B) Sizaprid
C) Kalloid vismut subsitratı
D) Famotidin
E) Omeprozol
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
376) A virus hepatiti üçün xarakter olmayan əlamət hansıdır?
A) Tsiklik klinik gedişin olması
B) Piqment mübadiləsində pozğunluq
C) Qanda HbsAg-in tapılması
D) Xəstəliyin kəskin başlanması
E) Dispeptik pozğunluqlar
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Mедицина» . Mосква. 2004
377) Uşaqlarda sekresiyanı stimulyasiya etmək üçün nədən istifadə olunur?
A) Çörək və su
B) Ət bulyonu
C) Tərəvəz dəmləməsi
D) Histamin
E) Kofein
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
378) Uşaqlarda mədə şirəsinin pH-nın öyrənilməsinə göstəriş nədir?
A) Dizurik əlamətlər
B) Qəbizlik
C) Disfagiya
D) Defekasiya zamanı ağrılar
E) Acqarına ağrılar
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
379) Helikobakteriozun keyfiyyətli diaqnostika metodu hansıdır?
A) Bioptatdan təmiz kulturanın alınması
B) PZR vasitəsilə ağız suyunda mikrobların aşkarlanması
C) Koprologiya
D) Bioptatda müsbət ureaz test
E) Klinik endoskopik müayinə
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
380) Qastritin diaqnostikasında ən informativ üsul hansıdır?
A) Rentgenokontrast müayinə
B) İrriqodiaqnostika
C) Endoskopiya və biopsiya
D) Koproqramma
E) USM
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005
381) Uşaq 8 aylıqdır. Narahatdır, hərarəti 39ºC-dir, qusması var və sidik ifrazı azalıb. Sidiyin ümumi müayinəsində zülal izləri, görmə sahəsində eritrosit-10 və leykosit-80. Sizin ilkin diaqnozunuz?
A) Nefrotik sindrom
B) Pielonefrit
C) Kəskin sistit
D) Kəskin nefrit
E) Xronik sistit
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
382) 12 barmaq bağırsağın xora xəstəliyinə şübhə olduqda nə etmək lazım deyil?
A) Duodenal zondlama
B) Nəcisdə gizli qan müayinəsi
C) Rentgenokontrast müayinə
D) Qanın klinik müayinəsi
E) Qastroduodenoskopiya
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
383) Reparativ təsiri olmayan preparat hansıdır?
A) Ranitidin
B) Solkoseril
C) Çaytikanı yağı
D) Almagel
E) Venter
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
384) 12 barmaq bağırsağın xora xəstəliyinin kəskinləşmə dövründə müalicədə nələr istifadə olunur?
A) Sadalananların hamısı
B) De-nol
C) Antisekretor preparatlar
D) Furan preparatları
E) Antibiotiklər
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
385) Qeyri spesifik xoralı kolitin diaqnostikasında əhəmiyyətli müayinə metodu hansıdır?
A) Koproqramma
B) Qarın boşluğunun obzor rentgen şəkli
C) Rektoromanoskopiya
D) Kolonoskopiya
E) İrriqoskopia
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
386) Aşağıdakılardan hansı Kron xəstəliyinin ağırlaşması deyil?
A) Polipoz
B) Bağırsaq keçməməzliyi
C) Daxili svişlər
D) Xolelitiaz
E) Perforasiya
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
387) Qaraciyərin amöbioz absesində seçim preparatı hansıdır?
A) Trimetoprim
B) Levomisetin
C) Delagil
D) Xinin
E) Metronidazol
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Mедицина» . Mосква. 2004
388) Müalicəyə rezistent gediş aşağıdakılardan hansına xasdır?
A) Pielonefrit
B) Qlomerulonefrit nefrotik forma
C) Qurdeşənəyi nefriti
D) İrsi nefrit
E) Sistit
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
389) Sidikdə neytrofillərin leykositlərə nisbətən çoxluğu nəyə dəlalət edir?
A) Pielonefritə
B) Amiloidoza
C) Tubulointersitial nefritə
D) Qlomerulonefritə
E) İrsi nefritə
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
390) Sidiklə hansı maddələrin ifrazı nefropatiyaya səbəb ola bilər?
A) Uratların
B) Sadalananların hamısı
C) Şəkərin
D) Fosfatların
E) Oksalatların
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
391) Qlomerulonefritin ağır morfoloji variantı hansıdır?
A) Sadalananların hamısı
B) Yumaqcıqda minimal dəyişikliklər
C) Ekstrakapilyar qlomerulonefrit
D) Mezangioproliferativ qlomerulonefrit
E) Proliferativ qlomerulonefrit
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
392) Qlomerulonefritin ilkin əlamətləri hansılardır?
A) Abdominal sindrom
B) Kataral əlamətlər
C) Oliquriya
D) Dizuriya
E) Temperatur reaksiyası
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
393) Qlukokortikoidlərin təsirinə aid əlamət hansıdır?
A) Qanda qlukoza miqdarını artırır
B) Qanda eozonofillərin miqdarını artırır
C) İmmunostimulatordur
D) Zülal sintezini artırır
E) Qanda limfositlərin miqdarını artırır
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
394) Hansı halda nefropatiya inkişaf etməz?
A) Düyünlü periarteriitdə
B) Sistem qırmızı qurdeşənəyində
C) Şəkərli diabetdə
D) Piylənmə zamanı
E) Revmatoid artritdə
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
395) Hansı halda nefropatiya inkişaf edə bilər?
A) Sistem qırmızı qurdeşənəyində
B) Sadalananların hamısında
C) Şəkərli diabetdə
D) Revmatoid artritdə
E) Düyünlü periarteriitdə
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
396) Hansı amillər tubulointersitial nefritin yaranmasının səbəbi ola bilməz?
A) Qazanılmış
B) Sadalananların hamısı
C) İrsi
D) Piylənmə
E) Anadangəlmə
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
397) Leykopeniya nə zaman müşahidə olunur?
A) Qlomerulonefritdə
B) Düyünlü periarteriitdə
C) Qurdeşənəyi nefritində
D) İrsi nefritdə
E) Dismetabolik nefropatiyada
Ədəbiyyat: Кузмина Л.А. Геmатология детского возраста. M.2001
398) Pielonefritin inkişafını təmin edən faktorlardan aparıcı rolu hansı oynayır?
A) Sadalananların hamısı
B) Genetik meyllik
C) Urodinamikanın pozulması
D) Mikrobun virulentliyi
E) Metabolik pozğunluq
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
399) Sistit üçün xarakter simptomlar hansılardır?
A) Stranquriya
B) Qasıq qabarı altında ağrı
C) Sadalananların hamısı
D) Dizuriya
E) Pollakuriya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
17-ci bölmədən başlayaraq, yeni suallar təqdim edilir.
Bölmə 17. Tibbi genetika, immunologiya, reaktivlik, allergiya.
400) Böyrəküstü vəzin qabıq maddəsi bunu ifraz etmir:
A) Hidrokortizon
B) Kortizol
C) Aldrosteron
D) Androqenlər
E) Noradrenalin
Ədəbiyyat: А.В.Мазурин. И.М.Воронцов Пропедевтика детских болезней. «Медицина», Москва, 1985. с.288
401) Yalançı allergik reaksiya aşağıdakı bir faktordan başqa digərləri hesabına əmələ gəlir. Bu faktor hansıdır?
A) Atopik anticisimlər
B) C5a, C3 a, anafilatoksinləri
C) Fiziki faktorlar
D) Dərman preparatları
E) P substansiyası
Ədəbiyyat: И.М.Воронцев, О.А.Маталыгина. Болезни, связанные с пищевой сенсибилизацией у детей. «Медицина», Ленинград, 1986. с.47
402) I tip allergik reaksiyaların diaqnozu üçün aşağıdakı göstəricilər daha çox əhəmiyyət kəsb edir:
A) Qan zərdabında İgE-nin artması
B) Qanda eozinofiliya
C) T-supressorların yüksək səviyyəsi
D) Sidikdə histaminin miqdarının yüksəlməsi
E) Dövr edən immun komplekslərin yüksək səviyyəsi
Ədəbiyyat: А.М. Потемкина. Диагностика и лечение аллергических заболеваний у детей. «Издательство Казанского Университета», Казань, 1990. с. 5
403) Yalançı allergik reaksiya üçün daha xarakterdir:
A) «Səbəbkar» antigenə qarşı dərinin müsbət sınağı
B) İgE-nin yüksək səviyyəsi
C) Antigenlə təkrar kontakt zamanı reaksiyanın güclənməsi
D) İmmunoloji mərhələnin olmamağı
E) Yerli eozinofiliya
Ədəbiyyat: И.М.Воронцев, О.А.Маталыгина. Болезни связанные с пищевой сенсибилизацией у детей. «Медицина», Ленинград, 1986. с.47
404) Yenidoğulmuşlarda laxtalanma faktorunun aşağı olması onları qoruyur:
A) trombositlərin miqdarının azalmasından
B) arterial təzyiqin yüksəlməsindən
C) trombozdan
D) hemoqlobinin səviyyəsinin azalmasından
E) emboliyadan
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
405) Uşaqlarda sutkalıq sidik asılıdır:
1. İçilən mayenin miqdarından
2. Ətraf mühitin hərarətindən
3. Bədənin hərarətindən
4. Hemoqlobinin səviyyəsindən
5. Natrium-xloridin artıq qəbulundan
A) 2, 4, 5
B) 1, 2, 3
C) 1, 3, 5
D) 3, 4, 5
E) 1, 2, 4
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
406) Hansı yaş dövründə uşaqlarda İqG miqdarı aşağıdır:
A) 9-12 ay
B) 0-3 ay
C) 12-15 ay
D) 6-9 ay
E) 3-6 ay
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
407) Qan zərdabında IqA-n səviyyəsi uşaqlarda böyüklərinkinə çatır:
A) 5-6 yaşda
B) 8-10 yaşda
C) 10-12 yaşda
D) 4-5 yaşda
E) 6-7 yaşda
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
408) Qan zərdabında İgM-in səviyyəsi uşaqlarda böyüklərinkinə çatır:
A) 6-7 yaşda
B) 7-8 yaşda
C) 8-10 yaşda
D) 4-5 yaşda
E) 5-6 yaşda
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
409) Anadan dölə transplasentar verilən lg hansıdır?
A) M
B) A və M
C) G
D) A
E) G və E
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
410) Limfositopoezin mərkəzi üzvünə hansı aiddir?
A) dalaq
B) limfa vəziləri
C) qaraciyər
D) sümük iliyi
E) böyrəküstü vəzi
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
411) İnterferon müdafiə sistemində hansı xüsusiyyəti ilə iştirak edir?
A) bakteriya əleyhinə, əgər bakteriyalar hüceyrə kənarında lokalizasiya olarsa
B) immun kompleksin formalaşmasında
C) virus və toksin əleyhinə
D) virus əleyhinə
E) toksin əleyhinə
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
412) Orqanizmin qeyri-spesifik müdafiə faktorlarına aiddir:
1. laktoferin
2. T limfositlər
3. neytrofillər
4. limfokain
5. B limfositlər
A) 2, 5
B) 3, 5
C) 1, 3
D) 1, 4
E) 2, 4
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
413) Orqanizmin qeyri-spesifik müdafiə faktorlarına aiddir:
1. faqositoz
2. T limfositlər
3. monositlər
4. limfokain
5. B limfositlər
A) 3, 5
B) 2, 5
C) 1, 3
D) 1, 4
E) 2, 4
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
414) Orqanizmin qeyri-spesifik müdafiə faktorlarına aiddir:
1. interferon
2. T limfositlər
3. lizosim
4. limfokain
5. B limfositlər
A) 2, 4
B) 2, 5
C) 1, 4
D) 1, 3
E) 3, 5
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
Bölmə 18. Neonatologiya..
415) Yenidoğulmuş uşağın hərəkətləri necə olur?
A) ləng
B) qeyri-adekvat
C) soxulcanabənzər
D) xaotik
E) məqsədyönlü
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
416) BGJ peyvəndi əks göstəriş deyil:
A) anadangəlmə fermentopatiyalar zamanı
B) Bruton aqammoqlobulinemiyası zamanı
C) hipotireoz
D) imundefisit vəziyyətlər zamanı
E) ailənin digər uşaqlarında aktiv vərəmin olması zamanı
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
417) Yenidoğulmuşlarda trombositopeniya nə vaxt müşahidə olunmur?
A) anadangəlmə herpetik infeksiyada
B) Daun sindromunda
C) anadangəlmə məxmərəkdə
D) anadangəlmə sifilisdə
E) anadangəlmə sitomeqaliyada
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997
418) Bilirubin ensefalopatiyasının inkişafına şərait yaratmır:
A) taxikardiya
B) hipoqlikemiya
C) hipoksiya
D) asidoz
E) yarımçıqlıq
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997
419) Embriopatiyanın klinik əlamətinə nə aiddir?
A) üç kameralı ürək
B) anadangəlmə hipotrofiya
C) hipertrofiya
D) anadangəlmə hepatit
E) hepotosplenomeqaliya
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина», Москва, 1983.
420) Diabetik fetopatiyalı yeni doğulmuşlarda klinik simptomlara xarakterik olan hansıdır?
A) bədən çəkisi < 3000 q
B) eksikoz əlamətləri
C) əzələ hipertoniyası
D) gec doğulma əlamətləri
E) bədən çəkisi > 4000 q
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина», Москва, 1983.
421) Şəkərli diabeti olan analardan doğulan yeni doğulmuşlarda qıcolma sindromunun əsas səbəbi:
A) hiperbilurubinemiya
B) MSS – nin inkişaf qüsurları
C) hipoqlikemiya və hipokalsemiya
D) hiperqlikemiya
E) asfiksiya və doğuş travması
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
422) Həyatın ikinci ayından 6 ayınadək yarımçıq doğulmuş uşağa 2-ci mərhələ qulluq zamanı pediatırın baxışı olmalıdır:
A) həftədə 1 dəfə
B) 2 həftədə 1 dəfə
C) 3 həftədə 1 dəfə
D) ayda 1 dəfə
E) 2 ayda 1 dəfə
Ədəbiyyat: В.А.Таболин, Н.П.Шабалов. Справочник неонатолога. «Медицина», Москва, 1984.
423) Yenidoğulmuşların reaktiv vəziyyətinə aid deyil:
A) melena
B) döş vəzilərinin şişkinliyi
C) vaginal qanaxma
D) fizioloji eritema
E) milia
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург,1997.
424) Yarımçıqdoğulmuşlarda retrolental fibroplaziyaya hansı səbəb ola bilər?
A) hipoksiya
B) hipoqlikemiya
C) qida çatmamazlığı
D) soyuma
E) ifrat oksigen terapiyası
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург,1997.
Dostları ilə paylaş: |