654) Kəskin larinqotraxeit zamanı nə aşkar edilmir?
A) Döş qəfəsinin çıxıntılı hissələrinin gərilməsi
B) Nəfəsalmanın uzanması
C) Səsin dəyişməsi
D) Kobud hürücü öskürək
E) Tənəffüs çatmamazlığı
Ədəbiyyat: Э. К. Цыбулькин. «Неотложная педиатрия в алгоритмах» 1998г.
655) Səs tellərinin bağaltı ödemi olan xəstələrdə müalicə zamanı aşağıdakılardan hansı yaxşı effekt verir?
A) Paroksigen inqalyasiya
B) β-2 aqonistlərin inqalyasiyası
C) Simpatomimetiklər
D) Diuretiklər
E) Hormonlar
Ədəbiyyat: В. С. Михельсон. «Реанимация и анестезиология» 1987г.
656) III dərəcəli inağ zamanı inqalyasiya nə qədər davam etməlidir?
A) Hər 3 saatdan bir 15 dəqiqə
B) 15 dəqiqə
C) Səmərəli öskürək yaranana qədər
D) 2 saat
E) 30 dəqiqə
Ədəbiyyat: Э. К. Цыбулькин. «Угрожающие состояние у детей (экстренная врачебная помощь)» 2000г
657) Aşağıdakılardan hansı biri bir çox pataloji hallar zamanı infuzion terapiyanın başlanğıc mərhələsinin əsas məqsədi hesab olunur?
A) Kalium defisitinin aradan qaldırılması
B) Dezintoksikasiya
C) Ekstrasellular mayenin həcmini bərpa etmək
D) Sirkulyasiya edən plazmanın həcmini bərpa etmək
E) Sirkulyasiya edən eritrositlərin həcmini bərpa etmək
Ədəbiyyat: В. С. Михельсон. «Реанимация и анестезиология» 1987г.
Dostları ilə paylaş: |