771) Hansı xəstəlik adətən anginanın fəsadı kimi əmələ gəlmir?
A) Paratonzilliar abses
B) Perintonzilit
C) Çənəaltı limfadenit
D) Stomatit
E) Revmatizm
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г
772) Otit zamanı nə məsləhət görülmür?
A) Qulağa spirtli damcıların təyini
B) İnhalasiya müalicəsi
C) İsti saxlamaq
D) Burun boşluğuna damaryığıcı preparatların təyini
E) Antibakterial terapiya
Ədəbiyyat: Scottish Intercollegiate Guidelines Network: Diagnosis and management of childhood otitis media in primary care. 2003.
773) Kəskin haymorit zamanı əlavə müayinə metodlarına aid olmayan hansıdır?
A) Qanın biokimyavi analizi
B) Flora və antibiotikoqrammaya görə burun ifrazatından yaxma
C) Qan analizi
D) Burun ciblərinin rentgenoqrafiyası
E) Zimnitski və Neçiporenko üsulu ilə sidiyin analizi
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
774) Uşaqda udlaqarxası absess olduqda aşağıda sadalanan müayinələrdən hansını aparmaq məsləhət deyil?
A) Qanın analizi
B) Bogazın arxa divarının müayinəsi və palpasiyası
C) Ürəyin USM
D) Boğazın arxa divarının palpasiyası
E) Boğazın arxa divarının müayinəsi
Ədəbiyyat: Scottish Intercollegiate Guidelines Network: Diagnosis and management of childhood otitis media in primary care. 2003.
775) 7 yaşlı uşağın 4 qündür qulağı ağrıyır, 39,2°C hərarəti var, qulaq seyvanların dartılması, ağri, ödem, qulaqarxası nahiyyədə dərinin hiperimiyası qeyd olunur. Meningeal sindrom yoxdur. Bir həftə əvvəl kəskin rinit kecirib. Sizin ilk diaqnozunuz?
A) Mastoidit
B) Mikuliç simptomu
C) Otit, mastoidit
D) Otit
E) Parotit
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
776) 13 yaşlı uşaqda daimi yorğunluq, vaxtaşırı baş ağrıları, hərarət 37,2-37,4°C, cətinləşmiş burun tənəffüsü, 6 ay ərzində burundan irinli ifrazat qeyd olunur. Sizin ilk diaqnozunuz?
A) Kəskin haymorit
B) Xroniki haymorit
C) Etmoidit
D) Adenoidıt
E) Adenoidit
Ədəbiyyat: Пальчун В.Т. «Оториноларингология: национальное руководство» 2008г.
Dostları ilə paylaş: |