836) Kəskin appendisit üçün xarakterik deyil?
A) Sağ qalça nahiyyəsində əzələlərin gərginliyi və ağrılar yuxu zamanı aydın büruzə verir
B) Qusma
C) Nəbzin tezliyinin və bədən hərarətinin “tərs mütənasibliyi” (hərarət – 37,6°C, nəbz - 130' dəqiqədə)
D) Baş ağrısı
E) Xəstəliyin ilk saatlarında bədən hərarəti yüksək deyil, xəstəliyin şiddətlənməsi ilə yüksəlir
Ədəbiyyat: Ş.B.Quliyev. “Cərrahi xəstəliklər” 2000-ci il
837) 3 yaşlı uşaqda 6 saat öncə qarında kəskin, tutma şəklində ağrılar əmələ gəlmişdir. Nəcis ifrazı 1 dəfə, sıyığabənzər, qanlı olub, 1 dəfə qusub, bədən hərarəti 36,8°C. İlk növbədə hansını istisna etmək lazımdır?
A) Adenovirus infeksiyası
B) Kəskin appendisit
C) İnvaginasiya
D) Bağırsaq infeksiyası
E) Bağırsaq qanaxması
Ədəbiyyat: K.U.Aşkraft, T.M.Xolder. “Uşaq cərrahiyyəsi” 1997-ci il
Dostları ilə paylaş: |