931) Kəskin respirator infeksiyalar əsasən hansı yolla yayılır?
A) Hava-damcı yolu ilə
B) Limfogen və hemotogen yol ilə
C) Limfogen yol ilə
D) Su və qida ilə
E) Hemotogen yol ilə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə protokol.”Mega-Print”MMC, Bakı.2008.
932) Qrip epidemiyaları hansı mövsümlərdə baş verir?
A) Payız və qış
B) Yaz və yay
C) Qış və yaz
D) Yaz
E) Qış və yay
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə protokol.”Mega-Print”MMC, Bakı.2008.
933) Fəsadsız keçən qrip adətən neçə gün davam edir və xəstəlik neçə gün ərzində müalicəsiz keçir?
A) Titrətmə dövrü 2-4 gün davam edir və 5-10 gün ərzində müalicəsiz keçib gedir
B) Titrətmə dövrü 4-6 gün davam edir və müalicəsiz keçib gedir
C) Titrətmə dövrü 1-2 gün davam edir və 3-4 gün ərzində müalicəsiz keçib gedir
D) Titrətmə dövrü 6-9 gün davam edir və müalicəsiz keçib gedir
E) Titrətmə dövrü 1-3 gün davam edir və müalicəsiz keçib gedir
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə protokol.”Mega-Print”MMC, Bakı.2008.
934) Bir yaşa qədər uşaqlarda diareya zamanı hospitalizasiyaya göstəriş hansıdır?
A) Bədən çəkisinin 4-5 % itirildikdə
B) Bədən çəkisinin 7-10 % itirildikdə
C) Bədən çəkisinin 3-4 % itirildikdə
D) Bədən çəkisinin 2-3 % itirildikdə
E) Bədən çəkisinin 2-5 % itirildikdə
Ədəbiyyat: Ю.Л.Шевченко « Клинические рекомендации для практикующих врачей» Издательский дом «ГЭОТАР-МЕД» 2002.
Dostları ilə paylaş: |