177) Yenidoğulmuşun hemorragik xəstəliyinin xarakter əlaməti hansıdır?
A) Qanda qlobulinlərin azalması)
B) Fibrinolizin güclənməsi
C) Trombositopeniya
D) Protrombin kompleksinin aşağı olması
E) Qanda VIII, IX, X amillərin azalması
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
178) Yenidoğulmuşun hemorragik xəstəliyinin klassik forma əlamətləri adətən özünü nə zaman göstərir?
A) Həyatının 2-ci həftəsində
B) Həyatın 3-5-ci günü
C) Doğuşdan dərhal sonra
D) Doğuşdan 1 ay sonra
E) Həyatın 2-cü günü
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
179) Doğulan kimi anemiyanın əsas səbəbi hansıdır?
A) İrsi hipoplastik anemiya
B) Qanitirmə
C) Eritrositar fermentlərin defisiti
D) İrsi mikrosferositoz
E) Anada anemiyanın olması
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
180) Həyatın I həftəsində yenidoğulmuşa anemiya diaqnozu qoyulması üçün hemoqlobilinin hansı səviyyəsi meyar hesab olunur?
A) 116 q/l-dən aşağı
B) 130 q/l-dən aşağı
C) 100 q/l-dən aşağı
D) 145 q/l-dən aşağı
E) 170 q/l-dən aşağı
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
181) Həyatın II həftəsində yenidoğulmuşa anemiya diaqnozu qoyulması üçün hemoqlobilinin hansı səviyyəsi meyar hesab olunur?
A) 130 q/l-dən aşağı
B) 150 q/l-dən aşağı
C) 140 q/l-dən aşağı
D) 110 q/l-lən aşağı
E) 120 q/l-dən aşağı
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
182) Həyatının 10 günlüyündə hemoqlobinin hansı səviyyəsi eritrositar kütlə yeridilməsi üçün mütləq göstərişdir?
A) 100 q/l-dən aşağı
B) 90 q/l-dən aşağı
C) 80 q/l-dən aşağı
D) 70 q/l-dən aşağı
E) 120 q/l-dən aşağı
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
183) İlk aylarda uşaqlarda hiperxrom anemiyanın inkişafına hansı defisit səbəb olur?
A) Dəmirin
B) Fol turşusunun
C) Vitamin B6 -nın
D) Vitamin E-nin
E) Vitamin B12 -nin
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
Dostları ilə paylaş: |