553) Hematurik formalı qlomerulonefrit zamanı aktivliyin laborator
göstəricilərinə hansı aiddir?
A) EÇS yüksəlməsi
B) Hiperfibrinogenemiya
C) Mikroproteinuriya
D) Sadalananların hamısı
E) Makrohematuriya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
554) Qarışıq formalı qlomerulonefrit üçün aşağıdakılardan hansı daha çox xarakterikdir:
A) Leykosituriya, bakteriuriya
B) Hematuriya proteinuriya ilə
C) Izolyasiyalı proteinuriya
D) Abakterial leykosituriya
E) Uzunmüddət davam edən hematuriya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
555) Qarışıq formalı qlomerulonefrit üçün xarakterik olan hansıdır?
A) Hipertenziya
B) Proteinuriya
C) Hematuriya
D) Hematuriya, proteinuriya, abakterial leykosituriya
E) Sadalananların hamısı
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
556) Nefrotik formalı qlomerulonefritin aparıcı simptomlarına aşağıdakılardan hansı aid deyil?
A) Hiperlipidemiya
B) Ödem sindromu
C) 3 q/l-dən yüksək proteinuriya
D) Abdominal sindrom
E) Oliqouriya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
Dostları ilə paylaş: |