74) Göstərilən xəstəliklərdən hansı qida allergiyasının nəticəsi deyildir?
A) Seboreyalı dermatit
B) Atopik dermatit
C) Kvinke ödemi
D) Övrə
E) Rinit
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г
75) Aşağıdakılardan hansı tədbir allergik rinitlərin müalicəsində əsaslandırılıb və təhlükəsizdir?
A) Allergenin eliminasiyası
B) Antihistamin preparatlar
C) İnhalyasion kortikosteroidlər
D) İnfuzion müalicə
E) Hiposensibilızasıya edici tədbirlər
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
Bölmə 3. Neonatologiya.
76) Ölkədə səhiyyənin vəziyyətini hansı göstərici daha dəqiq əks etdirir?
A) Doğum səviyyəsi
B) Ölüm səviyyəsi
C) Adambaşına düşən həkimlərin sayı
D) Uşaq ölümü
E) Körpə ölümü
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
77) Doğum evində qruplaşmış yoluxucu xəstəlik əmələ gələndə xəstə yenidoğulmuşlara qarşı hansı tədbir həyata keçirilir?
A) Оbservasiya şöbəsinə köçürmək və müalicə təyin etmək
B) Bütün cavablar düzgündür
C) Yerində saxlayaraq müalicə təyin etmək
D) Infeksionisti çağırmaq
E) Dərhal uyğun stasionara köçürmək
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Москва. 2005.
Dostları ilə paylaş: |