213) Yenidoğulmuşda qıcolma hansı halda əmələ gələ bilər?
A) Hipoqlikemiyada
B) Bütün hallarda
C) Hipomaqnemiyada
D) Hipokalsiemiyada
E) Kəllədaxili doğuş travmasında
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
214) Sepsisin etiologiyası hansılar ola bilər?
A) Göbələk
B) Virus-bakterial
C) Virus
D) Göstərilənlərin heç biri
E) Yalnız bakterial
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
215) Yenidoğulmuşlarda sepsisin spesifik ( patoqnomonik) əlamətinə hansı aiddir?
A) Sepsis diaqnozu qoymaq üçün bir spesifik əlamət yoxdur
B) Trombositopeniya
C) Hiperleykositoz ( 1mkl kapilyar qanda 25000)
D) Qan zərdabında kəskin dövrün zülallarının artması
E) Müsbət hemokultura
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
216) Qanın kliniki analizində yenidoğulmuşlarda sistemli iltihabi reaksiyanın əlamətlərinə hansı aiddir?
A) Trombositopeniya
B) Göstərilənlərin hamısı
C) Leykoformulada 16%-dən artıq sola meyillilik
D) Anemiya
E) İlk 2 gündə leykositoz 30x109 , 3-7 gündə 20x109–dan çox, 8 gündən sonra 15x109-dan çox olduqda
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
217) Hazırda neonatal sepsisdə əvəzedici immunoterapiya aparmaq üçün daha effektiv preparat nə hesab olunur?
A) Pentaqlobin
B) Endobulin
C) İntraqlobin
D) Viferon
E) Qammaqlobulin
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
Dostları ilə paylaş: |