328) Mikoplazma pnevmoniyası zamanı hansı təyin edilməlidir?
A) Makrolidlər
B) Penisillin
C) Biseptol
D) Tetrasiklin
E) Gentamisin
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
329) Pnevmoniya zamanı antibiotiklərin təyininin optimal müddəti nə qədərdir?
A) EÇS normallaşana qədər
B) Bədən tº-nun 4-5 gün ərzində davamlı normal olana qədər
C) Hərarət normallaşana qədər
D) Ağ ciyərdə infiltrat sorulana qədər
E) Toksikoz ləğv olana qədər
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
330) Xroniki bronxiti təstiqləyən dürüst metod hansıdır?
A) Bəlğəmin əkilməsi
B) Qanın ümumi analizi
C) Bronxial möhtəviyyatın sitoloji və bakterioloji müayinəsi ilə birgə aparılan bronxoskopiya
D) Döş qəfəsi üzvlərinin rentgenoqrafiyası
E) Ümumi kliniki fizikal müayinələr
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
Dostları ilə paylaş: |