Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 1.97 Mb.
səhifə14/32
tarix14.01.2017
ölçüsü1.97 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

Fəsil 7: Səhiyyə maarifçiliyi işi və xəstələrin təlimləndirilməsi


Səhiyyə maarifçiliyi (SM) vərəmlə mübarizə proqramının ayrılmaz hissəsidir. SM xəstəliyə yoluxma riskini azaltmaq məqsədilə PS əməkdaşları və tibb işçiləri arasında vərəm sahəsində bilik səviyyəsini artırmağa, məhbuslar, onların ailə üzvləri və ziyarətçilər daxil olmaqla vərəmə yoluxma ehtimalı olan şəxslərdə adekvat münasibətin və davranışın formalaşmasına xidmət edir. Xəstələrin təlimləndirilməsi onlarda öz xəstəliklərinə düzgün yanaşmanın anlaşılmasına, müalicə rejiminə və sxemlərə intizamlı riayət edilməsinə, başqa şəxslər üçün epidemioloji cəhətdən təhlükəsiz davranışın aşılanmasına yönəlmişdir.

SM-in məqsədi:


  • İnfeksiyanın ötürülməsinin qarşısını almağa yardımçı olmaq;

  • Xəstəlik hallarının erkən aşkarlanmasına kömək etmək;

  • Məhbusların müayinələrdən yayınmasının qarşısını almaq;

  • Bütün xəstələrin sağalmasına nail olmaq.

Hədəf qrupları:


PS-də SM məhbuslar və onlarla təmasda olan bütün qruplar üçün zəruridir. Bu qruplara daxildir:

  • PS-in tibbi heyəti;

  • PS-nin inzibati heyəti;

  • Mühafizəçilər;

  • Qəbul bölməsinə gətirilən vərəm ehtimal edilən məhbuslar;

  • Vərəməleyhinə müalicə qəbul edən xəstələr;

  • Vərəməleyhinə müalicə kursunu bitirmədən azadlığa buraxılan xəstələr;

  • Vərəməleyhinə müalicədən sonra dispanser şöbəsində müşahidədə saxlanılan məhbuslar;

  • Vərəməleyhinə müalicədən imtina etmiş xəstə-məhbuslar;

  • Qrupdaxili maarifləndirici kimi fəaliyyət göstərən məhbuslar;

  • Məhbus xəstələrlə görüşə gələn ailə üzvləri və ziyarətçilər.

Maarifləndirici vasitələr:


Uğurlu maarifləndirmə diqqəti cəlb edən, məlumatlandırıcı, düzgün və dəqiq olmalıdır. Bu səbəbdən, təsirini saxlamaq üçün ismarıclar təkrar olunmalı və müxtəlif yollarla möhkəmləndirilməlidir.

Əldə olan bəzi vasitələr:



  • Qrup şəklində və fərdi məlumatlandırma;

  • Posterlər, broşürlər;

  • Afişalar (bildirişlər);

  • Hekayələr;

  • Vərəm haqqında maarifləndirici filmlər;

  • Video və audio materiallar;

  • Reklam vasitələri (vərəmə dair ismarıcların əks olunduğu dəftər, qələm və s.).

Bütün TSH-lar və müalicə müassisəsi əsas SM materialları ilə təmin edilmişdir.

İT-lərdə və CM-lərdə SM


İT-lərdə və CM-lərdə SM tibbi heyət tərəfindən aparılır və vərəmin əsas əlamətləri, infeksiyaya nəzarət tədbirləri ilə məhbusların tanış edilməsi, İMM-dən müalicədən sonra qayıtmış məhbuslara qarşı stiqmanın azaldılması və risk qrupları (İİV-ə yoluxmuş, venadaxili narkotiklərin istehlakçıları və s.) ilə daha müfəssəl işdən ibarətdir.

İMM-də SM-yə dair fəaliyyətlər


Xəstələr üçün məlumatlandırma sessiyaları İMM-də müalicənin aşağıdakı mərhələlərində tətbiq edilir:

  • Qəbul bölməsində, diaqnozun təsdiq olunduğu dövrdə:

  • Vərəm ehtimal edilən bütün məhbuslar İMM-nin qəbul bölməsində vərəm xəstəliyi təsdiqlənənə qədər saxlanılır. Bu müddətdə xəstəliyin xüsusiyyətləri, yoluxma yolları və risk faktorları, qorunma və s. haqqında məlumatlandırılır.

  • Müalicənin başlanğıcında:

  • Vərəm diaqnozu təsdiqləndikdən sonra xəstə kimyəvi terapiyanın Intensiv Fazasına başlamaq üçün müalicə bölməsinə göndərilir. Xəstə tibbi proseduralar, müalicənin müddəti, tam müalicə üçün lazım olan şərtlər, dərmanların əlavə təsirlər ehtimalı, onların idarə olunması, müalicəyə düzgün riayət edilməməsinin riskləri və s. haqqında məlumatlandırılır.

  • Davamedici Fazanın başlanğıcında;

  • Müalicənin Intensiv Fazası bitdikdən sonra müalicənin davam etdirilməsi üçün xəstə başqa bölməyə göndərilir. Xəstə müalicənin nəticələri, hətta özünü yaxşı hiss etsə belə müalicənin sonadək davam etdirilməsinin əhəmiyyəti haqqında və s. məlumatlandırılır.

  • Müalicə tamamlandıqda;

    • Xəstə bəlğəm sınaqların nəticələri, müalicənin uğurlu və ya uğursuz olması haqqında məlumatlandırılır.

  • Əgər müalicənin tibbi baxımdan, könüllü və ya digər səbəblərə görə yarımçıq kəsilməsi baş verərsə - səbəbinə uyğun maarifləndirmə aparılır.

  • Əgər xəstə müalicə altında olarkən azadlığa buraxılarsa və ya başqa müəssisəyə köçürülərsə - uğurlu nəticə əldə etmək, ailə üzvlərini və digər şəxsləri qorumaq üçün müalicəni davam etdirməyin əhəmiyyəti və bunun üçün vasitələr barədə maarifləndirmə aparılır.

İMM-nin Təlim mərkəzində bütün penitensiar sistem əməkdaşları (əməliyyat işçiləri, tərbiyəçilər-dəstə rəisləri, nəzarətçilər və mühafizəçilər), tibbi işçilər üçün vərəmə nəzarət sahəsində müxtəlif mövzularda treninqlər keçirilir.

İMM-nin bölmələrində maarifləndirmə sessiyaları


Bu sessiyalar hər şöbənin həkim və orta tibbi personal tərəfindən aparılır.

Qrup halında sessiyalar həkimlər tərəfindən ən azı ayda 3 dəfə aparılır.



  • Bölməyə yeni gətirilmiş xəstələrin siyahısı hazırlanır;

  • Təyin edilmiş vaxtda xəstələr maarifləndirmə sessiyasına dəvət edilir;

  • Bölməyə uyğun mövzuda maarifləndirmə sessiyası keçirilir.

Orta tibb işçisi hər xəstə ilə ayda 1 dəfə fərdi dərslər aparır.

İMM-də keçirilən SM protokolu üçün bax: Əlavə 14.


Fəsil 8: İMM-dən azadlığa buraxılandan sonra müalicənin fasiləsizliyinin təmini


Bu Təlimat tərtib edildiyi dövrdə müalicəsi tamamlanmadan azadlığa buraxılan məhbusların müalicəsinin izlənilməsi məsələləri ilə qeyri-hökümət təşkilatı (QHT) məşğul olur. Onun qarşısında olan məsələ müalicənin davam etdirilməsinin və monitorinqinin təşkilidir. Azadlığa buraxılan məhbusların müalicəsində fasiləsizliyə və sona çatdırılmasına nəzarət edilməsi məsuliyyəti ƏN, MVNP və SN üzərindədir. QHT-nin iş prinsipləri ilə tanışlıq üçün bax: Əlavə 15.

QHT İMM-dən təqdim edilən tibbi sənədləri ETAXİ-yə və ya mülki vərəm əleyhi tibb müəssisələrinə çatdırmaqla müalicəsi başa çatmadan azadlığa buraxılan vərəmli xəstələrin qeydiyyata götürülməsini təşkil edir, onların müalicəni davam etdirmələrinə nəzarət edir və dəstək göstərir. Müalicəsi başa çatmadan azadlığa buraxılan vərəmli xəstə ilə ən azı bir ay əvvəl görüşür, onun müalicəsinin mülki sektorda davam etdirilməsinn təşkili üçün bütün lazımi məlumatları (onun ailəsi, yxınları barəsində) əldə edir, psixo-sosial dəstək göstərir, müalicənin mülki sektorda davam etdirilməsinin və tam kurs müalicə almanın vacibliyinə dair onlar arasında maarifləndirmə işi aparır.

Azadlığa buraxılan vərəmli xəstənin müalicə və müayinələrinə dair sənədlərin və qeydiyyat vərəqələrinin surətini (epikriz, TB 01, TB 09 və s.) xəstənin müalicəsi aparılacaq tibb müəssisəsinə təqdim edir.

Xəstəyə təyin edilmiş müalicə sxeminə uyğun olaraq İMM-dən əldə olunmuş 2-ci sıra VƏD-lərin 1 aylıq ehtiyatını təhvil alır (bu prosedura sonrakı dövrdə hər xəstə üçün ayda bir dəfə olmaqla təkrarlanır və müalicə başa çatana kimi davam edir) və müvafiq tibb müəssəsinə təhvil verir və müalicə ərzində monitorinq aparılır.

Müalicə başa çatana qədər xəstə sövqedicilərlə (qida məhsulları, nəqliyyat xərcləri) ilə təmin edilir.

Həmin xəstlərlə işləyən mülki tibb işçiləri sövqedicilərlə təmin olunurlar.

Bu QHT ƏN TBİ və MVNP arasında məlumat mübadiləsini təmin edir. Qeyd edilən fəaliyyətlər xəstə, QHT, ƏN TBİ və MVNP arasında bağlanmış müqavilələr çərçivəsində həyata keçirilir.



Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə