İMM-nin baş həkimi hər rüb olmaqla bütün daxil olan xəstələri gəldikləri İT-lər və CM-lər üzrə bölüşdürməklə təhlil aparır. Bu göstəricilər vərəm ocaqlarının vaxtında aşkar edilməsi və müvafiq tədbirlərin görülməsi üçün zəruridir.
İMM-nin baş həkimi, habelə müəssisəyə daxil olan məhbusların qəbul şöbəsində olduğu müddəti təhlil edir. Bu məlumat diaqnozun təyin edilməsi və müalicəyə başlamaq üçün vaxtın azaldılmasına xidmət edir.
ƏN TBİ-nin əlaqələndirici qurum vərəm ehtimal edilən şəxslərin İT-lərdən və CM-lərdən İMM-yə keçirilməsinə sərf edilən müddəti müəyyən edən təhlil aparır və bunu TSH-lərin həkimlərinin fəaliyyətinin keyfiyyəti ilə əlaqələndirir. Vərəmin aşkarlanması üzrə TSH-lərin fəaliyyətini qiymətləndirmək üçün, həmin müəssisədə kütləvi skrininq vaxtı aşkar edilmiş xəstələrin sayı və kütləvi skrininqdən kənar həkim tərəfindən aşkar edilmiş xəstələrin sayı müqayisə edilir.
Bununla yanaşı, bu və ya digər müəssisədə saxlanılan İİV-ə yoluxmuş bütün şəxslərlə müqayisədə ildə iki dəfədən az olmayaraq vərəmə görə müayinədən keçən İİV-ə yoluxmuş şəxslərin sayı təhlil edilir.
ƏN TBİ-nin əlaqələndirici qurumu tərəfindən sağalmış halda CM-lərə və İT-lərə geri göndərilmiş məhbusların üzərində nəzarət olunur. Bu, CM-lərdən və İT-lərdən müayinə üçün göndərilən bəlğəm nümunələrinin sayı, keyfiyyəti və dispanser qeydiyyatının aparılmasına nəzarət etməklə həyata keçirilir.
Skrininq komandasının işini qiymətləndirmək üçün, kütləvi skrininq başlandığı tarixlə vərəm ehtimal edilən şəxslərin İMM-yə daxil olduğu tarix tutuşdurulur. Bu iş üç əsas hissədən (müəssisənin həkimlərinin işi, skrininq komandasının işi və vərəm ehtimal edilən şəxslərin köçürülməsi üzrə iş) ibarət olduğundan, hər hissəyə cavabdeh əməkdaşların fəaliyyəti ayrılıqda qiymətləndirilir və yekun olaraq bu işin effektivliyi müəyyən olunur.
ƏN TBİ-nin əlaqələndirici qurumu tərəfindən, habelə ölüm, yayılma, DDV-nin səviyyəsi və s. daxil olmaqla PSVNP-nin əsas göstəriciləri təhlil olunur.
Proqramın fəaliyyətinin qiymətləndirilməsi nəticələrinə əsasən ƏN TBİ-nin rəhbərliyi səhvlərin təhlili və onların aradan qaldırılması üçün tövsiyələr vermək məqsədilə tibbi və digər heyət üçün dövrü olaraq müşavirələr keçirir.
Dostları ilə paylaş: