Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat


Əlavə 2: Bəlğəm toplanması proseduru



Yüklə 1,97 Mb.
səhifə20/32
tarix14.01.2017
ölçüsü1,97 Mb.
#50
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

Əlavə 2: Bəlğəm toplanması proseduru


  1. Bəlğəm verəcək şəxslərin siyahısı əvvəlcədən dəqiqləşdirilir.

  2. Bəlğəm yaşayış otağında və ya digər qapalı binada / tikilidə deyil, hava şəraiti imkan verdiyi halda açıq havada, əks halda havası yaxşı dəyişdirilən ayrıca otaqda toplanmalıdır.

  3. Bəlğəm yığımına cavabdeh tibb personalı xüsusi qoruyucu maska taxmalıdır, ya bəlğəm verən şəxsin yanında, ya da otağın şüşəli qapısının arxasında durub prosesə nəzarət etməlidir. Hava axını tibb personalından bəlğəm verən şəxsə tərəf yönəlməlidir. Öskürən şəxsin qarşısında durmaq olmaz.

  4. Kütləvi skrininq zamanı vərəm ehtimal edilən şəxslərdən bir, daxilolma skrininqi zamanı və müraciət əsasında vərəm ehtimal edilən şəxslərdən ən azı bir bəlğəm nümunəsi götürülür.

  5. Bəlğəm verməzdən əvvəl şəxs bir neçə dəfə ağzını su ilə yaxalamalıdır ki, ağız boşluğunda olan qida qırıntıları bəlğəmə qarışmasın.

  6. Tibb işçisi bəlğəmin toplanması üçün nəzərdə tutulmuş qabı (konteyneri) şəxsin siyahı üzrə adının nömrəsinə uyğun nömrələyir, bəlğəm verən şəxsə təqdim edərək, nə edəcəyini ona izah edir. Bəlğəm nümunəsinin nömrəsini konteynerin qapağına deyil, yan divarına qeyd etmək lazımdır.

  7. Bəlğəm verən şəxs:

- Bir neçə dəfə dərindən nəfəs alıb-verərək, sinədən öskürməlidir;

- Konteynerin qapağını açaraq öskürək nəticəsində sinədən gələrək ağıza toplanmış bəlğəmi oraya tüpürməlidir və qapağını kip bağlamalıdır.



  1. Tibb işçisi əmin olmalıdır ki, vərəm ehtimal edilən şəxs konteynerə ağız suyu (tüpürcək) deyil, məhz bəlğəm toplayıb.

  2. Əgər şəxs bəlğəm ifraz etməkdə çətinlik çəkirsə, bunları etmək lazımdır:

- Bir neçə dəfə çömbəlib-qalxmalı və ya qollarını yanlara və yuxarıya hərəkət etdirməklə dərindən nəfəs alıb-verməyə nail olmalıdır;

- Sinədən və ya kürəkdən döş qəfəsini yüngül döyəcləməlidir;

- Şəxs siqaret çəkəndirsə, siqaret alışdıraraq bir neçə qullab tüstüsünü qəbul edə bilər;

- Bir stəkan qaynar suya bir çay qaşığı çay sodası və ya xörək duzu qarışdıraraq, buxarı ilə nəfəs almaq (inhalyasiya etmək) olar.



Çalışmaq lazımdır ki, toplanmış bəlğəm nümunələri həmin gün laboratoriyaya çatdırılsın!

Əks təqdirdə, bəlğəm nümunələri soyuq yerdə saxlanmalı və yaxın bir neçə gün ərzində laboratoriyaya göndərilməlidir.

Əlavə 3: Vərəmə görə skrininq qeydiyyatı kitabı




Soyadı, adı, atasının adı

Təvəllüdü

Neçənci dəfə həbs olunub

Müəssisəyə gəldiyi tarix

Müayinə tarixi

Müayinə strategiyası : Sorğu/rentgen

Müayinə nəticəsi

Səhiyyə maarifi

Bəlğəm müayinəsinin nəticəsi

Görülən tədbir



























































































































































































































































































































































































































































































































































































































































































































































































Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin