Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat


Əlavə 8: VƏD-lərin yan təsirlərini aradan qaldırılması zamanı istifadə edilən preparatların siyahısı



Yüklə 1,97 Mb.
səhifə22/32
tarix14.01.2017
ölçüsü1,97 Mb.
#50
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

Əlavə 8: VƏD-lərin yan təsirlərini aradan qaldırılması zamanı istifadə edilən preparatların siyahısı


Dərmanın adı

Forması

Dozası

Albumin

Flakon

20% - 50 ml

Almaqel A

Flakon

170 ml

Diklofenak

Ampul

3 ml

Essensiale H

Ampul

5 ml

Flukanazol

Kapsul

150 mq

Heptral

Ampul

400 mq

İmodium

Tablet

2 mq

İndometasin

Tablet

25 mg

İnfuzol

Flakon

500 ml

Lesponefril

Flakon

100 mg

Lineks

Tablet

 

Omeprazol

Tablet

20 mq

Selemin Hepa

Flakon

500 ml

Serukal

Ampul

0,5%-2,0 ml

Silemaril

Капсул

140 mq

Suprastin

Tablet

1mq

Transamin

Tablet

5 mq

Vitamin B kompleks

Ampul

2 ml


Əlavə 9: Ağciyərlərdən kənar vərəmin müalicəsi


AKV termini altında vərəmin ağciyər parenximasından kənarda lokalizasiya olunmuş müxtəlif klinik formaları nəzərdə tutulur. Bu formaları birləşdirən ümumi xüsusiyyət onların aşkarlanmasının, diaqnostikasının və müalicəsinin təşkilində meydana çıxan çətinliklərlə bağlıdır. Bu çətinliklər aşağıda götərilən səbəblərlə bağlıdır:

1) Ümumi təcrübə həkimlərinin və digər ixtisas həkimlərinin vərəmə görə kifayət dərəcədə sayıqlığının olmaması və bunun nəticəsi olaraq xəstəliyin gecikmiş mərhələdə aşkarlanması;

2) Ağciyərdən kənar orqanlarda lokalizə olunmuş vərəm ocaqlarının çətin aşkarlanması və diaqnozun dəqiqləşdirilməsi üçün yüksək texnologiyalı bahalı müayinə metodlarının tələb olunması;

3) Zədələnmə nahiyəsində VM-nin miqdarının az olması (lakin miqdarının azlığına baxmayaraq bu VM bir çox hallarda ağciyərlərdə toplanan VM-yə nisbətən daha güclü dağıdıcı effektə malik olur);

4) Ağciyərdən kənar orqanlarının müalicə rejimləri və müalicənin müddəti haqqında əsaslandırılmış məlumatların olmaması.

AKV digər xüsusiyyətlərindən biri də onun ağır formalarının (vərəm meningiti) immunodefisit halları ilə sıx əlaqədar olmasıdır. Əslində vərəm infeksiyasının disseminasiyası orqanizmin müdafiə qüvvələrinin vərəm infeksiyasını lokallaşdıraraq, onun ilkin ocaqdan digər orqan və sistemlərə yayılmasının qarşısını ala bilməməsi səbəbindən baş verir. Hazırda İİV-in yayılması və immunosupressiv terapiyanın geniş tətbiqi bu 2 ağır xəstəliyin - vərəm və immunodefisit hallarının yanaşı müşahidə olunmasının səviyyəsinin artması ilə nəticələnir.

AKV vərəmlə ümumi xəstələnmənin 25 %-ni təşkil edir. İİV-ə yoluxmuş vərəmli xəstələr arasında AKV 50% təşkil edir. Azərbaycanda 2008-2010-cu illərdə ilkin xəstələr arasında AKV 20.1% təşkil etmişdir. İlkin xəstələr arasında MSS-in vərəmi 1,5% təşkil etməsi təşviş doğuran haldır.

İnsan orqanizmində elə bir orqan yoxdur ki, o vərəmə yoluxmasın, lakin AKV-nin daha tez-tez təsadüf edilən formaları aşağıda göstərilənlərdir:



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin