Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat


Qeydiyyat və hesabatvermə sistemi



Yüklə 1,97 Mb.
səhifə18/32
tarix14.01.2017
ölçüsü1,97 Mb.
#50
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

Qeydiyyat və hesabatvermə sistemi


Hal-hazırda ƏN TBİ həm kağız, həm də elektron formalı qeydiyyat və hesabat sistemindən istifadə edir. Bunlar vərəm üzrə milli məlumat bazası ilə inteqrə edilmişdir. Hazırda qeydiyyat və hesabat üçün iki əsas elektron məlumat proqramları tətbiq edilir: EPI info 6 və e-TB Manager. Sonuncu işlənmə mərhələsindədir və mövcud EPI info 6 proqramı ilə paralel aparılır. EPI info 6-dan e-TB Managerə tam keçidin yaxın iki il ərzində baş tutması gözlənilir.

Hesabat


Bütün hesabat formaları kohort təhlili prinsipləri əsasında hazırlanır. Kohort - müəyyən vaxt ərzində (rüb, semestr, il) ərzində müalicəyə başlayan bir qrup xəstələrdir.

Superviziya


ƏN TBİ-nin əlaqələndirici qurumu tərəfindən əsas göstəricilər üzrə rübdə bir dəfədən az olmayaraq köməkçi göstəricilər üzrə isə altı ayda bir dəfədən az olmayaraq nəzarət başçəkmələri (superviziya) həyata keçirilir. Yoxlama vərəqələri nəzarət başçəkməsi keçirilən müəssisənin xüsusiyyətlərini əks etdirir. Yoxlama vərəqələrinin nümunəsi üçün bax: Əlavə 19.

ƏN TBİ-nin vərəm üzrə koordinatoru mülki sektorda ölkə üzrə nəzarət səfərlərinə cəlb olunur. PSVNP-nin əməkdaşları tərəfindən azad olunmuş xəstələrə təqdim edilən tibbi xidmətinin keyfiyyətinə nəzarət üzrə başçəkmələr aparılır.


Xarici monitorinq


PS-də vərəmə nəzarət fəaliyyətinin xarici monitorinqi Qlobal Fondun Layihə İcra Qrupu, Fondun Yerli Agentliyi, bilavasitə Qlobal Fondun nümayəndələri, eləcədə ÜST, yerli və ya beynəlxalq təşkilatların (ÜST, Yaşıl İşıq Komitəsi, Qlobal Dərman Təchizatı və s.) monitorinq səfərləri zamanı həyata keçirilir. Xarici monitorinqin məqsədi proqramın fəaliyyətinin və onun ÜST tövsiyələrinə müvafiq tətbiqinin tam qiymətləndirilməsidir.

Kontaktlar və risk qrupları arasında aparılan profilaktikanın monitorinqi


Risk qruplarına pozitiv xəstələrlə kontaktda olmuş, müxtəlif xroniki xəstəliklərə düçar olmuş (ağciyərlərin və ürək-damar sisteminin xəstəlikləri, şəkərli diabet və digər endokrin xəstəliklər), İİV-ə yoluxmuş şəxslər, habelə venadaxili narkotik istehlakçıları və s. aiddir. Pozitiv vərəm halı ilə epidemioloji kontaktda olmuş şəxslər iki il ərzində hər altı aydan bir Xpert TB/RIF vasitəsilə yoxlanılırlar.

Vərəmli xəstələrin müalicəsinin monitorinqi


Təlimatın 5-ci Fəsilində qeyd edilir.

İnfeksiyaya nəzarətin monitorinqi


Infeksiyaya nəzarət tədbirlərin monitorinqi üç istiqamətdə aparılır:

  1. İnfeksiyaya inzibati nəzarət tədbirlərinin monitorinqi;

  2. Ətraf mühitin qorunması tədbirlərinin monitorinqi;

  3. Heyətin fərdi qoruyucu tədbirlərinin monitorinqi.

İnfeksiyaya inzibati nəzarət tədbirlərinin monitorinqi SN-nin və ÜST-ün tövsiyələrinə əsasən yenilənmiş normativ aktların olmasının, infeksiyaya nəzarət qaydalarına riayət edilməsinin zəruriliyi və müəssisə rəhbərliyinin işçi heyəti fərdi qoruyucu vasitələrlə təmin etmək öhdəlikləri barədə əməkdaşlara verilən məlumat vərəqlərinin mövcudluğunun yoxlanmasını ehtiva edir. İnfeksiyaya inzibati nəzarət tədbirlərinin monitorinqi üçün xəstələrin şöbələr üzrə köçürülmələri və yerləşdirilməsi yoxlanılır.

Bu baxımdan xəstələrin:


  • Yoluxuculuq statusuna, və

  • Dərmanlara davamlılıq göstəricilərinə görə bölüşdürülməsi başlıca məsələdir.

Xəstələrin yuxarıda qeyd edilən xüsusiyyətlərə görə ayrı-ayrılıqda saxlanmasının monitorinqi tibbi sənədlərin, arayışların və laboratoriya qeydlərinin qiymətləndirilməsi əsasında həyata keçirilir.

Ətraf mühitin qorunması tədbirlərinin monitorinqi çərçivəsində şöbələrə keçidin tambur sistemi, ultrabənövşəyi süalandırıcıların, hava mübadiləsi sistemində HEPA-filtrlərinin, palatalarda mənfi təzyiqin olması və s. yoxlanılır. Ölçmələrin nəticələri “Infeksiyaya nəzarət protokolu”nda qeyd edilmiş standartlarla müqayisə edilir. Palatalara, dəhlizlərə və binalara fiziki baxış infeksiyaya nəzarətə cavabdeh şəxsin iştirakı ilə keçirilir.

Heyətin fərdi qoruyucu tədbirlərinin monitorinqi işi hər müəssisədəki risk dərəcəsi barədə onların məlumatlı olmasının, xüsusi nazik-lifli maskalarla və respiratorlarla təmin edilməsinin və bu vasitələrdən istifadənin yoxlanmasını ehtiva edir.

Bütün qeyd edilən tədbirlər rübdə ən azı bir dəfə olmaqla həyata keçirilir.


Laboratoriya xidmətin monitorinqi


Laborator xidmətin monitorinqi aşağıda qeyd edilənləri ehtiva edir:

  1. Bəlğəm yaxmasının mikroskopiyasını və Xpert TB/RIF edən periferik laboratoriyaların fəaliyyətlərinin monitorinqi;

  2. Əkmə müayinəsini aparan laboratoriyaların fəaliyyətlərinin monitorinqi;

  3. DHT edən laboratoriyaların fəaliyyətlərinin monitorinqi;

  4. Laboratoriyalar arasında qarşılıqlı əlaqənin, eləcə də laboratoriya və müalicə şöbələri arasında məlumat mübadiləsinin monitorinqi.

Laborator xidmətin monitorinqi ƏN TBİ-nin əlaqələndirici qurumun vərəmin laborator diaqnostikası üzrə aparıcı mütəxəssisi tərəfindən rübdə bir dəfə olmaqla, habelə Milli və Supra-milli İstinad Laboratoriyalarının nümayəndələri tərəfindən həyata keçirilir.

Səhiyyə maarifçiliyi işinin monitorinqi


ƏN TBİ-nin əlaqələndirici qurumun tibbi heyətin peşə hazırlığının artırılması və sanitariya-maarifi işi üzrə məsul şəxsi tərəfindən TSH-lərdə və müalicə müəssisələrində səhiyyə maarifçiliyi fəaliyyətlərin və təlimlərin monitorinqi aparılır.

Dərmanların idarə edilməsinin monitorinqi

Monitorinq zamanı dərman preparatlarının qeydiyyatına, istifadəsinə, hesabatına, saxlanma qaydalarına nəzarət edilir. Dərmanların qediyyat jurnalına baxış zamanı mədaxil olunan dərmanların qeydiyyatının jurnala salınmasına, məxaric və qalıqların qeyd olunmasına diqqət yetirilir. Dərman preparatlarının faktiki qalığı jurnal qalığı ilə üst-üstə düşməlidir. Monitorinq zamanı, habelə dərmanların saxlanma şəraitinə, temperatur və rütubət rejiminə baxılır.

Eləcədə, aptek anbarının sənədləri, dərman maddələrinin qəbulu və şöbələrə verilməsi jurnallarındakı qeydlər müqayisə edilir. Qeyd edilən tədbirlər rübdə bir dəfədən az olmamaqla aparılır.

Dərmanların keyfiyyətinə xarici nəzarət SN-nin müvafiq standart əməliyyatlar proseduruna uyğun olaraq aparılır.




Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin