Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 1,97 Mb.
səhifə2/32
tarix14.01.2017
ölçüsü1,97 Mb.
#50
1   2   3   4   5   6   7   8   9   ...   32

İxtisarların siyahısı


AMİL – Ali Milli İstinad Laboratoriyası

ART – Antiretrovirus terapiya

AV – Ağciyər vərəmi

BÇ – Böyrək çatışmazlığı

BKİ – Bədən kütləsi indeksi

BOBM – Beyin-onurğa beyini mayesi

CM – Cəzaçəkmə müəssisəsi

ÇDD – Çoxsaylı dərmanlara davamlılıq

DDV – Dərmanlara davamlı vərəm

DHT – Dərmanlara həssaslıq testi

DHV – Dərmanlara həssas vərəm

DOT – Birbaşa müşahidə olunan müalicə

ETAXİ – Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu

ƏN – Ədliyyə Nazirliyi

GDD – Geniş dərmanlara davamlılıq

GEM – Gigiyena və Epidemiologiya Mərkəzi

XBT – Xəstəliklərin Beynəlxalq Təsnifatı

İBİS – Immunitetin bərpasının iltihabi sindromu

İİV – İnsanın İmmunçatışmazlığı Virusu

İMM – İxtisaslaşdırılmış müalicə müəssisəsi

İT – İstintaq təcridxanası

QHT – Qeyri-hökümət təşkilatı

LİQ – Layihə İcra Qrupu

LY – Levenşteyn-Yensen

M və Q – Monitorinq və

Qiymətləndirmə

MBT – Mədə-bağırsaq traktı

MD – Monodavamlılıq

MİL – Milli İstinad Laboratoriyası

ML – Mərkəzi laboratoriya

MM – Müalicə Müəssisəsi

MSS – Mərkəzi sinir sistemi

PAL strategiyası – Ağciyər xəstəliklərinə praktiki yanaşma strategiyası

PD – Polidavamlılıq

PL – Periferik laboratoriya

PS – Penitensiar Sistem

PSVNP – Penitensiar Sistemdə Vərəmə Nəzarət Proqramı

PZR – Polimeraz zəncirvari reaksiya

RD – Rifampisinə davamlılıq

SƏP – Standart əməliyyatlar prosedurları

SM – Səhiyyə maarifçiliyi

SN – Səhiyyə Nazirliyi

SX İB – Sağlamlığa xidmət İctimai Birliyi

TBİ – Tibb baş idarəsi

TSH – Tibb-sanitariya hissəsi

TTH – Tireotrop hormon

ÜST – Ümumdünya Səhiyyə Təşkilatı

VƏD – Vərəməleyhinə dərman

VM – Vərəm mikobakteriyası

VNMP – Vərəmə Nəzarət üzrə Milli Proqram

YİK – Yaşıl İşıq Komitəsi

YT – Yan təsir




Müəlliflər


Bu Təlimat Ədliyyə Nazirliyi (ƏN) Tibb baş idarəsinin (TBİ) rəisi tibb-xidməti general-mayoru Rəfail Mehdiyevin ümumi rəhbərliyi altında hazırlanmışdır.
Müəlliflər:

  • Füzuli Hüseynov, ƏN TBİ-nin Müalicə işinin təşkili idarəsinin baş inspektoru-həkim (vərəm üzrə), Penitensiar Sistemdə Vərəmə Nəzarət Proqramının (PSVNP) koordinatoru

  • Elmira Qurbanova, PSVNP-nin gücləndirilməsi üzrə Qlobal Fondun Layihə İcra Qrupunun (LİQ) koordinatoru

  • Nəhmət Rəhmanov, İxtisaslaşdırılmış müalicə müəssisəsi (İMM) tibb xidmətinin baş həkimi

  • Rasim Tahirli, İMM-nin tibb xidməti laboratoriyasının müdiri

  • İradə Məmmədova, İMM-nin Vərəm üzrə Təlim mərkəzinin rəhbəri

Redaksiya şurası


  • Əsgər İsmayılov, PSVNP-nın gücləndirillməsi üzrə Qlobal Fondun LİQ-in direktoru

Minnətdarlıq


Bu Təlimat Qlobal Fondun maliyyə dəstəyi ilə ƏN TBİ-nin PSVNP-nin əməkdaşları tərəfindən hazırlanmışdır.

Sənədin tərtibatında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Yaşıl İşıq Komitəsinin (YİK) tövsiyələrinə və prinsiplərinə əsaslanan, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş milli protokollara istinad edilmişdir.

Təlimat başlıca olaraq ƏN tibb xidmətinin PSVNP-nin tətbiqinə, səhiyyənin planlaşdırılmasına və maliyyəşdirilməsinə, səhiyyə maarifi işinə və Azərbaycan Respublikası ƏN çərçivəsində sosial təminata məsul vəzifəli şəxsləri üçün nəzərdə tutulmuşdur.

Təlimat ÜST eksperti doktor Oqtay Gözəlovun texniki dəstəyi ilə hazırlanmışdır.

Sənədin müəllifləri onun tərtibatında, hazırlanmasında və rəy verilməsində iştirak edən hər bir kəsə öz dərin minnətdarlıqlarını bildirirlər.

Fəsil 1. Ümumi müddəalar


Vərəm –Mycobacteria Tuberculosis Complex tərəfindən törədilən yoluxucu xəstəlikdir. Hər il dünyada təxminən 8 milyon insan onunla xəstələnir, təxminən 1,4 milyon insan vərəmdən ölür. Vərəmə yoluxmuş hər on nəfərdən bir-ikisində xəstəlik inkişaf edir. Bir qayda olaraq, azadlıqdan məhrum etmə yerlərində vərəmlə xəstələnmə göstəriciləri mülki səhiyyə sektoruna nisbətən bir neçə dəfə yüksəkdir. Vərəmin və İnsanın İmmunçatışmazlığı Virusu (İİV) infeksiyasının müştərək olması daha təhlükəli hesab edilir, çünki vərəməleyhi dərmanların qəbul edilməsi çətinləşir, müalicənin müddəti uzanır, müalicənin arzuedilməz nəticələnməsi ehtimalı artır.

Vərəmin inkişafının risk amilləri


Vərəmin inkişafının əsas risk amilləri aşağıdakılardır:

  • Uzunmüddətli immunosupressiv və kortikosteroidlərlə müalicə;

  • Spirtli içkilərdən və digər psixoaktiv maddələrdən sui-istifadə, narkotik (xüsusən venadaxili) vasitələrin istehlakçılığı;

  • Şəkərli diabet;

  • Silikozlar;

  • Böyrəklərin ağır xəstəlikləri;

  • Başın və boyunun onkoloji xəstəlikləri;

  • Qan və retikuloendotelial sistemin xəstəlikləri;

  • Qastroektomiya və bağırsaqların şuntlanması, funksiya edən stomalar da daxil olmaqla bağırsaqlarda keçirilmiş ağır cərrahi əməliyyatlar;

  • Xroniki malabsorbsiya (mənimsəmənin pozulması) sindromu;

  • Bədən çəkisinin 10%-dən artıq itirilməsi və aşağı çəki.

Vərəmin inkişafında rolu olan epidemioloji amillər arasında insanların ümumi məkanda saxlanılmasının və sıxlığının böyük əhəmiyyəti var. Bu halda infeksiyanın ötürülməsi riski dəfələrlə yüksək olur.

Stress törədən amillər nəticəsində orqanizmin ümumi immunitetinin azalmasının da vərəmin inkişafında rolu az deyil. Məlumdur ki, azadlıqdan məhrum etmə yerlərində saxlanılma özü-özlüyündə ciddi stress törədən amildir.



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin