Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat


Əlavə 14: İMM-də keçirilən səhiyyə maarifi protokolu



Yüklə 1,97 Mb.
səhifə25/32
tarix14.01.2017
ölçüsü1,97 Mb.
#50
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

Əlavə 14: İMM-də keçirilən səhiyyə maarifi protokolu


SM vərəmlə mübarizə proqramının ayrılmaz bir hissəsidir. SM əsasən xəstəliyə yoluxma riskini azaltmaq üçün PS-in inzibati əməkdaşlar və tibbi işçilərdə, habelə məhbuslar, onların ailə üzvləri və ziyarətçilər də daxil olmaqla vərəm sahəsində bilik səviyyəsini artıraraq münasibət və davranışlarına müsbət təsir göstərir.

Bu protokol müəssisənin həkimlərinin və orta tibb işçilərinin səhiyyə maarifi sahəsində müntəzəm olaraq həyata keçirdikləri fəaliyyətləri əks etdirir.


Səhiyyə Maarifinin məqsədi:


  • İnfeksiyanın ötürülməsinin qarşısını almağa yardımçı olmaq;

  • Xəstəlik hallarının erkən aşkarlanmasına kömək etmək;

  • Xəstələrin müayinədən yayınmasının qarşısını almaq;

  • Bütün xəstələrin sağalmasına nail olmaq.

SM vərəmə nəzarəti aşağıdakılar vasitəsilə təkmilləşdirir:



  • Vərəm xəstəliyinin simptomları, diaqnozun erkən mərhələlərdə təsdiq olunması, vərəməleyhi tam müalicə kursu almanın səmərəliliyi barədə məhbusları və işçiləri məlumatlandırmaq.

  • Vərəm infeksiyasından qorunmağın ən yaxşı yolunu: vərəm ehtimal olunan şəxslərin erkən aşkarlanması və ehtiyac olduqda müalicəyə cəlb olunmaqları barədə işçiləri və məhbusları məlumatlandırmaq.

  • Vərəm xəstəliyinin xüsusiyyətlərı, onun nəzarət altına alınması üçün tədbirlər haqqında işçilərin və məhbusların düzgün məlumatlarlandırmaq, bununla da vərəm haqqında səhv anlayışı aradan qaldırmaq.

  • İnfeksiyanın ötürülməsi (öskürmək etikası), xəstəliyin və dərmana davamlı ştammların yaranması (nəzarətsiz, pərakəndə, yarımçıq müalicə) kimi risklərin azaldılması məqsədi ilə məhbusun və işçilərin davranış qaydalarına əməl etmələri üçün ruhlandırmaq.

  • Proqramın idarəedilməsi və həyata kecirilməsi prosedurları haqqında işçiləri tam xəbərdar etmək.

  • Vərəm diaqnozu təsdiqlənmiş xəstələrə müəyyən prosedurların vacibliyinin anladılması və həkim-pasient əməkdaşlığının yaxşılaşdırmaq məqsədi ilə müalicə prosedurları haqqında məlumatlar vermək (məs: infeksiyaya görə təcrid olunma, bəlğəm toplanması, DOT, müalicədən sonrakı müşahidə və s.).



Hədəf qrupları:


PS-də SM məhbuslarla təmasda olan bütün qruplar üçün zəruri hesab edilməlidir. Bu qruplara daxildir:

  • İMM-nin tibb işçiləri;

  • İMM-nin inzibati işçiləri;

  • Mühafizəçilər;

  • Məhbuslar;

  • Qəbul bölməsinə gətirilən vərəm ehtimal olunan məhbuslar;

  • Vərəm əleyhinə müalicədən imtina etmiş xəstə-məhbuslar;

  • Vərəm əleyhinə müalicənin Intensiv Fazasına başlayan xəstələr;

  • Vərəm əleyhinə müalicənin Davamedici Fazasına başlayan xəstələr;

  • Vərəm əleyhinə müalicə kursunu bitirmədən azadlığa buraxılan xəstələr;

  • Vərəm əleyhinə müalicəni bitirən məhbuslar;

  • Dispanser şöbəsində vərəm əleyhinə müalicədən sonra reabilitasiya dövrundə müşahidədə saxlanılan məhbuslar;

  • Qrupdaxili maarifləndirici kimi fəaliyyət göstərən məhbuslar;

  • Məhbus-xəstə ilə görüşə gələn ailə üzvləri və ziyarətçilər.



İMM-də səhiyyə maarifinə dair fəaliyyətlər


İMM-də SM-ə dair fəaliyyətlər əsasən həkim və tibb bacıları tərəfindən aparılır. Dərmanların paylanması, inyeksiyaların aparılması, bəlğəmin toplanılması kimi prosedurlar tibb bacıları tərəfindən tətbiq edildiyindən, məhbuslarla sıx ünsiyyətdə olduqlarından, onlar xəstələrin psixologiyası ilə yaxından tanışdırlar və bu da tibb bacılarının məlumatlandırma sessiyalarını asanlıqla həyata keçirməsinə və məlumatları qrupa aşılamasına köməklik göstərir. Xəstələr üçün məlumatlandırma sessiyaları İMM-də müalicənin aşağıdakı mərhələlərinə əsasən tətbiq edilir:

  • Qəbul bölməsində, diaqnozun təsdiq olunduğu vaxt;

  • Vərəm ehtimal edilən bütün məhbuslar İMM-nin qəbul bölməsində vərəm xəstəliyi təsdiqlənənə qədər saxlanıldığı və müvafiq müalicəyə qoşulduğu vaxt;

  • Müalicənin başlanğıcında: xəstədə vərəm diaqnozu təsdiqləndikdən sonra, terapiyanın Intensiv Fazasına başlamaq üçün müalicə bölməsinə göndəriləndə xəstə tibbi prosedurlar, müalicənin müddəti, tam müalicə üçün lazım olan şərtlər, dərmanların əlavə təsirlərin yaranma ehtimalı, onların idarə olunması, müalicəyə əməl etməmə riskləri və s. haqqında məlumatlandırılır;

  • Davamedici Fazanın başlanğıcında: xəstə müalicənin Intensiv Fazasını bitirdikdən sonra müalicənin davam etdirilməsi üçün başqa bölməyə göndəriləndə müalicənin nəticələri, müalicəyə davam etmənin əhəmiyyəti haqqında məlumatlandırılır;

  • Müalicə tamamlandıqda xəstə bəlğəmin müayinəsinin nəticələri, müalicənin uğurlu və ya uğursuz olması haqqında məlumatlandırılır;

  • Əgər müalicənin tibbi baxımdan, könüllü və ya digər səbəblərə görə yarımçıq kəsilməsi baş verərsə – səbəbinə uyğun maarifləndirmə;

  • Əgər xəstə müalicə altında olarkən azadlığa buraxılarsa və ya başqa müəssisəyə köçürülərsə - uğurlu nəticə əldə etmək, ailə üzvlərini və digər şəxsləri qorumaq üçün müalicəni davam etdirməyin əhəmiyyəti barədə məlumatlandırmaq.

İMM-nin Təlim mərkəzində bütün PS-in əməkdaşları (əməliyyat işçiləri, nəzarətçilər və mühafizəçilər), tibb işçilər üçün vərəmə nəzarət sahəsində müxtəlif mövzularda təlimlər keçirilir.

Səhiyyə maarifçisi kim olmalıdır?


Düzgün məlumata yiyələnmiş, öyrətməyi, müzakirə etməyi və dinləməyi bacaran hər bir kəs səhiyyə maarifçisi ola bilər:

  • PS-də işləyən və məhbusların psixologiyasından xəbərdar olan tibb işçiləri (həkimlər, feldşerlər və tibb bacıları);

  • Inzibati işçilər arasında öyrətmə bacarığı olan şəxslər;

  • Məhbuslar arasından qrupdaxili maarifləndiricilər;

  • Vərəm xəstəliyindən sağalmış və ya digər məhbuslar arasında nüfuzu olan məhbuslar.

Müvəffəqiyyətə nail olmaq üçün maarifçilər ilk olaraq nəzərdə tutulmuş qrupun biliyini, münasibətini və davranışını müəyyənləşdirməlidir.

İMM-nin bölmələrində məlumatlandırma sessiyaları


Bu sessiyalar hər şöbənin həkim və orta tibb personalı tərəfindən aparılır.

Qrup halında sessiyalar həkimlər tərəfindən ən azı ayda 3 dəfə aparılır (10 gündə 1 dəfə).



  • Tibb bacısı bölməyə gətirilmiş xəstələrin siyahısını hazırlayır;

  • Təyin edilmiş vaxtda onları məlumatlandırma sessiyasına dəvət edir;

  • Bölməyə uyğun məlumatlandırma sessiyasını keçirir.

Feldşer və tibb bacıları hər xəstə ilə ayda 1 dəfə fərdi dərslər aparırlar.

Tibb işçilərinin aşağıdakılar haqqında biliyi və bacarığı olmalıdır:


  • Məhbusları, PS işçilərini və ziyarətçiləri SM ilə təmin etmək.

  • Məhbuslar, PS işçilərində və ziyarətçilərdə vərəm simptomlarını müəyyən etmək.

  • Daxilolma skrininqi zamanı vərəm ehtimal olunan şəxsləri aşkarlamaq və onların tibbi məsləhət məqsədi ilə həkimə müraciət etmələri üçün ruhlandırmaq.

  • SM, daxilolma skrininqi ilə əlaqədar lazımi sənədlərin hazırlanması və məhbusların CM-lərdən gətirildikdən sonra qeydiyyatdan keçirilməsini təmin etmək.

  • Özlərini peşə ilə bağlı risklərdən qorumaq.

  • Tibbi tullantıların təhlükəsiz şəkildə məhv edilmə qaydalarını bilmək.

  • İnzibati təhlükəsizlik qaydalarına əməl etmək.

Maarifləndirici vasitələr:


Uğurlu maarifləndirmə vasitələri diqqəti cəlb edən, məlumatlandırıcı, düzgün və dəqiq olmalıdır. Bu səbəbdən, təsirini saxlamaq üçün ismarıclar təkrar olunmalı və müxtəlif yollarla möhkəmləndirilməlidir.

Əldə olan bəzi vasitələr:



  • Qrup şəklində və fərdi məlumatlandırma;

  • Posterlər, broşürlər;

  • Afişalar (bildirişlər);

  • Hekayələr;

  • Vərəm haqqında maarifləndirici filmlər;

  • Video, audio materiallar;

  • Reklam vasitələri (vərəmə dair ismarıclarin əks olunduğu dəftər, qələm və s.).

Bütün materiallarla bütün şöbə və bölmələr xəstə və məhbusların istənilən vaxt istifadəsi üçün təmin edilmişdir.

Monitorinq və qiymətləndirmə


Vərəmin profilkatikası sahəsində maarifləndirmə işlərinin aparılmasının təşkili, tətbiqi, yaxşılaşdırılması üçün görüləcək işlərə xüsusi komitə tərəfindən nəzarət ediləcək.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin