Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat


Fəsil 2. Vərəm hallarının aşkarlanması



Yüklə 1,97 Mb.
səhifə4/32
tarix14.01.2017
ölçüsü1,97 Mb.
#50
1   2   3   4   5   6   7   8   9   ...   32

Fəsil 2. Vərəm hallarının aşkarlanması

Vərəmin aşkarlanması üzrə başlıca yanaşmalar


Yoluxucu vərəm hallarının erkən aşkarlanması və sonrakı müalicəsi infeksiyanın ötürülməsini, xəstələnmə və ölüm göstəricilərini, çoxsaylı və geniş dərmanlara davamlılıq daxil olmaqla dərmanlara davamlı vərəmin (DDV) baş verməsi riskini əhəmiyyətli dərəcədə azaldır. Aşkarlanma digər məhbusların, işçi heyətin, ziyarətçilərin və bütövlükdə cəmiyyətin yoluxması üçün mənbə olan yoluxucu vərəm hallarına (yaxmanın mikroskopiyası / əkmə / Xpert TB/RIF üzrə pozitiv hallar) istiqamətlənməlidir. Diaqnostikanın əlçatanlığını yaxşılaşdırmaq, adekvat müalicənin başlanması vaxtını qısaltmaq üçün vərəm hallarının fəal olaraq aşkarlanması tədbirləri və müraciət əsasında aşkarlanma müştərək aparılmalıdır.

Vərəm başlıca olaraq aerogen yol ilə ötürülən infeksiya olduğundan və yoluxma mənbəyi əsasən ağciyər vərəmli xəstə olduğundan, analiz üçün əsas bioloji material bəlğəmdir. Bəlğəm yaxmasının mikroskopiyası yoluxucu halların müəyyən edilməsi üçün əsas üsul (sadəliyi və ucuz başa gəlməsi baxımından) olduğundan, onun rolu böyükdür. Müasir müayinə metodları tədricən bəlğəm yaxmasının mikroskopiyasını molekulyar diaqnostika üsulları (Xpert TB/RIF) ilə əvəz etməyə imkan verir. Qeyd edilən üsul Azərbaycan PS-də uğurla tətbiq olunmaqdadır və hazırki sənəddə öz əksini tapıb.

Şəxsdə vərəm mikobakteriyasının (VM) aşkar edilməsi vərəm xəstəliyinin olduğunu təsdiq edir. Aşkar edilmiş bütün vərəm halları son diaqnozun və adekvat müalicənin təyin edilməsi üçün birinci həftə ərzində mütləq qaydada İMM-yə köçürülür.

Bəlğəmin toplanması qaydaları üçün bax: Əlavə 2.

Vərəmin aşkarlanmasının strategiyaları


Azərbaycanın PS-də vərəmin aşkarlanması məqsədi ilə bir neçə strategiya tətbiq edilir:

  • Daxil olanların vərəmə görə skrininqi;

  • Kütləvi skrininq;

  • Müraciət əsasında vərəm hallarının aşkarlanması.


Daxil olanların vərəmə görə skrininqi: bu tibbi skrininq penitensiar müəssisəyə yeni daxil olan hər bir məhbusun vərəmə görə məqsədli müayinəsidir. Məhbusun bir penitensiar müəssisədən digərinə hər-hansı köçürülməsi sorğu üsulu ilə hissəvi skrininqin keçirilməsi ilə müşayiət olunur.

Yeni daxil olmuş məhbuslar, onlarda vərəmin olması istisna edilənə gədər, digər məhbuslara qarışmamalıdır. Bu müayinə, karantində saxlanma dövrünün ilk üç günü ərzində keçirilir. Skrininqdən keçən bütün şəxslər qeydiyyat kitabında qeydə alınır. Qeydiyyat kitabının nümunəsi üçün bax: Əlavə 3.

Bu skrininq forması vərəmin mənbələrinin yenilənməsinin və artmasının qarşısını alır, beləliklə məhbuslar arasında yeni vərəmə yoluxma hallarının sayı azalır.

Kütləvi skrininq CM-lərin populyasiyası arasında vərəm hallarının aşkarlanmasına xidmət edir. Bu halda bütün məhbuslar illik əsasda vərəmə görə müayinə olunur.

Müraciət əsasında vərəm hallarının aşkarlanması respirator xəstəliklərə uyğun şikayətləri olan məhbusların müraciətlərinə əsasən müayinələrin keçirilməsidir.

Vərəmin aşkarlanması üzrə yuxarıda qeyd edilən strategiyalar bir-birini tamamlayır və onların ayrılıqda tətbiqi PS-də vərəm hallarının adekvat aşkarlanmasına effektiv təsir göstərə bilməz.


İT-lərə daxil olanların skrininqi


İT-lərə yeni daxil olan bütün şəxslər ilk üç gün ərzində tibbi baxışdan və döş qəfəsi orqanlarının rəqəmsal rentgenoqrafiyasından keçirilməklə vərəmə görə müayinə olunur. İT-də tibbi baxış zamanı skrininq keçirən həkim vərəmə görə standart suallar verir, fizikal müayinə aparır, kliniki simptomları qiymətləndirir və vərəm ehtimal olunan şəxslərin qeydiyyatını aparır. Tibbi kitabçada keçirilən müayinələrin nəticələri əks etdirilir, buraya həmçinin rəqəmsal rentgenoqrafiyanın çap edilmiş təsviri bərkidilir.

Sonrakı dövrdə döş qəfəsi orqanlarının flüoroqrafiyası / rentgenoqrafiyası aşağıdakı hallarda təkrarlanır:



  • Şəxs İT-də uzun müddət saxlanılırsa, hər 6 aydan bir;

  • İT-dən CM-yə köçürüldüyü zaman (əgər sonuncu flüoroqrafiyadan 3 aydan çox vaxt keçibsə);

  • Xarakterik «ağciyər» şikayətləri ilə müraciət və / və ya vərəmi ehtimal etməyə imkan verən əlamətlər mövcud olduqda (əgər sonuncu flüoroqrafiyadan 3 aydan çox vaxt keçibsə).

Vərəm ehtimal edilən məhbuslar vərəmin istisna edildiyi vaxta gədər ayrıca kameralarda saxlanılır. Xüsusi ayrılmış yerlərdə bu məhbuslardan yaxmanın mikroskopiyası / Xpert TB/RIF müayinəsi üçün bir dəfə bəlğəm götürülür. Mikroskopiya / Xpert TB/RIF üzrə pozitiv nəticə əldə edildikdə məhbus İMM-yə köçürülür.

Bəlğəm nümunəsinin yaxmanın mikroskopiyası üzrə neqativ nəticəsi əldə edildikdə, duru qidalı mühitə (MGİT) əkilmək üçün məhbusdan ikinci dəfə bəlğəm nümunəsi götürülür. MGİT-də əkmə nəticəsi pozitiv olduğu halda məhbus habelə İMM-yə köçürülür.

Xpert TB/RIF / MGİT-də əkmə neqativ olduqda ağciyər vərəmi (AV) istisna edilir və PAL strategiyası icra edilir.

Aşağıda İT-lərdə məhbuslar arasında vərəmi istisna etmək üçün tibbi heyətinin fəaliyyətinin alqoritmi göstərilir:


Qeyd edilən skrininq nəticəsində vərəmin əlamətləri müəyyən edilməyən İİV-neqativ şəxslərə PAL strategiyası, İİV-pozitiv şəxslərə isə “Üç İ” strategiyası tətbiq edilir.

İMM-yə etap edilənə gədər məhbusların bakterioloji statuslarına müvafiq bölüşdürülməklə yerləşdiriliməsinə ciddi nəzarət olunur. Yaxmanın mikroskopiyası / Xpert TB/RIF müayinəsi üzrə pozitiv olanlar “BK (+)”, neqativ olanlar “BK (-)”, Xpert TB/RIF ilə Rifampisinə davamlılıq təyin olunanlar isə “DDV” kimi işarələnmiş palatalarda / kameralarda saxlanılır. Aşkar edilmiş pozitiv və DDV hallar İMM-yə etap edilənə gədər digər məhbuslarla epidemioloji kontakta girməməlidirlər.


CM-lərə daxil olanların skrininqi


Skrininq CM-yə yeni daxil olan hər bir məhbusa ilk üç gün ərzində keçirilir. Hər yeni daxil olan şəxs üçün vərəmə görə sorğu vərəqi doldurulur. Sorğu vərəqindəki suallara vərəmə uyğun əlamətlər, vərəm tarixçəsi və Bədən Kütləsi İndeksinin (BKİ) hesablanması aiddir.

Vərəm ehtimal edilən məhbuslar vərəm istisna edilən vaxta gədər ayrıca kameralarda / otaqlarda saxlanılır. Xüsusi ayrılmış yerlərdə bu məhbuslardan Xpert TB/RIF müayinəsi üçün bir dəfə bəlğəm götürülür. Pozitiv nəticə əldə edildikdə məhbus İMM-yə köçürülür.

Aşağıda CM-lərdə məhbuslar arasında vərəmi istisna etmək üçün tibbi heyətinin fəaliyyətinin alqoritmi göstərilir:

Qeyd edilən skrininq nəticəsində vərəmin əlamətləri müəyyən edilməyən İİV-neqativ şəxslərə PAL strategiyası, İİV-pozitiv şəxslərə isə “Üç İ” strategiyası tətbiq edilir.

İMM-yə etap edilənə gədər məhbusların bakterioloji statuslarına müvafiq bölüşdürülməklə yerləşdiriliməsinə ciddi nəzarət olunur. Xpert TB/RIF müayinəsi üzrə pozitiv olanlar “BK (+)”, neqativ olanlar “BK (-)”, Xpert TB/RIF ilə Rifampisinə davamlılıq təyin olunanlar isə “DDV” kimi işarələnmiş palatalarda / kameralarda saxlanılır. Aşkar edilmiş pozitiv və DDV hallar İMM-yə etap edilənə gədər digər məhbuslarla epidemioloji kontakta girməməlidirlər.

İT-lərdə müayinə alqoritmindən fərqli olaraq CM-lərdə şüa müayinə metodları yoxdur, vərəm üzrə sorğu vərəqi doldurulur və bəlğəm nümunələri Xpert TB/RIF üsulu ilə müayinədən keçirilir.

Bəlğəm nümunələrinin İT-lərdən və CM-lərdən həftəlik olaraq daşınması xüsusi ekspeditor tərəfindən cədvəl üzrə həyata keçirilir. Toplanmış nümunələr ərazi üzrə penitensiar müəssisələrə təhkim edilmiş laboratoriyalara çatdırılır.

CM-lərdə vərəmə görə kütləvi skrininqlər


Kütləvə skrininqlər bir neçə mərhələlər üzrə həyata keçirilir.


Kütləvi skrininqə hazırlığın və onun keçirilməsinin təfsilatı üçün bax: Əlavə 4.

Kütləvi skrininqin gedişində vərəm hallarının aşkarlanması üzrə iki əsas üsul tətbiq edilir:



Beləliklə, vərəm ehtimal edilən şəxslərin əsas kütləsini müəyyən etmək mümkün olur.

İT-lərdə və CM-lərdə müraciət əsasında vərəm hallarının aşkarlanması


Vərəmə şübhə doğuran xarakter “ağciyər” şikayətləri və / və ya kliniki əlamətlər ilə məhbusların həkimə müraciət etdikdə onlar vərəm istisna edilən vaxta gədər ayrıca kameralarda / otaqlarda saxlanılır. Xüsusi ayrılmış yerlərdə bu məhbuslardan Xpert TB/RIF müayinəsi üçün bir dəfə bəlğəm götürülür. Pozitiv nəticə əldə edildikdə məhbus İMM-yə köçürülür. Skrininq nəticəsində vərəmin əlamətləri müəyyən edilməyən İİV-neqativ şəxslərə PAL strategiyası, İİV-pozitiv şəxslərə isə “Üç İ” strategiyası tətbiq edilir.

İMM-yə etap edilənə gədər məhbusların bakterioloji statuslarına müvafiq bölüşdürülməklə yerləşdiriliməsinə ciddi nəzarət olunur. Xpert TB/RIF müayinəsi üzrə pozitiv olanlar “BK (+)”, neqativ olanlar “BK (-)”, Xpert TB/RIF ilə Rifampisinə davamlılıq təyin olunanlar isə “DDV” kimi işarələnmiş palatalarda / kameralarda saxlanılır. Aşkar edilmiş pozitiv və DDV hallar İMM-yə etap edilənə gədər digər məhbuslarla epidemioloji kontakta girməməlidirlər.

Bəlğəm nümunələrinin İT-lərdən və CM-lərdən həftəlik olaraq daşınması xüsusi ekspeditor tərəfindən cədvəl üzrə həyata keçirilir. Toplanmış nümunələr ərazi üzrə penitensiar müəssisələrə təhkim edilmiş laboratoriyalara çatdırılır.

Aşkar olunmuş pozitiv vərəm hallarının epidemioloji kontaktları ilə aparılan tədbirlər


Penitensiar müəssisələrin tibb xidmətləri hər bir aşkar olunmuş pozitiv vərəm halı barədə 24 saat ərzində təcili bildirişlə TBİ-nin Gigiyena və Epidemiologiya Mərkəzinə (GEM) məlumat verir. Sonrakı dövrdə GEM-in nəzarəti altında İT-lərin və CM-nin TSH-ləri bu şəxslərin epidemioloji kontaktların müəyyən edilməsi məqsədi ilə epidemik kəşfiyyat aparırlar. Pozitiv vərəm halı ilə epidemioloji kontaktda olmuş şəxslərin tibbi kitabçalarında müvafiq qeydiyyat aparılır və onlardan Xpert TB/RIF-də müayinə olunmaq üçün bir dəfə bəlğəm nümunəsi götürülür. Bəlğəm analizinin neqativ nəticəsi olduqda iki il ərzində hər altı aydan bir sınaq (Xpert TB/RIF) təkrar edilir. Təcili bildirişin forması üçün bax: Əlavə 5.


Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin