İMM-nin qəbul şöbəsində diaqnozun təyin edilməsi
İMM-nin qəbul şöbəsi kliniki diaqnozun vaxtında təyin edilməsində / təsdiq edilməsində / inkar edilməsində, müvafiq müalicənin təyin olunmasında, saxlanma rejiminə və yoluxuculuq qabiliyyətinə görə xəstələrin bölüşdürülməsində başlıca rol oynayır. Penitensiar müəssisələrdən etap edilmiş bütün məhbuslar bu şöbədə qəbul olunurlar. Qəbul şöbəsinə daxil olanların yerləşdirilməsi vərəmin aşkarlanması üzrə tədbirlər nəticəsində qabaqcadan əldə edilmiş nəticələrə əsasən həyata keçirilir. Beləliklə, infeksiyaya nəzarət prinsipləri məhbus İMM-yə daxil olan vaxtdan tətbiq edilir. Daxil olduqdan sonra ilk üç gün ərzində xəstə bəlğəm analizi (mikroskopiya, əkmə və molekulyar təhqiqatlar) daxil olmaqla bütün analizləri verir, rentgenoloji müayinədən keçir. Zərurət olduqda qəbul şöbəsində digər, əlavə instrumental müayinələr (EKQ, USM, bronxoskopiya və s.) aparılır. Xəstənin müayinə standartlarına habelə qanın (ümumi və biokimyəvi) analizi daxildir. Aparılmış analizlərə və müayinələrə əsasən həkimlərin konsiliumu məhbusa müvafiq müalicənin təyin edilməsi / qəbul şöbəsində müşahidənin davam etdirilməsi / onun geriyə göndərilməsi barədə qərar qəbul edir.
Vərəmin diaqnozu aşağıdakılara əsaslanır:
-
Tibbi tarixçə (simptomlar, həyat anamnezi, xəstəlik anamnezi və s.);
-
Fiziki müayinə;
-
Diaqnostik materialın bakterioloji və / və ya histoloji müayinəsi;
-
Şüa müayinələrin nəticəsi;
-
Xpert TB/RIF, DHT və digər molekulyar sınaqların və testlərin nəticəsi.
Tibbi tarixçə Simptomlar
Ümumi
|
1) Qızdırma;
2) Çəkinin itirilməsi;
3) Ümumi zəiflik;
4) İştahanın itirilməsi.
|
Ağciyər
|
1) Əvvəllərdə sporadik və quru, sonradan daimi və bəlğəmli öskürək;
2) Tezləşmiş tənəffüs;
3) Qanhayxırma;
4) Təngnəfəslik;
5) Sinədə ağrı.
|
Plevral
|
1) Nəfəs alma / nəfəs vermə zamanı sinədə ağrı (plevranın sürtünməsi);
2) Təngnəfəslik;
3) Adətən birtərəfli maye sızması.
|
Limfatik
(AKV üçün xarakterdir)
|
1) Adətən boyun limfa vəzilərinin ağrısız böyüməsi;
2) Bir və ya bir neçə vəzilərin qrupunun adenopatiyası: əvvəllərdə vəzilər çox da böyük olmur, bərkdir, ağrısızdır. Sonradan ölçüləri böyüyür, hərəkətli olur və xaricə deşilərək xroniki fistulaya çevrilir. Bir neçə aydan sonra dəridə yerində tünd qırmızı çapıq qalır.
|
Mərkəzi sinir sistemi
|
1) Başağrıları, psixi vəziyyətin dəyişməsi, öyümə, qusma;
2) Ənsə əzələlərinin spesifik reqidliyi ilə meningeal simptomlar;
3) Gözün hərəki sinirinin çəpgözlüyə və / və ya ptoza gətirib çıxaran iflici. Bəzən qıcolma tutmaları müşahidə edilir.
|
Sümüklər və oynaqlar
Onurğanın və iri oynaqların (bud-çanaq və diz) zədələnməsi xarakterikdir.
|
1) Oynaqlarda tədricən yaranan ağrı, şişkinlik və kontraktura;
2) Onurğanın boyun şöbəsi cəlb olunduqda boyunda və çiyinlərdə ağrılar. Bu, boyundakı əzələlərin tonusunun artmasına, döş-körpücük-məməvari əzələnin arxasında soyuq absesin yaranmasına və proqressivləşən tetrapleqiyaya səbəb olan nevroloji əlamətlərə gətirib çıxara bilər;
3) Beldə, onurğa nahiyyəsində ağrılar, bəzi hallarda onurğanın dorsal şöbəsinin cəlb olunması əlaməti olaraq donqarlıq şəklində kifozun yaranması. Bu, öz növbəsində onurğa beyininin sıxılması və paraplegiya baş verməsi riskini artırır.
|
Sidik-cinsiyyət
| -
Birtərəfli ağrılar;
-
Hematuriya;
-
Sidik-cinsiyyət yollarının təkrarlanan infeksiyaları;
-
Piuriya.
|
Abdominal
| -
Qarında ağrılar və köp;
-
Qarında gərginlik;
-
Assit.
|
Yayılmış
| -
Kliniki simptomlar: ümumi əhvalın pisləşməsi, qızdırma (yüksək hərarətlə), tənəffüs pozuntuları;
-
Digər orqanların cəlb olunması zamanı: plevral mayenin sızması, həzm problemləri, hepatosplenomeqaliya, meningeal əlamətlər, perikardit və poliserozitlər.
| Fiziki müayinə
Xəstənin boyu və bədən çəkisi ölçülür və BKİ təyin edilir, hansı ki, normada 19-dan 24.9-a kimi olmalıdır. Vərəmli xəstənin fiziki müayinəsinin hər hansı spesifikliyi yoxdur. Adətən diaqnozun təyin edilməsinə az hallarda nə isə əlavə edir.
Diaqnostik materialın bakterioloji müayinəsi
Vərəm diaqnozunun klassik mikrobioloji təyini dörd mərhələdə aparılan müayinələrə əsaslanır:
Bəlğəmin birbaşa mikroskopiyası
Bəlğəmin mikroskopiyası vərəmin diaqnostikası mərhələsində və dərmanlara həssas (DH) və dərmanlara davamlı (DD) formalar daxil olmaqla vərəmin bütün formalarının müalicəsinin monitorinqi prosesində aparılır.
Daqnostika mərhələsində üç ardıcıl gün ərzində üç bəlğəm nümunəsi əldə edilir. Birinci nümunə birbaşa mikroskopiya, ikinci nümunə Xpert TB/RIF sistemində müayinə, üçüncü nümunə birbaşa mikroskopiya və sonrakı əkmə müayinəsi üçün nəzərdə tutulur.
Müalicənin monitorinqi zamanı pasiyentlər iki ardıcıl gün ərzində iki bəlğəm nümunəsi verirlər. Dərmanlara həssas vərəm (DHV) xəstələrin müalicəsinin monitorinqi zamanı bəlğəm müayinəsi aşağıdakı sxemdə göstərilir:
Müalicə kateqoriyası
|
İntensiv faza
|
Davamedici faza
|
1-ci Kateqoriya
|
Müalicənin 2-ci ayının sonunda
|
Müalicənin 4-cü və 6-cı aylarının sonunda
|
2-ci Kateqoriya
|
Müalicənin 2-ci ayının sonunda*
|
Müalicənin 5-ci və 8-ci aylarının sonunda
|
* - nəticələr İntensiv Fazanın sonunda nəzərə alınır
DDV pasiyentlərin müalicəsinin monitorinqi zamanı bəlğəm yaxmasının mikroskopiyası İntensiv Faza dövründə hər ay, Davamedici Faza dövründə isə hər iki aydan bir aparılır.
Qidalı mühitlərə əkmə
ÜST tövsiyələrinə əsasən, VM-nin qidalı mühitlərdə əkməklə çoxaldılması diaqnozun təyin edilməsi üçün qızıl standart hesab edilir. Çünki bu üsul bioloji materialda az miqdarda olduğu hallarda belə VM-nin aşkar edilməsinə imkan verir. Bu üsul vərəmin aşkarlanmasında, diaqnozun təyin edilməsində və müalicənin monitorinqində tətbiq edilir.
Vərəmin aşkarlanması üçün:
-
İT-lərdə daxil olma skrininqi zamanı: Bəlğəm nümunəsinin mikroskopiya üzrə neqativ nəticəsi olduqda, ikinci dəfə bəlğəm nümunəsi əldə edilir və duru qidalı mühitdə (MGIT) əkilir.
-
Kütləvi skrininq zamanı: Bir dəfə götürülmüş bəlğəm nümunəsi duru qidalı mühitdə (MGIT) əkilir.
Vərəmin diaqnostikası üçün: İMM-nin qəbul şöbəsində götürülmüş üçüncü bəlğəm nümunəsi bərk qidalı mühitdə (LY) əkilir. Qəbul şöbəsində götürülmüş birinci bəlğəm nümunəsi yaxma-mikroskopiya üzrə neqativ olduğu halda material, habelə, bərk (LY)/duru (MGİT) qidalı mühitdə əkilir.
Vərəmin müalicəsinin monitorinqi üçün:
-
Müalicənin 2-ci ayının sonunda götürülmüş bəlğəm nümunəsi duru (MGIT) və / və ya bərk (LY) qidalı mühitdə əkilir.
-
1-ci Kateqoriya müalicə zamanı 4-cü ayın sonunda, 2-ci Kateqoriya müalicə zamanı 5-ci ayın sonunda əldə edilmiş bəlğəm nümunəsi bərk (LY) qidalı mühitdə əkilir.
-
DDV: İntensiv Faza dövründə hər ay, Davamedici Faza dövründə hər iki aydan bir əldə edilmiş bəlğəm nümunəsi bərk (LY) qidalı mühitdə əkilir.
Dərmanlara həssaslıq testi
DHT pasiyentə adekvat müalicə təyin edilməsi və tətbiq edilən sxemdə vaxtında dəyişiklik edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Odur ki, vərəmin diaqnozu təyin edildikdən sonra mümkün gədər qısa müddətdə DHT aparılması çox vacibdir. Sürətli DHT qoyulması üçün molekulyar müayinə üsullarından (LPA, Xpert TB/RIF) istifadə olunur. Lakin, hətta molekulyar müayinə üsulları aparılsa da, bərk və / və ya duru qidalı mühitlərdə DHT aparılması zəruridir, çünki yalnız bu halda dərmanlara həssaslığın tam və əhatəli mənzərəsi əldə edilə bilir.
Dərmanlara həssaslıığın formasından asılı olmayaraq (DHV və ya DDV) əgər pasiyent əkmə nəticələrinə əsasən pozitiv qalmaqda davam edirsə, 1-ci və 2-ci sıra VƏD-lərə DHT qoyulması zəruridir. Təkrar DHT üç aydan tez olmamaqla aparılır.
DHT həm bərk, həm də duru qidalı mühitlərdə aparılır.
Dostları ilə paylaş: |