Pensiya islahatlari


III. Pensiya islahatının həyata keçirilməsi mərhələləri



Yüklə 37,63 Kb.
səhifə4/7
tarix05.01.2022
ölçüsü37,63 Kb.
#111795
1   2   3   4   5   6   7
III. Pensiya islahatının həyata keçirilməsi mərhələləri


Azərbaycan Respublikasında pensiya islahatı bu sahədə yeni hüquqi bazanın yaradılmasını, sosial sığorta haqlarının yığılmasının təkmilləşdirilməsini, pensiya ödənişlərinin ünvanlılığını və onların vaxtında vətəndaşlara çatdırılmasını təmin edən mexanizmin yaradılmasını, pensiya sistemində idarəetmə orqanlarının strukturunun yenidən qurulmasını nəzərdə tutur. Eyni zamanda pensiya islahatının əsas mahiyyətini, onunla bağlı görülən işlərin əhəmiyyətini əhalinin nəzərinə çatdırmaq məqsədilə pensiyaçılar, işəgötürənlər və işçilər arasında geniş məlumatlandırma işləri aparılmalıdır.

Pensiya islahatı 2001-2005-ci illəri əhatə etməklə mərhələlərlə həyata keçirilib. Birinci mərhələdə pensiya təminatının qanunvericilik bazasının yaradılması nəzərdə tutulur. Bununla bağlı 2001-ci ildən başlayaraq "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası qanununun yeni redaksiyada işlənib hazırlanması, "Sosial sığorta haqqında" Azərbaycan Respublikası qanununa dəyişiklik və əlavələrin edilməsi, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası qanununun işlənib hazırlanması, habelə qeyri-dövlət pensiya fondları haqqında qanunvericilik aktlarının hazırlanıb təqdim olunması nəzərdə tutulur.

Pensiya islahatının ikinci mərhələsində pensiya sisteminin əsasını təşkil edən fərdi uçotun yaradılması üzrə işlərin aparılması, o cümlədən pensiya hesablamaları, vəsaitin yığımı və bütövlükdə pensiyaların müəyyənləşdirilməsi sahəsində avtomatlaşdırılmış sistemin hazırlanması və tətbiqi təmin edilməlidir.


Üçüncü mərhələdə fərdi uçotun yaradılması ilə bağlı əmək qabiliyyətli işçilərin gəlirləri və pensiyaların tə`yin edilməsi üçün lazım olan digər göstəricilər barədə məlumat toplanmalıdır. Dördüncü mərhələdə pensiyaların fərdi uçot sənədləri əsasında hesablanmasına başlanılmalıdır.

 Bildiyiniz kimi ölkəmizdə aparılan siyasət güclü dövlət, sosial rifah istiqamətində müəyyənləşdirilib. İqtisadiyyatda islahatların daha da ciddi aparılması, real istehsalata, real iqtisadiyyata vəsaitin yönəldilməsi, ordu quruculuğunun güclənməsi, təhsilə xüsusi olaraq diqqətin artırılması və əlbəttə ki, insanların sosial müdafiəsinə, sosial reabilitasiyasına, həm də sosial problemlərin qarşısının alınmasına xüsusi diqqət yetirilməsi bu mənada əsas vəzifələrdir. Regionların sosial-iqtisadi inkişafı proqramları əsas istiqamətlərdən biridir. Digər tərəfdən səhiyyə, təhsil və digər sahələrin proqramlarla inkişaf etdirilməsini də qeyd etmək lazımdır. Üçüncü özəllik isə neft kapitalının insan kapitalına çevrilməsi prosesidir. Burada informasiya texnologiyalarının inkişafı, bütün sahələrdə İKT-dən istifadə olunmasıdır, həm də tikinti-quruculuq işlərində modern üsulların seçilməsidir. 

Bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlər həyata keçirilib. Azərbaycanda sosial müdafiə sistemi yenilənib, çoxlu yeni islahatlar aparılıb. Sosial sığortanın həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçilib, sosial müdafiədə ünvanlılığa üstünlük verildi. Bundan başqa, struktur yenilikləri, idarəetmədə yeniliklər oldu. Sosial müdafiəyə ayrılan dövlət büdcəsinin həcmi artırıldı. Beləliklə, Azərbaycanda insanların sosial müdafiəsi hiss olunan dərəcədə gücləndi. Sual oluna bilər ki, bu gün yenə də bəzi insanlar təqaüdlərin, maaşın azlığından gileylənir. Bu nədən irəli gəlir? Bu ondan irəli gəlir ki, insanların rifahı yaxşılaşdıqca, onlar daha da yaxşı yaşamaq istəyir.. İnsan təmin oluna-oluna onun tələbatı artır, daha yaxşı yaşamaq istəyir. Bu qanunauyğunluqdur və burada qeyri-adi məsələ görüldü.
Son illər əhalinin həyat səviyyəsinin yüksəldilməsi, əmək haqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunların nəticəsində 1995-2000-ci illərdə işləyənlərin orta aylıq nominal əmək haqqı 3 dəfə, orta aylıq pensiyanın məbləği 4 dəfə artmışdır.

Bununla yanaşı əmək haqqının və pensiyanın orta aylıq məbləği hələlik əhalinin tələbatını tam həcmdə ödəmək səviyyəsində deyildir. Eyni zamanda pensiya sisteminin idarə olunması, pensiyaların müəyyən edilməsi və əhaliyə verilməsi mexanizmi günün tələblərinə cavab vermir. Bu baxımdan vətəndaşların pensiya təminatının onların minimum həyat səviyyəsinin ödənilməsi səviyyəsinə çatdırılması və bütövlükdə pensiya işinin müasir tələblərə uyğun qurulması ölkədə pensiya islahatının aparılmasını zəruri edir.




Yüklə 37,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin