Pensiya islahatlari


I. Pensiya islahatının əsas məqsədi və prinsipləri



Yüklə 37,63 Kb.
səhifə2/7
tarix05.01.2022
ölçüsü37,63 Kb.
#111795
1   2   3   4   5   6   7
I. Pensiya islahatının əsas məqsədi və prinsipləri


Pensiya islahatı vətəndaşların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə aşağıdakı mühüm problemlərin həllinə yönəldilir:

         vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması;

         pensiya təminatı sistemini bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaqla, əhalinin rifahının yaxşılaşdırılmasında onun rolunun artırılması;

       pensiya və müavinət ödənişləri üçün nəzərdə tutulan vəsaitin tam yığılmasının və məqsədyönlü istifadəsinin təmin edilməsi;

        pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirməklə onun səmərəliliyinin artırılması;

         sosial sığorta haqları ilə ödənişlər arasındakı əlaqənin uyğunlaşdırılması.

Yuxarıda göstərilən əsas məqsədə nail olmaq və qarşıda duran problemləri həll etmək üçün pensiya islahatının aşağıdakı prinsiplər əsasında həyata keçirilməsi nəzərdə tutulur:

         məcburi sosial sığorta haqqının bütün işəgötürənlər və işləyənlər tərəfindən ödənilməsi;

         vətəndaşların minimum yaşayış səviyyəsini təmin edən pensiyaların müəyyən edilməsi;

         vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş sosial təminat hüququnun yerinə yetirilməsi;

        sosial təminat sisteminin idarə olunmasında aşkarlığı təmin etmək məqsədilə ictimai nəzarətin aparılması;

         mülkiyyət formasından asılı olmayaraq pensiya təşkilatlarının fəaliyyətinə bərabər şəraitin yaradılması;

        məcburi dövlət sosial sığorta haqları üzrə işə götürənlər və işçilər tərəfindən ödənilən tariflər arasında mütənasibliyin gözlənilməsi





Yüklə 37,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin