Pensiya islahatlari


IV. Pensiya islahatının sosial-iqtisadi nəticələri



Yüklə 37,63 Kb.
səhifə7/7
tarix05.01.2022
ölçüsü37,63 Kb.
#111795
1   2   3   4   5   6   7
IV. Pensiya islahatının sosial-iqtisadi nəticələri


Pensiya islahatının nəticəsi ölkənin ümumi sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına kömək etməlidir. Yeni sistem bütün vətəndaşlar üçün pensiya təminatında bərabər şərtlərin yaradılmasına və qazanılmış pensiya hüquqlarının reallaşdırılmasına təminat verməlidir.

Pensiya təminatı normalarının təkmilləşdirilməsi bu sahədə bir sıra təxirəsalınmaz problemlərin həlli üçün vəsaitin azad olunmasına imkan yaradır.

Qeyri-dövlət könüllü pensiya təminatının inkişafı maliyyə vəsaitinin yığılmasına və onun istehsalın inkişafı üçün istifadə olunmasına şərait yaradır. Pensiya islahatı həmçinin əməyin ödənilməsi sisteminə və müvafiq olaraq əmək bazarına müsbət təsir etməli və bütövlükdə iqtisadiyyatın struktur cəhətdən yenidən qurulmasına kömək göstərməlidir.


“Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsi də gündəlikdədir. Hər il ölkəmizdə 9-10 min cütlük nikaha girir, onların təxminən 13 faizinin övladı olmur. Hər bir ailənin arzusu övladdır. Ona görə də, bu qanunun qəbul edilməsi vacibdir. Milli Məclisin qarşıdan gələn payız sessiyası zamanı bu sənədi müzakirəyə çıxarmağı düşünülür, amma ola bilsin ki, onun adı dəyişdirilsin. Qanun layihəsi “Demoqrafik təhlükəsizlik haqqında” və ya “Ailə tənzimlənməsi haqqında” adlana bilər. Hazırda komitənin üzvləri ilə bu məsələnin üzərində işləyir. Çünki bu sənəd hələ parlamentin üçüncü çağırışı zamanı ciddi müzakirələrə səbəb olub və birinci oxunuşdan geri qaytarılıb. Bu baxımdan, qanun layihəsi daha təkmil formada hazırlanaraq, müvafiq adla parlamentin payız sessiyasında ən azı komitə səviyyəsində müzakirəsinə çıxarılacaq. 



Bundan əlavə, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna vacib dəyişikliyin edilməsi nəzərdə tutulur. Bu dəyişiklik də ondan ibarətdir ki, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da ərzaq məhsullarının bir sıra vacib maddələr hesabına zənginləşdirilməsi ehtiyacı var. Bu gün dünyada ərzaq təhlükəsizliyi məsələsi ən vacib və aktual məsələlərdən biri kimi öndə dayanır. Ərzaq təhlükəsizliyinin təmin olunmasının bir mühüm elementi də ərzaq məhsullarının bir sıra vacib maddələr hesabına zənginləşdirilməsidir. Odur ki, ərzaq təhlükəsizliyi məsələsini daim gündəmə gətirən və onu öndə tutan Azərbaycanda da ərzağın bir sıra maddələr hesabına zənginləşdirilməsinə ehtiyac var. Bu baxımdan da, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna bu məsələ ilə bağlı bir düzəlişin edilməsi nəzərdə tutulur ki, bu da çox güman parlamentin qarşıdan gələn payız sessiyasında müzakirəyə çıxarılacaq. Bir misal göstərmək istəyirəm, Çində son 10 ildə insanların boyu 8 santimetrədək artıb. Bu necə baş verdi? Una cüzi miqdarda müəyyən maddə qatmaq hesabına bu nəticə əldə edilib. Amerika və Kanadada isə insanların qan azlığı problemini aradan qaldırmaq üçün una dəmir maddəsi qatırlar və insanlar onu çörək kimi qəbul edərkən heç nə hiss etmirlər. Çünki həmin maddələr çox cüzi olur və insanın orqanizminə heç bir mənfi təsiri olmur. 

Ailə Məcəlləsinə də müvafiq dəyişikliyin edilməsi gözlənilir. Bu dəyişiklik də ondan ibarətdir ki, nikaha girən şəxslər evlənməmişdən öncə bir-birilərinin sağlamlıqları haqqında tibbi arayış təqdim etməlidirlər. Bildiyiniz kimi, bu məsələ hələ ötən sessiyaların birində komitənin müzakirəsinə çıxarılmış və parlamentin plenar iclasına tövsiyə olunmuşdu. Ancaq müəyyən səbəblərdən həmin dəyişikliyin bütövlükdə parlament tərəfindən müzakirəsi bir qədər yubanmışdı. Ona görə çox güman ki, payız sessiyasında bu məsələ də öz müsbət həllini tapa bilər. 
Yüklə 37,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin