Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri II cild Mizanul hikmət ( xülasəsi )



Yüklə 15,62 Mb.
səhifə14/51
tarix16.05.2020
ölçüsü15,62 Mb.
#102611
növüXülasə
1   ...   10   11   12   13   14   15   16   17   ...   51

266




Tələskənlik



1214.Tələskənlik.

Quran:

«Adəm tələsməkdən yaradılmışdır. Tezliklə öz nişanələrimizi sizə göstərəcəyik. Onda (əzabı) məndən tələsik istəməyin.»1

«Adəm xeyri də çağırar (bunun kimi də), pisi (hadisələri) də. İnsan tələskəndir.»2

Hədis:

4000. Allahın Peyğəmbəri(s): «Əslində camaatı tələskənlik məhvə sürükləmişdir. Camaat sakit və tələskənlikdən uzaq olsaydı, heç kəs məhv olmazdı.»3

4001.Allahın Peyğəmbəri(s): «Sakitlik Allahdan (sifətlərindən), tələskənlik isə şeytandandır (sifətlərdəndir).»4

4002. İmam Əli (ə): «Tələskənlik büdrəməyə səbəb olar.»5

4003. İmam Əli (ə): «Tələskənlikdə büdrəyişlər çox olar.»6

4004. İmam Sadiq (ə): «Sakitlik və lənglikdə (xəta və büdrəməkdən) sağlamlıq, tələskənlikdə peşmançılıq var.»7


1215. Yaxşı işlərə tələsmək.

4005. Allahın Peyğəmbəri (s): «Allah tələsik görülən xeyir işi

sevər.»1

4006. Allahın Peyğəmbəri (s): «Lənglik hər işdə bəyənilib, ancaq yaxşı iş görməyə yaranan fürsətlərdən başqa.»2

4007. İmam Sadiq (ə): «Atam buyurardı: Yaxşı iş görmək niyyətində olanda tələs. Çünki, nə olacağını bilmirsən.»3

267




Ədalət



1216.Ədalətin dəyər-qiyməti.

4008. İmam Əli (ə): «Ədalət bütün varlığın onun üzərində qurulduğu bir bünövrədir.»1

4009. İmam Əli (ə): «Pak olan Allah, ədaləti camaatın (həyatına) güc-qüvvə verəninə, haqqı tapdalamaqdan və günahlardan uzaq durmaq, İslamda asanlıq və açılış üçün bir vasitəyə çevirmişdir.» 2

4010. İmam Əli (ə): «Ədalət camaatı ayaq üstə saxlayan və hökmranların zivəridir.» 3

4011. İmam Əli (ə): «Ədalət dövlətlərin sipəridir.» 4

4012. İmam Əli (ə): «İnsanların işi ədalətlə islah olar.» 5

4013. İmam Əli (ə): «Ədalətin səbəbinə bərəkət ikiqat artar». 6.

4014. İmam Əli (ə): «Ədalət idarəçiliyin nizam-intizamıdır.»7

4015. İmam Əli (ə): «Heç bir şey, şəhərləri ədalət qədər abad etməz.»8

4016. İmam Əli (ə) Ədalət üstündür, yoxsa səxavətsualına cavabından): «Ədalət hər şeyi öz yerinə qoyur, səxavət isə işləri məcrasından çıxarır. Ədalət əhatəli siyasətdir, ancaq səxavət xüsusi bir haldır (və məhdud sayda fərdlərə şamil olunur). Deməli, ədalət onların ən şərafətlisi və üstünüdür.»1

4017. Xanım Fatimeyi- Zəhra (ə): «Allah ədaləti qəlblərin rahatlığı üçün vacib buyurmuşdur.»2

4018. İmam Sadiq (ə): «Ədalət susuz insanın çatdığı sudan daha şirindir.»3

4019. İmam Sadiq (ə): «Ədalət baldan şirin, kərədən yumşaq və müşkdən ətirlidir.»4
1217. Ədalətli insanın xüsusiyyətləri.

4020. Allahın Peyğəmbəri (s): «Kim camaata qarşı rəftarında onlara zülm etməsə, onlarla söhbət edəndə yalan danışmasa, vəd verdikdə vədinə xi­laf çıxmasa insanlığı kamil, ədaləti aşkar, dostluğu vacib və qeybəti haramdır.»5

4021. Allahın Peyğəmbəri (s): «Adil o şəxsdir ki, özü ilə necə rəftar edilməsini istəyirsə camaatla da o cür rəftar etsin.»6
1218. Düşmənlə ədalətli rəftara tövsiyə olunması.

Quran:

«Ey iman gətirənlər! Allaha görə qiyam edin və ədalətə şəhadət verin. Bir dəstə ilə düşmənçiliyiniz sizi ədalətsizliyə vadar etməsin. Ədalət təqvaya daha yaxındır və Allahdan qorxun. Həqiqətən, Allah işlərinizdən agahdır.»7



Hədis:

4022. İmam Əli (ə)(əziz övladı Həsənə (ə)tövsiyyəsindən): «Sənə varlı və ya yoxsul olanda Allahın qarşısında təqvalı olmağı və dosta-düşmənə qarşı ədaləti gözləməyi tövsiyyə edirəm.»8


1219.İnsanların ən ədalətlisi.

4023. İmam Əli (ə): «İnsanların ən ədalətlisi qüdrətli ola-ola insafı gözləyəndir.»1

4024. İmam Əli (ə): «Xalqın ən ədalətlisi hamıdan daha haqlı qərar verəndir.»2

4025. İmam Əli (ə): «Ədalətin son zirvəsi insanın özü ilə ədalətli rəftar etməsidir.»3



268




Düşmənçilik



1220. Bir-biri ilə düşmənçiliyin yasaq olunması.

4026. Allahın Peyğəmbəri (s): «Cəbrayıl (ə) heç bir şey barədə camaatla düşmənçilikdən uzaq durmaq qədər mənə tövsiyyə vermədi.»1

4027. Allahın Peyğəmbəri (s): «Bütpərəstlik mənə yasaqlanandan sonra heç bir şey camaatla çəkişmək qədər qadağan olunmadı.»2

4028. Allahın Peyğəmbəri (s): «Kim camaatla dava-dalaş etsə, mürvəti itər və hörməti yox olar.»3

4029. İmam Əli (ə): «Nadanlığın zirvəsi camaatla düşmənçilikdir.»4

4030. İmam Baqir (ə): «Dava-dalaşdan çəkinin. Çünki, bu iş ürəyi puç edər və nifaq yaradar.»5


1221. Düşmənçilik toxumu.

4031. İmam Əli (ə): «Düşmənçiliyin səbəbi düşüncəsizlikdir.»6

4032. İmam Əli (ə): «Hər bir şeyin toxumu var. Düşmənçiliyin toxumu da zarafatdır.»7
1222. Düşmənçiliyə layiq olanlar.

Quran:

«Ey iman gətirənlər! Əslində arvad və uşaqlarınızın bəziləri sizin düşmənlərinizdir. Onlardan çəkinin. Güzəşt edib göz yumsanız və günahlarını bağışlasanız, Allah həqiqətən bağışlayan və mehribandır.»1



Hədis:

4033. İmam Əli (ə): «İnsanın qarnı onun düşmənidir.»2

4034. İmam Cavad (ə): «Sənin ürəyinin istəklərinə tabe olduğuna görə doğru yolu səndən gizlədən, şübhəsiz ki, səninlə düşmənçilik etmişdir.»3


1223. Düşmənlərin ən düşməni.

4035. Allahın Peyğəmbəri (s): «Sənin ən yağı düşmənin, iki böyrünün arasında olan nəfsindir.»4

4036. İmam Əli (ə): «İnsanların ən yağı düşməni, onun qəzəb və şəhvətidir. Kim bu ikisinə üstün gəlsə, məqamı yüksələr və öz məqsədinə çatar.»5
1224. Özünü düşməndən amanda saymaq olmaz.

4037. İmam Əli (ə): «Kim öz düşmənindən qafil olsa, təxribatlar onu qabağına qatıb aparar.»6

4038. İmam Əli (ə): «Kim (öz düşmənindən) qafil olsa, (düşmənləri) ondan qafil olmazlar.»7

4039. İmam Əli (ə): «Heç bir düşməni aşağı tutma, aciz olsa belə.»8


1225. Düşmənlərin barışığını qazanmaq.

4040. İmam Əli (ə): «Kim öz düşmənini barışığa doğru çəksə, özününkülərin (dost və yavərlərinin) sayını artırar.»9

4041. İmam Əli (ə): «Kim öz düşmənini barışığa çəksə, muradına çatar.»2
1226. Düşmənlərə qarşı münasib silah.

4042. Loğman (ə) (Övladına tövsiyəsindən): «Övladım! Düşmənə qarşı silahlanmalı və nəticədə onu yerə sərməli olduğun şeylərdən biri də budur ki, onunla yağlı, yumşaq dillə danışasan ki, içindəkilər ona aşkar olmasın və özünü sənə qarşı hazırlamasın.»3


1227. Camaatın bilmədiyi şeylə düşmənçiliyi.

4043. İmam Əli (ə): «Camaat bilmədiyi şeyin düşmənidir.»4





Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin