273
Yaxşılıq (1)
Yaxşılıq etmək
1265. Yaxşılıq.
4171. İmam Əli (ə): «Yaxşılıq etmək, məzluma kömək etmək və qonaqpərvərlik sərvərlik vasitələridir.»1
4172. İmam Əli (ə): «Yaxşılıq etmək əbədi ehtiyatdır. (Yəni həmişə qalandır və yaxud da həmişəlik əbədi olan qiyamət gününün ehtiyatıdır).»2
4173. İmam Hüseyn (ə): «Bilin ki, yaxşılıq etmək sitayiş, pərəstiş yaradar və mükafata səbəb olar. Əgər yaxşılığı insan surətində görsəniz, hər an onu yaxşı, gözəl, gözoxşayan və bütün dünya əhlindən gözəl görərsiniz. Əgər alçaqlığı görsəniz, onu nizamsız, çirkin, ürəklərdə ikrah doğuran və gözlər üzünə bağlanan bədsifət görəcəksiniz.»3
4174. İmam Sadiq (ə): «Cənnətə ilk daxil olanlar yaxşılıq edənlər olacaqlar.»4
4175. İmam Sadiq (ə): «Dünyada yaxşı əməl sahibləri axirətdə də yaxşı əməl əhli olarlar. Çünki axirətdə yaxşı işləri ağır gələr. Buna görə də onların bir hissəsini günah iş görənlərə bağışlayacaqlar.» 5
4176. İmam Cavad (ə): «Yaxşılıq edənlər yaxşılıq etməyə, ona ehtiyacı olanlardan daha möhtacdırlar. Çünki onun mükafatı, fəxri və yaxşı adı onlara qalar. Kim yaxşılıq edirsə ilk növbədə özünə edir. Buna görə də özünə etdiyi yaxşılığa görə başqalarından təşəkkür istəməməlidir.»1
1266. Yaxşılara və pislərə yaxşılıq etməyə həvəsləndirmə.
4177. Allahın Peyğəmbəri (s): «Ağılın zirvəsi dindarlıqdan sonra insanlarla dostluq və hər bir yaxşı və pis insana yaxşılıq etməkdir.» 2
4178. Allahın Peyğəmbəri (s): «Yaxşılıq və ehsan et, istər ona layiq olana, istərsə də ona ləyaqəti çatmayana. Çünki yaxşılığa layiq olmayana belə yaxşılıq etmiş olsan, sən yaxşılığın fəzilətini qazanmış olursan.»3
1267. Yaxşılıq və köməyin əllərdə dolanması.
4179. Allahın Peyğəmbəri (s): «Hər kim möhtac insana sədəqə versə, onun mükafatını Allahdan alar. Əgər bir sədəqə qırx insanın əlindən keçib möhtacın əlinə çatsa, onların hamısına tam əcr düşər.»4
4180. İmam Sadiq (ə): «Əgər ehsan və yardım səksən əldən keçsə belə, sahibinin əcrindən heç nə azalmadan onların hamısının mükafat qazanmalarına səbəb olar.»5
1268. Minnət qoymaqdan çəkindirmək.
4181. İmam Əli (ə): «Öz yaxşılığını öldürməklə (və unutmaqla) onu dirilt.»6
4182. İmam Əli (ə): «Sənə yaxşılıq olunduqda onu yada sal, sən kiməsə yaxşılıq etdikdə isə yaddan çıxart!»7
4183. İmam Əli (ə): «Yaxşılıq etməyin meyarı ona görə minnət qoymamaqdır.»8
1269. Yaxşılığı axıra qədər etmək.
4184. Allahın Peyğəmbəri (s): «Yaxşılığı axıra qədər etmək onu başlamaqdan daha yaxşıdır.»1
4185. İmam Əli (ə): «Hər kim öz yaxşılığını tamamlayıb inkişaf etdirməsə, onu məhv etmişdir.»2
4186. İmam Kazim (ə): «Kimsə möminə yaxşılıq edərsə, onu bu üç yoldan savayı başqa cür kamilləşdirə bilməz: etdiyini kiçik saymaq, onu gizlətmək və onu yerinə yetirməyə tələsmək. Çünki möminə etdiyi yaxşılığı kiçik hesab edən öz qardaşını böyük saymışdır. Möminə yaxşılığını böyük sayan, öz qardaşını alçaltmışdır. Möminə etdiyi yaxşılığını gizlədən böyüklük etmişdir.Möminə verdiyi vədi yerinə yetirməyə tələsən, öz bəxşişini ürəyəyatan etmişdir.»3
1270. Yaxşılığı aşağı tutmaqdan çəkindirmək.
4187. Allahın Peyğəmbəri (s): «Heç bir yaxşı əməli aşağı tutma. Hətta qardaşınla gülərüzlə təmasda olmaq (kimi əməl) olsa belə.»4
4188. İmam Əli (ə): «Görə biləcəyin heç bir yaxşı işi aşağı tutma və daha böyük yaxşılığa görə ondan uzaqlaşma. Çünki ehtiyac olan təqdirdə edilən azacıq yaxşılıq və kömək, ehtiyac olmadıqda olunan böyük yaxşılıq və köməkdən daha faydalıdır. Hər gün elə iş gör ki, onun səbəbinə doğru yola yönələsən.»5
1281. Yaxşılıq və ehsanın qəbul olmasının nişanələri.
4189. İmam Əli (ə): «Ən yaxşı ehsan odur ki, yaxşılara edilsin.»6
4190. İmam Sadiq (ə) («Bəndənin Allah dərgahına qəbul olunmasının nişanəsi nədir?» sualına cavabından): «Bəndənin Allah dərgahında qəbul olmasının nişanəsi budur ki, ehsanı və köməyi yerinədüşən olsun. Belə olmasa, elə də olmayacaqdır.»1
1272. Ehsan və yaxşılığın savabı.
4191. Allahın Peyğəmbəri (s): «Hər kim insanı çöldə əlindən tutub qırx addım yol aparsa, bütün yer üzü qızılla dolsa belə, (və ona verilsə) onun bu işinin mükafatının bir iynə ucu qədərini də verməz. Onu yolda gözləyən təhlükədən uzaqlaşdırsa, qiyamət günündə bu iş yaxşılıqlar tərəzisində dünyadan yüz min qat ağır gələcəkdir.»2
4192 Allahın Peyğəmbəri (s): «Bir bəndə, müsəlmanların yolundan bir tikan budağını götürdüyünə görə cənnətə getdi.»3
4193. Allahın Peyğəmbəri (s): «Kimsə yol kənarında yoldan keçənlər üçün daldanacaq düzəltsə, Allah qiyamət günündə onu üzü cənnət əhlinə nur saça-saça, mirvaridən olan əsil dəvəyə minmiş halda məhşər ayağına gətirər.»4
4194. Allahın Peyğəmbəri (s): «Hər kimsə selin və yanğının müsəlmanlara zərərinin qarşısını alarsa, cənnət ona vacib olar.»5
4195. İmam Sadiq (ə): «Yaxşılığı, öz adı kimi (yaxşı) gördüm. Onun (Allah verən) mükafatından başqa heç bir şey yaxşılıq etməkdən daha üstün deyil.»6
274
Yaxşılıq (2)
Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək
1273. Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək.
Quran:
«İçərinizdə yaxşılığa dəvətə çağıran, xeyirli işləri görməyi əmr və pis əməlləri qadağan edən bir camaat olsun. Bunlar, həqiqətən nicat tapmış şəxslərdir.»1
«Siz, insanlar üçün yaradılmış ən yaxşı ümmətsiniz. Yaxşı işlər görməyi əmr edir, pis işlərdən çəkindirir və Allaha iman gətirirsınız. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün daha yaxşı olardı. Onların da onlardan iman gətirənlər də vardır, lakin çoxları haqq yoldan çıxanlardır.»2
«Mömin kişilərlə mömin qadınlar bir-birinə dost, hayandır. Onlar yaxşı işlər görməyi əmr edər, pis işlərdən çəkindirirlər.»3
Hədis:
4196. Allahın Peyğəmbəri (s): «Hər kim yaxşı işlərə çağırıb pis işlərdən çəkindirərsə, Allahın və Onun Peyğəmbərinin yer üzündə canişinidir.»4
4197. Allahın Peyğəmbəri (s): «Allah dini olmayan zəif möminə nifrət edər.» Ərz edildi: «Dini olmayan mömin kimdir?» Buyurdu: «Pis işlərdən çəkindirməyən.»5
4198. İmam Əli (ə): «Şəriətin davamlılığı yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək və (ilahi) hüdudları gözləməklədir.»1
4199. İmam Əli (ə): «Bütün yaxşı işlər və Allah yolunda cihad yaxşı işlərə dəvət və pis işlərdən çəkindirməklə müqayisədə dərin dənizə tökülən ağız suyu qədər heç nədir.»2
4200. İmam Əli (ə): «Yaxşı işlərə dəvət insanların gördüyü ən üstün işdir.»3
4201. İmam Əli (ə): «Bilin ki, yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək nə kimsənin əcəlini yaxınlaşdırıb, nə də kimsənin ruzisini kəsib.»4
4202. İmam Hüseyn (ə): -deyilir- «Allaha görə mömin olan heç bir gözə rəva deyil ki, Allaha itaətsizlik edildiyini görsün və göz yumsun, həmin vəziyyəti dəyişməsin.»5
4203. İmam Baqir (ə): «Yaxşı işlərə dəvət və pis əməllərdən çəkindirmək peyğəmbərlərin yolu və yaxşı iş görənlərin üslubudur. Böyük vacib əməldir ki, digər vacib əməllər onun vasitəsilə əmələ gəlir. Yollar əmin-aman, gəlirlər halal olur. Zorla alınmış haqq və mallar sahiblərinə qaytarılır və yer üzü abadlaşır. Düşmənlərdən intiqam alınır və işlər sahmana düşür.»6
1274. Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək.
4204. Allahın Peyğəmbəri (s): «Ya yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirəcəksiniz, ya da hamınızı Allahın əzabı bürüyəcək.»7
4205. İmam Əli (ə) (İbn Mülcəm tərəfindən qılınc zərbəsi ilə yaralandıq-dan sonra Həsən və Hüseynə (ə) tövsiyəsindən): «Yaxşı işlərə dəvət və pisliklərdən çəkindirməkdən əl çəkməyin. Belə olmayan halda, şər insanlar sizə idarəçiliyi ələ alar. O vaxtsa, nə dua etsəniz müstəcab olmaz.»1
1275. Bir dəstənin rəftarı ilə razı olanlar.
4206. İmam Əli (ə): «Bir dəstənin rəftarı ilə razı olan, onlarla birgə həmin işi görən kimidir. Kim batil rəftara əl atarsa iki günah törətmiş olar: onu yerinə yetirməyin günahı və ona razı olmağın günahı.»2
4207. İmam Cavad (ə): «Nalayiq işi yaxşı əməl sayan kimsə həmin işdə şərik olar.»3
4208. İmam Cavad (ə): «Kimsə bir işin şahidi olarsa və ondan xoşlanmasa, onun şahidi olmamış kimidir. Ancaq kimsə bir işin şahidi olmasa və onunla razı olarsa, həmin işin şahidi kimidir.»4
1276. Yaxşı əməllərə çağıranın şərtləri.
4209. Allahın Peyğəmbəri (s): «Yaxşı əməllərə dəvət edən kimsə bunu gözəl tərzdə etməlidir.»5
4210. Allahın Peyğəmbəri (s)–(Deyilmiş olan «biz yalnız özümüz tam riayət etdiyimiz yaxşı əməllərə dəvət edirik» sözünə cavabından): «Özünüz onların hamısına tam riayət etməsəniz də, yaxşı əməllərə dəvət edin. Özünüz onların hamısından çəkinməsəniz də, pis əməllərdən çəkindirin.»6
4211. İmam Əli (ə): «Mən öz şənimi, camaatı özümün tərk etmədiyim şeydən çəkindirməkdən və ya özüm əməl etmədiyim işə əmr etməkdən daha yüksək sanıram.»7
4212. İmam Əli (ə): «Yaxşı əməlləri əmr edib özləri ona ərinənlərə, çirkin əməllərdən çəkindirib özləri onu törədənlərə Allahın lənəti olsun!.»8
4213. İmam Əli (ə): «Pis əməllərdən çəkindirin və özünüz də ondan çəkinin. Çünki sizə əvvəlcə özünüzün çirkin əməllərdən çəkinib sonra başqalarını çəkindirməniz əmr olunmuşdur.»1
4214. İmam Sadiq (ə): «Elə adam yaxşı əməllərə əmr edib pis əməllərdən çəkindirməlidir ki, bu üç xüsusiyyətə sahib olsun: (Birincisi) Əmr etdiyinə özü əməl etsin və qadağan etdiyindən özü də uzaq olsun. (İkincisi) Əmr və qadağalarında ədalətə riayət etsin. (Üçüncüsü) Əmr və qadağalarında mülayimlik yolunu seçsin.»2
1277. Pisliklərdən çəkindirməyin ən aşağı mərtəbəsi.
4215. Allahın Peyğəmbəri (s): «Sizlərdən hər biriniz pis əməlin şahidi olarsa, onu öz əlləri ilə dəyişdirməlidir. Bunu bacarmazsa, dili ilə dəyişdirməlidir (və etiraz etməlidir). Yenə də bacarmasa, qəlbində onu inkar etməlidir. Bu imanın ən zəif mərhələsidir.»3
4216. Allahın Peyğəmbəri (s): «Ehey! Məbada, camaatdan qorxu sizlərdən birinə haqqı görüb onu deməsinə mane ola. (haqqı demək) Nə əcəli yaxınlaşdırar və nə də ruzini uzaqlaşdırar.»4
4217. İmam Əli (ə): «Pis əməllər törədənə ürəyi, əli və dili ilə etiraz etməyən, dirilər arasında bir ölüdür.»5
4218. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) bizə əmr etdi ki, günah iş görənlərlə qaşqabaqlı və sərt üzlə görüşək.»6
4219. İmam Sadiq (ə): «Möminin başucalığı üçün, hər vaxt pis əməl sahibini gördükdə onu ürəyində inkar etməsini Allahın bilməsi kifayətdir.»7
Dostları ilə paylaş: |